Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2596/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, İbrahimova İlahə Arif qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinin 2-ci ərazi X1 İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmənin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinin 2 - ci ərazi X1 İdarəsi tərəfindən tərtib olunmuş İXM - nin 602.4 cü maddəsi ilə ##.##.2026 - cı il tarixli MN ******* saylı inzibati xəta haqqında olan Qərarla 3(5-98)-2925/2026) bağlıdır. Məhkəmə iştirakım olmadan keçirilmişdir və heç bir bildiriş təqdim edilməmişdir. Qeyd edilən İXM - nin 602.4 cü maddəsi üzrə heç bir inzibati xəta pozuntusuna yol verməmişəm və bu maddəni pozduğuma dair heç bir dəlil sübut və ya şahid mövcud deyil və bunun əsaslandırılmasını ##.##.2026 cı il tarixində eyni şikayət üzrə Nəsimi rayon məhkəməsi hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi Mustafayeva İlhamə Mövlan qızının iclas katibliyi və iştirakım ilə məhkəmə işinə 3(5-98)-2221/2026) baxılmışdır və iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dəfələrlə yoxlamaya gəlib, tələb qoyublar ki, obyekt fəaliyyətini qeyri-yaşayışa köçürülməlidir və sənədlər dəyişilməlidir. Onlarda bildiriblər ki, Prezidentin sərəncamı və Milli Məclisin qərarına əsasən onların fəaliyyəti əhali statusunda olmalıdır. Dəfələrlə mübahisə aparıblar. Bir dəfədə xaricdə olan zaman sənədləri tələb etmişlər, o isə onlara xaricdə olduğunu və WhatsApp proqramı əsasında sənədləri göndərə biləcəyini bildirmişdir. Birinci şirkət adına protokol tərtib etmişlər, 29 aprel tarixində hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi baxılmışdır və iş üzrə icraata xitam verilmişdir. İkinci dəfə onun xəbəri olmadan eyni maddə ilə onun barəsində protokol tərtib edilmişdir. Bütün sənədləri gətirmişdir. Məhkəməyə təqdim edir. Xaricdə olmuşdur, WhatsApp proqramı vasitəsi ilə sənədləri göndərə biləcəyini bildirmişdir. Onları sadəcə sıxışdırmağa çalışırlar. Odur ki, məhkəmədən şikayətin təmin edilməsini, mübahisələndirilən qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir, Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, ibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş “Yanğın-texniki müayinənin aparılması haqqında” ##.##.2026- cı il tarixli, *-**-**/Q-****/**** saylı qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktoru olduğu “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova 166 ünvanında yerləşən obyektdə ##.##.2026-##.##.2026-cı il tarixdə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan ##.##.2026-cı il tarixli, KY********* saylı çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktoru olduğu “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova 166 ünvanında yerləşən obyektdə ##.##.2026- ##.##.2026-cı il tarixdə plandankənar (növbədənkənar) müayinənin aparılmasına icazə verilir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, Q-**** nömrəli “Yanğın-texniki müayinə Aktı”na əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktoru olduğu “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova 166 ünvanında yerləşən obyektdə müayinə zamanı aşağıdakı qanun pozuntuları aşkar olunmuşdur: hosteldə keçirilən plandankənar yanğın-texnili müayinə zamanı sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə görə ahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materiallarında olan və yuxarda qeyd olunan sənədlərdə tam təsdiq olunur. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati iş üzrə icraata xitam verilməsinə dair dəlillər əsassızdır. İnzibati xəta törətmiş şəxs barəsində tədbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2596/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2596/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver