Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2603/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsinin İXP******* saylı protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli TP******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsinin İXP******* saylı protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli TP******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və xeyrinə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, ## ### 2026-cı il tarixdə saat 10:05-də Nizami rayonu, Mehdi Abbasov küçəsi 41 ünvanında idarə etdiyi **-RG-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Golf' markalı avtomobillə hərəkətdə olarkən, Bakı şəhər X1 İdarəsinin Yol Patrul Xidməti müfəttişi, R X3 tərəfindən barəsində IXP******* nömrəli protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə tətbiq edilməsi barədə TP******* nömrəli qərar qəbul olunmuşdur. Qərarın surəti ona rəsmi şəkildə ## #### 2026-cı il tarixdə təqdim edildiyi üçün şikayət vermə müddəti pozulmamışdır. Qərar tamamilə sübutsuz və hüquqi əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, qərarda iddia olunur ki, o, "yolayrıcını keçmə qaydalarını" pozmuşdur. Lakin hadisə anında onunla eyni istiqamətdə, sağ tərəfdə hərəkət edən digər avtomobil onun trayektoriyasından çox uzaq məsafədə olmuşdur və onun hərəkəti heç bir nəqliyyat vasitəsi üçün maneə və ya təhlükə yaratmamışdır. İnzibati Xətalar Məcəlləsinin 76-cı və 100.1.6-cı maddələrinə əsasən, xətanın törədilməsi subyektiv mülahizə ilə yox, faktiki məlumat və maddi sübutla (video/foto) təsdiqlənməlidir. İş materiallarında qayda pozuntusunu və hər hansı avtomobilə maneə yaradılmasını əks etdirən heç bir rəsmi videoqeydiyyat yoxdur. Onun hüquqdan kənar şifahi təkliflərlə idarəbəidarə, qapı-qapı gəzib sübut axtarmaq və ya polisin daxili monitorlarına baxmaq kimi bir öhdəliyi yoxdur. Buna baxmayaraq Bakı şəhər X1 İdarəsinin X1 İdarəsində (*** ***-**-**) 25-ci otaqda olmuş və ona video görüntünün mövcud olmadığı bildirilmişdir. Ortada real video-sübut olmadığı üçün təqsiri qanunən sübuta yetirilməmiş sayılır. Barəsində protokol tərtib edilən ərazidə üfüqi nişanlama xətləri qüsurludur, asfalt örtüyünün yağış yağması nəticəsində güzgü effekti yaranmışdır. Asfalt örtüyünün qüsurlu olması və ya yağış suları səbəbindən yaranan güzgü effekti sürücünün nişanlama xətlərini görməsini və tələblərə əməl etməsini qeyri-mümkün edir. Protokolda (iş materiallarında) rəsmi, qanunvericiliyə uyğun, aktlaşdırılmış video/foto sübutların olmaması, ## #### 2026-cı il tarixdə BŞBPİ X1 İdarəsində qəbul zamanı təqdim edilməməsi və mövcud şərait qüsurlu yol infrastrukturundan qaynaqlandığından heç bir maddi sübut (video/foto görüntüsü) olmadan, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq verilmiş TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və işə xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsinin İXP******* saylı protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli TP******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilmədən həmin qərar dəyişdirilmədən saxlanılmı şdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək yolun qüsurlu olduğunu və hava şəraiti ilə əlaqədar yoldakı nişanlanma xəttinin aydın görünmədiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında polis idarəsinin nümayəndəsi iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsinin İXP******* saylı protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli TP******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X1 İdarəsinin İXP******* saylı protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli TP******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026- cı il tarixdə saat 10:05-də ünvan 1 ünvanında “Wolkswagen Golf” minik markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. -İnzibati orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video görüntüdən müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) oğlunun idarə etdiyi “Wolkswagen Golf” minik markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolayrıcını keçmə qaydalarına riayət etməmişdir. - şikayətçi tərəfindən təqdim edilmiş video görüntüdən müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) “Wolkswagen Golf” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sağ tərəfdən gələn nəqliyyat vasitələrinə yol verməli olduğu halda yolayrıcına daxil olaraq digər avtomobilin hərəkətinə maneə yaratmışdır. Birinci instansiya məhkəməsi qanunvericiliyin normalarını və inzibati xəta haqqında iş materiallarını, İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, Bakı şəhər X1 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli TP******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini özündə əks etdirən video görüntülərin araşdırılması zamanı Qərardan şikayət verən orqan (şəxs) “Wolkswagen Golf” minik markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sağ tərəfdən gələn nəqliyyat vasitələrinə yol verməli olduğu halda yolayrıcına daxil olaraq digər avtomobilin hərəkətinə maneə yaratdığı müəyyən edilmişdir. Eyni zamanda video görüntüdən görünür ki, bütün avtomobillər sağ tərəfdən gələn nəqliyyat vasitələrinə yol verdiyi halda Qərardan şikayət verən orqan (şəxs) “Wolkswagen Golf” minik markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə yol vermədən hərəkəti davam etdirmişdir. Həmçinin qərardan şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş inzibati xəta hadisəsinin törədildiyi yerin görüntülərini özündə əks etdirən video görüntülərin araşdırılması zamanı müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən nəqliyyat vasitəsinin hərəkəti davam etdirilmişdir. Bununla da Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yolayrıcını keçmə, həmçinin svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi qaydalarına riayət edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmişdir Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, xətanın törədilməsini istisna edən hər hansı sübut iş materiallarına əlavə edilməmiş, həmçinin məhkəmə baxış iclasında da təqdim edilməmişdir. Əskinə iş materiallarına əlavə edilmiş video görüntüdən Qərardan şikayət verən orqan (şəxs) qanunvericiliyin tələblərini pozmaqla hərəkətini davam etdirməsi öz təsdiqini tapır. Eyni zamanda şikayətçinin apelyasiya mərhələsində çıxışında qeyd etdiyi yolun qüsurlu olması və hava şəraiti ilə əlaqədar olaraq yolun nişanlanma xəttinin görünməməsi özünü müdafiə xarakteri çıxışlar kimi qəbul edilməlidir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsinin İXP******* saylı protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli TP******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2603/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2603/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver