Məhkəmə qərarları › İş №3(3-6)-2605/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2605/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2605/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikasının Baş Prokrorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” ## ##### 2026-cı il tarixli qərar qəbul etmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki işdə Əmək münasibətlərinin mövcudluğunu ittiham tərəfi ümumiyyətlə sübuta yetirə bilməmiş və eyni zamanda məhkəmə tərəfindən işttrirakımız təmin edilmədən işə baxılmışdır. Bizə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat nə elektron informasiya sistemi, nə kağız daşıyıcıda poçt vasitəsi ilə nə də ki, telefon zəngi vasitəsi ilə verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 60.1.-Cİ maddəsinin tələbinə əsasən Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin məcəllənin 60.3-cü maddəsinə əsasən İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin məcəllənin 60.4-cü maddəsinə əsasən Bildiriş bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əsasən əmək münasibətlərinin yaranması iş funksiyasının yerinə yetirilməsi, daxili intizam qaydalarına tabe olma və əməkhaqqının ödənilməsi kimi 3 ünsürlə əlaqələndirilir. Əmək Məcəlləsinin 43-cü maddəsi əmək münasibətlərinin məzmununu təşkil edən bu ünsürlərin mütləqliyini birbaşa təsbit edir. Prokurorluğun iş materiallarında isə qeyd edilən halların heç biri sübuta yetirilməmişdir. Nə daxili intizam aktı, nə tapşırıq vərəqəsi, nə də ödəniş aktı iş materiallarda mövcud deyildir. Prokurorluq inzibati xəta haqqında aparılan icraatda əmək qanunvericiliyinin məhz bu əsas tələblərini heçə saymaqla yalnız şahidlərin izahatları və subyektiv mülahizələri əsasında kifayətlənmişlər. Xüsusilə vurğulamaq istərdik ki, obyektiv faktlar və mötəbər sübutlar əsasında araşdırılmalı olan bir işdə subyektiv mülahizələrə və ehtimallara üstünlük verilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hüquq və qanuni mənafelərinin kobud şəkildə pozulmasına, habelə sahibkarlıq fəaliyyətinə qanuni əsaslar olmadan və proporsionallıq prinsipi gözlənilmədən müdaxilə edilməsinə səbəb olmuşdur ki, bu da hüquqi şəxsin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Digər nüans ondan ibarətdir ki, ümumiyyətlə prokurorluq tərəfindən başlanılan inzibati xəta haqqında icraat mahiyyəti üzrə düzgün araşdırma aparılmadan başlanılmışdır. Çünki, qərarında mahiyyətindən görmək olar ki, Azərbaycan Respublikasının Baş Prokrorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev tərtib etdiyi qərarda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşlar Ayna Cahandarovanın, Nərmin Həsənlinin, Mehriban Şükürovamn, Şəbinə Qənbərlinin, Pərvaz Məmmədovanın, Fariz Yaqubovun, Vüsalə Ağayevanın, Könül Məlikəliyevanın, Orxan Hüseynovun, Aysu Dadaşovanın və Şəfa Qasım zadənin müraciətlərinə (daxilolma qeydiyyatları: 3-54/1-C-176-32/2025, ##.##.2025-ci il; 3-54/1 -H- 595-32/2025, ##.##.2025- ci il; 3-54/1-Ş-164-32/2025, ##.##.2025-ci il; 3-54/1-Q-542- 32/2025, ##.##.2025-ci il; 3- 54/1-M-l 140-32/2025, ##.##.2025-ci il; 3-54/1-Y-l 10-32/2025, ##.##.2025-ci il; 3-54/1-A775-32/2025, ##.##.2025-ci il; 3-54/1-M-l235-32/2025, ##.##.2025-ci il; 3-54/1-H-813- 32/2025, 03.11,2025-ci il; 3-54/1-D-71-32/2025, ##.##.2025-ci il və 3-54/1-Q-645-32/2025, ##.##.2025-ci il) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində (bundan sonra - Agentlik) aidiyyəti üzrə baxılmışdır. Daxil olmuş müraciətlərdə vətəndaşlar “moon_beauty._house’: instaqram səhifəsi vasitəsilə hüquqi şəxs “X1" MMC (VÖEN: **********) və fiziki şəxs X4 (VÖEN: **********) aldıqları ətirlərin saxta olduğunu, həmin ətirlərin dəyişdirilməsi və ya geri qaytarılması ilə bağlı tələblərinin yerinə yetirilmədiyini qeyd etmişlər. Agentlik tərəfindən müraciətlərdə qeyd olunanlarla əlaqədar zərurət yarandığı təqdirdə vətəndaşların iştirakı ilə baxılaraq qanunamüvafıq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatın, eyni zamanda sözügedən ətirlərin mənşəyini, alışını, həmçinin təhlükəsizlik göstəricilərinin norma və qaydaların tələblərinə uyğunluğunu təsdiq edən sənədlərin (mənşə sertifikatı, alqı-satqı müqaviləsi, hesab-faktura, uyğunluq sertifikatı, gigiyenik sertifikat və s.) surətlərinin təqdim edilməsi üçün həmin sahibkarlıq subyektlərinə sorğu məktubları göndərilsə də, ünvanlanmış sorğu məktublarma cavab verilməmişdir. Yuxarıda qeyd edilənlərə və sözügedən instaqram səhifəsi ilə bağlı artan vətəndaş müraciətlərinə əsasən, istehlakçıları aldatma, yəni ticarət (xidmət) sahəsində sahibkar qismində qeydə alınmış hüquqi və fiziki şəxs tərəfindən malın və xidmətin istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma, etibardan suiistifadə əlamətlərinin olduğunu nəzərə alaraq, vətəndaşların Agentliyə daxil olmuş müraciətlərini təqdim edir, hüquqi və fəaliyyət ünvanlan eyni olan hüquqi şəxs “X1" MMC-nin vəzifəli şəxslərinin və fiziki şəxs X5 əməllərinə hüquqi qiymət verilməsi xahiş edilmişdir. Həmin qərarda qeyd olunan şikayət üzrə araşdırma aparılmamış və birbaşa şikayətin mahiyyətindən kənara çıxarıaq fiziki şəxs İbrahimli Özləm Etibar qızı ilə fiziki şəxs X5 arasında olan ##.##.2025ci il tarixdən ##.##.2025-ci il tarixədək əmək münasibətlərinə hüquqi qiymət verilmişdir. Bildirirəm ki, həmin vaxt Özləm Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMMC-də təcrübə müqaviləsi əsasında təcrübəçi kimi fəaliyyət göstərib. Nə protokolu tərtib edən orqan nədə ki, məhkəmə bu halları araşdırmadan məsələyə əsassız olaraq hüquqi qiymət vermiş və hüquqi şəxsi 20.000 manat məbləğində cərimə etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin (Bu Məcəllədə istifadə edilən əsas anlayışlar) 2-ci bəndində işçinin anlayışı verilmişdir. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. Eyni zaanda qeyd etmək istəyirəm ki, qərarda şikayətçi kimi adları keçə şəxslər heç biri məhkəmə iclasına dəvət olunmadan qərar qəbul olunmuşdur. Odur ki, məhkəmənin qərarının formal mülahizələrə əsalanaraq qəbul olunmuş qərar hesab edirəm. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəaları düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İbrahimli Özləm Etibar qızı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Lakin məhkəmənin gəldiyi bu nəticə iş materialları ilə tam təsdiq olunmur və Əmək Məcəlləsinin müddəalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada yaranır və əmək müqaviləsinin bağlanması həmin münasibətlərin əsas hüquqi əsasını təşkil edir. Eyni zamanda Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqaviləsi işçi ilə işəgötürən arasında bağlanan yazılı müqavilədir və tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Lakin həmin normaların tətbiqi üçün ilk növbədə tərəflər arasında əmək münasibətlərinin mövcudluğu sübuta yetirilməlidir. Məhkəmə yalnız inzibati araşdırma zamanı əldə edilmiş izahatlara istinad etmiş, lakin həmin izahatların digər obyektiv sübutlarla təsdiq olunub-olunmadığını müəyyən etməmişdir. İş materiallarında İbrahimli Özləm Etibar qızının işləməsi ilə bağlı mötəbər sübutlar mövcud deyildir. Əmək münasibətlərinin mövcudluğu yalnız şəxsin müəyyən müddət ərzində müəssisədə olması və ya ayrı-ayrı işləri yerinə yetirməsi ilə müəyyən edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin mahiyyətindən irəli gəlir ki, əmək münasibətləri mülki-hüquqi münasibətlərdən fərqli olaraq davamlı xarakter daşımalı, işçi işəgötürənin təşkilati- idarəetmə səlahiyyətinə tabe olmalı və əmək funksiyasını sistemli şəkildə yerinə yetirməlidir. Birinci instansiya məhkəməsi isə həmin meyarların heç birini ayrıca araşdırmamışdır. Belə klnzibati Xətalar Məcəlləsinin 192.1 ci maddəsinin tətbiqi üçün zəruri olan inzibati xəta tərkibi tam sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsinə əsasən məsuliyyət yalnız o halda yarana bilər ki, fiziki şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmiş olsun. Hazırkı iş üzrə məhkəmə sübuların hər birini ayrıca araşdırmadan ümumi nəticəyə gəlmişdir. Məhkəmə qərarında yalnız əmək müqaviləsinin elektron sistemdə qeydiyyata alınmaması göstərilmiş, lakin əmək münasibətlərinin faktiki olaraq hansı sübutlarla müəyyən edildiyi ətraflı əsaslandırılmamışdır. İnzibati məsuliyyət yalnız ehtimallara və fərziyyələrə əsaslana bilməz. İnzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən hər bir element mötəbər, kifayət edən və bir-birini tamamlayan sübutlarla təsdiq edilməlidir. Hazırkı iş üzrə isə belə sübutlar mövcud olmadığından hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qanuni hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutların tam araşdırılmaması nəticəsində faktiki hallara uyğun olmayan hüquqi nəticəyə gəlmişdir. Məhkəmə yalnız əmək müqaviləsinin elektron informasiya sistemində qeydiyyata alınmamasını əsas götürərək hüquqi şəxsin təqsirli olması qənaətinə gəlmişdir. Halbuki, əmək müqaviləsinin bağlanmaması faktının özü avtomatik olaraq əmək münasibətlərinin mövcudluğunu təsdiq etmir. Əvvəlcə faktiki əmək münasibətlərinin mövcudluğu, daha sonra isə həmin münasibətlərin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilibrəsmiləşdirilməməsi müəyyən edilməlidir. Hazırkı iş üzrə isə bu ardıcıllığa riayət edilməmişdir. Nəticədə birinci instansiya məhkəməsi iş üzrə tam araşdırılmamış hallara əsaslanaraq hüquqi şəxs barəsində ağır maliyyə sanksiyası tətbiq etmişdir. İş materiallarında davamiyyət jurnalı, iş qrafiki, tapşırıq sənədi, əmək haqqı tabeli, bank ödənişi, kassa orderi, müqavilə, giriş-çıxış qeydi və neytral şahid yoxdur. Bu qədər “yoxluq” fonunda əmək münasibətinin “mövcud” hesab edilməsi hüquqi absurdluqdur. Bu artıq sübutun qiymətləndirilməsi deyil — sübutun uydurulmasıdır. Birinci instansiya məhkəməsi daha bir kobud səhv etmişdir: sübutetmə yükünü ittiham tərəfinin üzərindən götürərək müdafiə tərəfinin üzərinə qoymuşdur.Hüquqi şəxsdən “öz günahsızlığını sübut etməyi” tələb etmək təqsirsizlik prezumpsiyasınm açıq şəkildə tapdalanmasıdır. İXM-nin 12.4-cü maddəsi birmənalıdır: şübhə varsa - şəxsin xeyrinə həll edilir. Bu iş isə başdanayağa şübhədir. Belə vəziyyətdə cərimə tətbiq etmək qanunu tətbiq etmək deyil — qanunu zorla bükməkdir. Ən təhlükəli məqam isə presedentdir. Əgər bu qərar qüvvədə saxlanılarsa, sabah istənilən şirkət iki nəfərin “biz orada işləmişik” deməsi ilə, heç bir sənəd olmadan, böyük məbləğdə cərimələnə bilər. Bu isə hüquqi müəyyənlik prinsipinin, sahibkarlıq azadlığının və ədalətli məhkəmə araşdırmasının faktiki ləğvidir. Məhkəmə ehtimala görə cərimə tətbiq edə, sübut olmadan məsuliyyət yarada, sözə görə hökm verə bilməz. Əks halda bu artıq ədalət mühakiməsi deyil. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı hüquqi baxımdan qüsurlu, sübut baxımından boş, məntiq baxımından isə tamamilə əsassızdır və bu formada qüvvədə saxlanılması ədalət mühakiməsinin nüfuzuna xələl gətirən açıq məhkəmə səhvi olacaqdır. Birinci instansiya məhkəməsi inzibati məsuliyyət kimi ağır dövlət məcburiyyət tədbirini tətbiq edərkən elementar hüquqi standartları belə gözləməmiş, hüquqi şəxsi 20.000 manat məbləğində cərimələməklə faktiki olaraq sübutu olmayan ehtimalı “həqiqət” kimi qəbul etmişdir. Bu işdə nə fakt var, nə sənəd var, nə obyektiv sübut var. Var olan yalnız iki nəfərin subyektiv, maraqlı, pul tələbi ilə çıxış edən, ziddiyyətli və öz- özünü təkzib edən izahatıdır. Hüquqda isə “kimsə dedi” sübut sayılmır. İnzibati məsuliyyət fərziyyə ilə deyil, yalnız sübutla tətbiq oluna bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsi açıq deyir: yalnız inzibati xəta tərkibi sübuta yetirildikdə məsuliyyət yarana bilər. 12-ci maddə deyir: hüquqazidd və təqsirli əməl olmalıdır. 76-cı maddə deyir: faktiki və mötəbər sübutlar olmalıdır. Bu işdə isə bunların heç biri yoxdur. Məhkəmə əmək münasibətinin mövcudluğunu elan etmişdir, lakin əmək münasibətinin bir dənə də olsun hüquqi elementi sübuta yetirilməmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli və ##.##.2026-cı il tarixli Qərarında yxuarıda qeyd etdiyimiz məsələlərə toxunulmamış, nəzərə alınmamış və heç bir əsaslandırmaya yol verilməmişdir. Qərarda yalnız maddi normalar sadalanmış və MMC-nin inzibati xətanı törətməkdə təqsirli bilinməsinin səbəbini əks etdirən əsaslandırmaya yol verilməmişdir. Apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının Baş Prokrorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə olnların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” ## ##### 2026-cı il tarixli qərardan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşlar Ayna Cahandarovanın, Nərmin Həsənlinin, Mehriban Şükürovanın, Şəbinə Qənbərlinin, Pərvaz Məmmədovanın, Fariz Yaqubovun, Vüsalə Ağayevanın, Könül Məlikəliyevanın, Orxan Hüseynovun, Aysu Dadaşovanın və Şəfa Qasım zadənin müraciətlərinə (daxilolma qeydiyyatları: 3-54/1-C-176-32/2025, ##.##.2025-ci il; 3-54/1 -H- 595-32/2025, ##.##.2025- ci il; 3-54/1-Ş-164-32/2025, ##.##.2025-ci il; 3-54/1-Q-542- 32/2025, ##.##.2025-ci il; 3- 54/1-M-1140-32/2025, ##.##.2025-ci il; 3-54/1-Y-110-32/2025, ##.##.2025-ci il; 3-54/1-A775-32/2025, ##.##.2025-ci il; 3-54/1-M-1235-32/2025, ##.##.2025-ci il; 3-54/1-H-813- 32/2025, 03.11,2025-ci il; 3-54/1-D-71-32/2025, ##.##.2025-ci il və 3-54/1-Q-645-32/2025, ##.##.2025-ci il) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində (bundan sonra - Agentlik) aidiyyəti üzrə baxılmışdır. Daxil olmuş müraciətlərdə vətəndaşlar “moon_beauty._house’: instaqram səhifəsi vasitəsilə hüquqi şəxs “X1" MMC (VÖEN: **********) və fiziki şəxs X4 (VÖEN: **********) aldıqları ətirlərin saxta olduğunu, həmin ətirlərin dəyişdirilməsi və ya geri qaytarılması ilə bağlı tələblərinin yerinə yetirilmədiyini qeyd etmişlər. Agentlik tərəfindən müraciətlərdə qeyd olunanlarla əlaqədar zərurət yarandığı təqdirdə vətəndaşların iştirakı ilə baxılaraq qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatın, eyni zamanda sözügedən ətirlərin mənşəyini, alışını, həmçinin təhlükəsizlik göstəricilərinin norma və qaydaların tələblərinə uyğunluğunu təsdiq edən sənədlərin (mənşə sertifikatı, alqı-satqı müqaviləsi, hesabfaktura, uyğunluq sertifikatı, gigiyenik sertifikat və s.) surətlərinin təqdim edilməsi üçün həmin sahibkarlıq subyektlərinə sorğu məktubları göndərilsə də, ünvanlanmış sorğu məktublarına cavab verilməmişdir. Yuxarıda qeyd edilənlərə və sözügedən instaqram səhifəsi ilə bağlı artan vətəndaş müraciətlərinə əsasən, istehlakçıları aldatma, yəni ticarət (xidmət) sahəsində sahibkar qismində qeydə alınmış hüquqi və fiziki şəxs tərəfindən malın və xidmətin istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma, etibardan suiistifadə əlamətlərinin olduğunu nəzərə alaraq, vətəndaşların Agentliyə daxil olmuş müraciətlərini təqdim edir, hüquqi və fəaliyyət ünvanlan eyni olan hüquqi şəxs “X1" MMC-nin vəzifəli şəxslərinin və fiziki şəxs X4 əməllərinə hüquqi qiymət verilməsi xahiş edilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” ## ##### 2026-cı il tarixli qərardan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X4 "X1” MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərini pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs İbrahimli Özləm Etibar qızını ##.##.2025- ci il tarixdən ##.##.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sosial media mütəxəssisi kimi işlərin görülməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Vətəndaş İbrahimli Özləm Etibar qızını verdiyi izahatında da ##.##.2025- ci tarixindən işə başladığını, lakin həmin vaxt əmək müqaviləsi onunla bağlanmadığını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin ç bəndinə əsasən “Müddətli əmək müqaviləsi bağlanan hallar”dan biri də - müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Birinci instansiya məhkəməsinin hakimi yuxarda qeyd olunan nəticəyə gələrkən qərarında qeyd etmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - rəhbəri X4 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində İbrahimli Özləm Etibar qızını ##.##.2025-ci il tarixdə işlərin görülməsinə cəlb etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikasının Baş Prokrorluğu Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən işçilərin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsinə dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində haqlı olaraq Azərbaycan Respublikasının Baş Prokrorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev tərəfindən “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vətəndaş İbrahimli Özləm Etibar qızı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən müəyyən işlərin (xidmətlərin) yerinə yetirməsinə cəlb edilməsi faktı AR Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində toplanmış materialla, izahatlarla və digər sənədlərlə tam sübuta yetirilir. Odur ki, şikayətin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin hüquqi əsasını təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, brinci instansiya məhkəməsi hakimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni, əsaslı və düzgün nəticəyə gəlmiş, və ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 20.000 (iyirmi min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar