Məhkəmə qərarları › İş №3(3-6)-2597/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2597/2026

25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2597/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli tarixli saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) (## ###### 1993cü il tarixdə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan) şikayəti təmin edilməmiş, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 13:00-da idarə etdiyi avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ilə Mərdanov Qardaşları küçəsinin kəsişməsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327- 1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə İXM-in 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinmiş, nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, iradlarından sonra əldə edilən videogörüntü Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qısaldılaraq məhkəməyə göndərilmiş və nəticədə hadisəyə obyektiv qiymət vermək mümkün olmamışdır. Belə ki, videogörüntüdə hadisənin başlanğıcı əks olunmamışdır ki, bu da görüntünün təhrifinə gətirib çıxarmışdır. Videogörüntünün tam şəkildə, hadisənin əvvəlindən sonunadək Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsidən tələb edilməsini məhkəmədən xahiş etsə də məhkəmə bu xahişi nəzərə almamışdır və yekunda səhv nəticəyə gəlmişdir. Məhkəmənin natamam və təhrif olunmuş videogörüntüyə əsaslanaraq qərar çıxarması obyektiv araşdırma prinsipinə tamamilə ziddir. Təqsirsizliyini sübut edən əsas dəlillər nəzərə alınmadan verilmiş bu qərar ədalət mühakiməsinin mahiyyətinə kökündən uyğun gəlmir. Bildirmək istərdi ki, hadisə Mirqasımov küçəsi ilə Mərdanov Qardaşları küçəsinin kəsişməsində baş vermişdir. O yolayrıcını keçməyə cəhd göstərərkən qanunvericiliyin tələblərinə riayət edərək üstünlük hüququ olan avtomobillərə yol vermişdir. Daha sonra gələn avtomobil faralarla ona işarə verərək yol verdiyi bildirdi və o təşəkkür edib yoluna davam etdir. Digər sürücünün ona işarə edərək yol verməsi faktdır və qarşılıqlı anlaşma şəraitində edilən bu manevr heç bir hərəkət iştirakçısına təhlükə yaratmamışdır. Polis əməkdaşı ona yaxınlaşıb inzibati xəta törətdiyini bildirdikdə ona həmin avtomobilin özünün ona yol verdiyini bildirdi. Polis əməkdaşı yolun kənarında dayanmışdı və baxış bucağı avtomobilin faralarla ona işarə verdiyini görmürdü. Bunları polis əməkdaşına izah etməyə çalışsa da xeyri olmadı və inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətində şikayət vermiş şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı, görüntünü sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etməmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətçinin iddiasına görə o, yolayrıcını keçmə qaydalarını pozmamışdır. Şikayətçinin qeyd edilən dəlillərini iş materialları ilə yoxladıqda əsaslı olmadığı görünür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 11-ci bəndinə əsasən yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin Qanunun 1-ci maddəsinin 41-ci bəndinə əsasən yol vermək – sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Həmin Qanunun 42-ci maddəsinin XV hissəsinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, “Hyundai Elantra” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2026-cı il tarixdə, saat 13:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ilə Mərdanov qardaşları küçəsinin kəsişməsində hərəkətdə olarkən yolayrıcı keçmə qaydalarını pozmuş, yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilmədiyi halda yolayrıcına daxil olmaqla hərəkətini davam etdirmiş, digər nəqliyyat vasitəsinin sürücüsü sürəti dəyişdirməyə məcbur olmuşdur. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Şikayətçi digər nəqliyyat vasitəsinin işıq siqnalları ilə ona yol verdiyini bildirsə də, videogörüntüdən bu müəyyən ediləməmiş, həmin hala dair şikayətçi hər hansı sübut təqdim etməmişdir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Beləliklə, birinci instansiya məhkəməsində şikayətçinin göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə şikayətin rəddi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar