Məhkəmə qərarları › İş №3(3-6)-2598/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2598/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2598/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 publik hüquqi şəxsin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra – səlahiyyətli orqan) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 PHŞ və sabiq direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 539.3-cü maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, 2510378 və ******* nömrəli inzibati xəta haqqında protokolları onlara əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 PHŞ və onun sabiq direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barələrində müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində təyin edilmiş inzibati cərimə şərti tətbiq edilmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 PHŞ həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət yalnız onunla əsaslandırılmışdır ki, iş üzrə səlahiyyətli orqanın ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda göstərilmiş sənədlər elektron sənəd dövriyyəsi vasitəsilə, habelə məktubun icraçısı A.Qayayevanın elektron ünvanına göndərilmişdir. Tərəflər apellyasiya məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş üzrə səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokollarda onların barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 PHŞ-nin və onun sabiq direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 səlahiyyətli orqana ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu ilə əlaqədar işçi olmuş X2 12 ay ərzində əmək haqqının ödənilməsini təsdiq edən sənədlərin surətlərinin həmin məktubu almalarından 7 iş günü ərzində təqdim etməmələrinə görə tərtib edildiyi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş materiallarında olan “ƏMAS” informasiya sistemindən olan çıxarış əsasında səlahiyyətli orqanın ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunun barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 PHŞ-nin elektron kabinetinə ## ##### 2026-cı il tarixdə yerləşdirilməklə çatdırılması, həmin Cəmiyyətin səlahiyyətli orqana həmin məktubu ilə əlaqədar işçisi olmuş X2 12 ay ərzində əmək haqqının ödənilməsini təsdiq edən sənədlərin surətlərini həmin məktubu almasından 7 iş günü ərzində təqdim etməməsinin müəyyən edilməsinə və həmin Cəmiyyətin müvafiq sənədlərin surətlərini səlahiyyətli orqana təqdim etməsi və ya göndərməsinə dair irəli sürdüyü dəlil barədə sübutu birinci və apellyasiya instansiya məhkəmələrinə təqdim etməməsinə görə birinci instansiya məhkəməsi müvafiq əsaslandırma aparmaqla həmin Cəmiyyətin Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmiş, həmin Cəmiyyətə tətbiq etdiyi inzibati cərimə tənbeh tədbirinin həddini təyin edərkən həmin Məcəllənin 9.1, 21 və 31.2-ci maddələrinin tələblərinə əməl etmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 PHŞ-nin verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 PHŞ-nin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar