Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2604/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs (bundan sonra – zərərçəkmiş şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi (bundan sonra – səlahiyyətli orqan) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 227-ci maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üüçn Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarix, saat 01 radələrində ünvan 1 ünvanında yerləşən “Beer coin” restoranında zərərçəkmiş şəxsə məxsus “Samsung A06” markalı mobil telefonu gizli yolla taladığı və ya xırda talama törətdiyi müəyyən edildiyinə görə Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 34-1-ci maddəsi tətbiq edilməklə 300,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Zərərçəkmiş şəxs həmin qərardan şikayət verib, onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 3 ay müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətdikdən sonra hüquq-mühafizə orqanına könüllü şəkildə təslim olmaması, oğurladığı mobil telefonu kimə satması barədə məlumat verməməsi və ona vurduğu maddi ziyandan ödəniş etməməsi törətdiyi əməldən səmimi peşman olmasını bildirməsinin həqiqəti əks etdirmədiyini göstərir. Birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Zərərçəkmiş apellyasiya məhkəməsi iclasında şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqana və məhkəmə iclasında verdiyi etirafedici izahatlarına, zərərçəkmiş şəxsin səlahiyyətli orqana verdiyi ərizəsinə və izahatına (məhkəmə həmin izahatların məzmununun birinci instansiya məhkəməsinin qərarında göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür) əsaslanmaqla, düzgün olaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmişdir. Azərbaycan Respublikası İXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün inzibati tənbehin təyin edilməsi zamanı nəzərə alınmalı olan qanunda göstərilən əsasların məcmu halında obyektiv şəkildə qiymətləndirilməsi tələb olunur. Eləcə də, inzibati tənbeh tətbiq edilərkən iş üzrə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh tədbiri xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, həmin əməlindən səmimi peşman olmasından ibarət məsuliyyətini yüngülləşdirən halı (Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən) və məsuliyyətini ağırlaşdıran halın olmamasını, eləcə də, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməməsini və onunla barışıq əldə etməməsini, əvvəllər Azərbaycan Respublikası İXMin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməməsini nəzərə almaqla, barəsində həmin maddə ilə 300 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Həmin nəticə işin faktiki hallarına uyğun olmaqla, qanuni və əsaslıdır. Bunun məntiqi nəticəsi olaraq, zərərçəkmiş şəxsin verdiyi şikayətin dəlili əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2604/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2604/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver