Məhkəmə qərarları › İş №3(3-6)-2616/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2616/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2616/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 və barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Protokolu tərtib edən orqan hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: “xxxx” Firmasının direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə verdiyi şikayətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin (bundan sonra – səlahiyyətli orqan) onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 192.3-cü maddəsi ilə qəbul etdiyi ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın və həmin qərarın dəyişdirilmədən saxlanılması barədə ## ###### 2026-cı il tarixli, *-**-*/*V-*****/**** nömrəli qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilmiş, onun barəsində səlahiyyətli orqanın qəbul etdiyi ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və həmin inzibati xətaya haqqında iş üzrə icraata xitam verilmişdir. X6 Xidmətinin hüquq idarəsi həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və səlahiyyətli orqanın qəbul etdiyi ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırmışdır ki, “Əmək və Məşğulluq” altsistemindəki müqavilələrə baxış keçirilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bəzi işçilərlə bağladığı əmək müqavilələrində onların əmək haqqı məbləğinin # ###### 2025-ci il tarixdən minimum aylıq əməkhaqqı məbləğini təşkil etmiş 400 manatdan az olmasının qeyd edildiyi, bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155.1-ci maddəsinin tələblərini pozması müəyyən edilmişdir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması sübuta yetirilmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X1 şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 192.3-cü maddəsində işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş üzrə səlahiyyətli orqan qəbul etdiyi ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin ## #### 2026-cı il tarixli məktubuna əsasən “xxxx” Firmasının fəaliyyətini ## ###### 2015-ci il tarixdən ## ###### 2030-cu il tarixədək dayandırması, hazırda da fəaliyyət göstərməməsi müəyyən edildiyinə, iş üzrə səlahiyyətli orqanın qəbul etdiyi inzibati tənbeh vermə haqqında elektron qərarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvafiq inzibati xətanı hansı tarixdə, hansı işçilərlə bağladığı əmək müqavilələrinə və minimum əmək haqqı məbləğlərinə münasibətdə törətməsi göstərilmədiyinə, eləcə də bu hallar iş materialları ilə müəyyən edilmədiyinə, beləliklə də, səlahiyyətli orqan Azərbaycan Respublikası İXM-in 8.1ci maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini sübuta yetirə bilmədiyinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, bununla bağlı etdiyi oxşar əsaslandırma qanuni və əsaslıdır, səlahiyyətli orqanın verdiyi şikayətin dəlili əsassızdır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətin təmin edilməsi və səlahiyyətli orqanın qəbul etdiyi ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə nəticəyə gəlsə də, səlahiyyətli orqanın həmin qərarının dəyişdirilmədən saxlanılması barədə qəbul etdiyi ## ###### 2026-cı il tarixli, *-**-*/*V-*****/**** nömrəli qərarını ləğv etməmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalı, həmçinin, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi ilkin şikayətin təmin edilməsi barədə gəldiyi nəticəyə uyğun olaraq, səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, *-**-*/*V- *****/**** nömrəli qərar da ləğv edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi ilkin şikayətin təmin edilməsi barədə gəldiyi nəticəyə uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin qəbul etdiyi ## ###### 2026-cı il tarixli, *-**-*/*V-*****/**** nömrəli qərar ləğv edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar