Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2613/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, X6 Oruc qızının katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-93)- ****/**** saylı qərarında apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsinin vəsatətinin təmin edilməməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-93)- ****/**** saylı qərarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Qərar ## ##### 2026-ci il tarixdə X5 Xidmətinin nümayəndəsi nümayəndə2 “Elektron Məhkəmə” İnformasiya Sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin, ## ##### 2026-cı il tarixdə sözügedən qərar “AZDOC” elektron sənəd dövriyyəsi sistemi vasitəsilə X5 Xidmətinə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-93)- ****/**** saylı qərarında apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsinin vəsatəti təmin edilməmişdir. Qərardaddan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərardadının ləğv edilməsini və müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarının surəti ## ##### 2026-cı il tarixdə Xidmətin nümayəndəsi nümayəndə2 elektron kabinetinə yerləşdirilmiş, ## ##### 2026-cı il tarixdə isə “AZDOC” sistemi vasitəsi ilə Xidmətə çatdırılmışdır. X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş ilkin apellyasiya şikayətinin Binəqədi Rayon Məhkəməsinə göndərildiyi zərfin üzərində olan poçt ştempelindən görünür ki, həmin apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə, yəni məhkəmə qərarının “AZDOC” sistemi vasitəsi ilə Xidmətə çatdırılmasından 13 gün sonra poçta verilmişdir. Belə ki, İXM-in: 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. . Beləliklə, göstərilənlərə əsasən hesab edirəm ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-93)- ****/**** saylı qərarında apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsinin vəsatəti təmin edilməməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim: Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-2613/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2613/2026
25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver