Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2617/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İbrahimova İlahə Arif qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi (vəkili) “Medleks” Vəkil Bürosunun vəkili Hacıyev İntiqam Məcid oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayılov Bəxtiyar Cabir oğlu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verib, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, İnzibati xəta haqqında protokolda göstərilmişdir, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs guya icra sənədində qeyd olunan əmlakları təqdim etməmiş və harada olduğunu deməmişdir, bununla da icra sənədinin icrasından yayınmışdır. Binəqədi Rayon Məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, əsassız olaraq *(*- **)-****/**** saylı, ##.##.2026-cı il tarixli Qərar qəbul etmiş, nəticədə mən 500 (beş yüz) manat məbləğində cərimə edilmişəm. Aşağıda qeyd edəcəyimiz faktlar Binəqədi Rayon Məhkəməsinin sözügedən qərarının qanunsuz olmaqla ləğv edilməli olduğunu təsdiq edir. Apellyasiya instansiyasının diqqətinə çatdırırıq ki, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı Qərardadında konkret olaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğu və maraqlı şəxsBarəsində inzibati xəta haqqında icraat aparılan şəxs istifadəsində olduğu bildirilən ünvan 2 ünvanında yerləşən əşyaların üzərində həbs qoyulması qərara alınmışdır. Yəni burada icra məmuru sözügedən ünvana baxış keçirərək üzərinə həbs qoyulması qərara alınmış əşyaları taparaq həbs qoymalı, həmin əşyalar mövcud olmadığı halda isə bu barədə akt tərtib edərək məhkəməyə məlumat verməli idi. İcra məmurunun qeyd olunanların əksinə, məndən əşyaları tələb etmək və ya əşyaları başqa ünvanda axtarmaq nə Sumqayıt Kommersiya Məhkəməsinin adıkeçən Qərardadından, nə də icra məmurunun hüquq və vəzifələrindən irəli gələn tələb olmamışdır. Belə ki, “Dövlət icra məmurları haqqında” AR Qanunun 7 və 8-ci maddələrində müvafiq olaraq icra məmurlarının vəzifələri və hüquqları əks olunmuşdur. Sadalanan hüquq və vəzifələrin heç birində icra məmurunun məhkəmə qərarından kənara çıxaraq qərarda göstərilməyən ünvana baxış keçirmək və yaxud borcludan əşyalar tələb etmək kimi müddəalar göstərilməmişdir. Yəni, icra məmurunun mübahisə edilən işlə bağlı tələbi qanuni tələb hesab edilməməlidir. Eyni zamanda icra məmurunun tələbi qanuni tələb olmadığı üçün müvafiq qaydada AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yarada bilməz. AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən,icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan da göründüyü kimi yalnız qanuni tələbin yerinə yetirilmədiyi halda mən cərimə oluna bilərdim. İşin faktiki hallarından da məlum olur ki, Abşeron Rayon İcra Şöbəsinin icra məmuru “İcra haqqında” və “Dövlət icra məmurları haqqında” AR Qanunlarının müvafiq normalarına zidd hərəkət edərək məndən əşyaları əsassız formada tələb etmişdir. Bu da qanuni tələb hesab oluna bilməz. Apellyasiya instansiyasının nəzərinə çatdırmalıyıq ki, hətta tərəfimdən vəzifəm olmasa belə əşyaların məndə olmadığını sübut etmək üçün icra məmuruna yeni köçdüyü ünvana da baxış keçirmək təklif olunmuşdur. Halbuki sübut etmə yükünu burada mən daşımırdım. Buna baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan hallara lazımı diqqət göstərməmişdir. Bununla yanaşı qeyd etməliyik ki, “xxxx” MMC-nin təsisçisi olan X2 mənimlə 8 illik faktiki evlili münasibətində olmuş, ayrıldıqdan sonra isə mənə qarşı bullinqə başlamışdır. Belə ki, Manaf Səmədzadə müxtəlif polis orqanlarına, hətta DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət edərək mənim barəmdə şər, böhtan xarakterli yalan məlumatlar vermişdir. Təbii k aparılan araşdırmalar nəticəsində Manaf Səmədzadənin şikayətlərinin əsassız olması öz təsdiqini tapmışdır. Hazırki iş də eyni məzmunu daşımaqla “xxxx” MMC-nin təsisçisi Manaf Səmədzadənin mənə qarşı qərəzli mövqedə olmasını göstərir. Həm “xxxx” MMC-nin Sumqayıt Kommersiya Məhkəməsinə təqdim etdiyi, həm də hazırki işdə birinci instansiya məhkəməsinə icr; məmuru tərəfindən təqdim edilmiş sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, “xxxx” guya bəhsikeçən malların MMC-nin mülkiyyətində olduğunu göstərsə də bu, işin hallarına uyğun gəlməməkdədir. Məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli “Elektron alış aktı” qeyd olunan tarixinə diqqət yetirsək, həmin aktın sonradan tərtib olunduğu açıqaşkar bilinir. Nəzərinizə çatdırım ki, mən həmin akt tərtib olunmazdan əvvəl, ##.##.2026cı il tarixdə MMC-də direktor vəzifəsini X1 təhvil vermişəm. İcra məmurunun qanunsuz şəkildə məndən tələb etdiyi malların bir qismi, ümumiyyətlə məndə olmamışdır. Yəni, həmin malların guya MMC-nin mülkiyyətində olması ilə bağlı verilən məlumatlar həqiqətə uyğun deyildir. Apellyasiya instansiyasının nəzərinə çatdıraq ki, qərardadda göstərilən əşyaların 20%-i ümumiyyətlə mövcud olmamışdır, qalan 80% isə mənim mülkiyyətimdə olmuşdur. Eyni zamanda mənim mülkiyyətimdə olan 80% əşyanın da hamısı ünvan 2 ünvanında yerləşən obyektdə olmamışdır. Birinci instansiya məhkəməsi də həmin məsələlərin obyektiv şəkildə araşdırılması üçün hər hansı tədbir görməmişdir. Eyni zamanda kimi ərizəçinin təqdim etdiyi ##.##.2026-cı il tarixli Elektron alış aktında isə guya sözügedən malların elə ##.##.2026-cı il tarixdə alınması göstərilir. Təbii ki həmin sənəd sonradan, yəni, mənim direktor vəzifəsini təhvil verdikdən sonra qanunsuz yollarla tərtib edilmiş və bununla da tərəfimdən guya həmin malların mənimsənildiyini göstərmək üçün istifadə edilmişdir. Necə ola bilər ki, ##.##.2026-cı il tarixdə mən direktor vəzifəsini təhvil vermişəm, amma ##.##.2026-cı il tarixdə isə MMC-nin adına müxtəlif mallar alaraq hətta sonradan həmin malları mən mənimsəmişəm?! İndiki halda da həmin əşyaların yəni, mənim direktorluqdan çıxmamdan sonra alınmış əşyaların məndə olmasının bildirilməsi tamamilə absurddur. Məhkəmə qərarında göstərilmişdir ki, “məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx' MMC-nin direktoru olaraq fəaliyyətinə ## ##### 2026-cı il tarixdə xitam verilməsi, əşyaların isə bundan 10 gün sonra alınması ilə bağlı arqumentini də tutarlı hesab etmir. Belə ki, əşyaların Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fəaliyyətinə xitam verildikdən sonra alınması, özü-özlüyündə həmin əşyaların onun istifadəsində olub-olmamasını müəyyən edən hal kimi çıxış edə bilməz. Məhkəmə araşdırması zamanı da tərəflərin izahatları ilə həmin əşyaların məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icarə əsasında istifadə etdiyi obyektdə olması və icarə münasibətlərinə xitam verildiyindən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən olduqları yerdən başqa ünvana aparılması müəyyən edilmişdir.” Diqqətinizə çatdıraq ki, vəkilimlə birlikdə Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr İcra Baş İdarəsində və birinci instansiy; məhkəməsində icraat zamanı bildirmişik ki, Sumqayıt Kommersiya Məhkəməsinin sözügedən Qərardadında qeyd edilmiş ünvandakı obyekt icarə müqaviləsi əsasında mənə məxsus olmuşdur. Lakin, icarəyə verən tərəfindən ##.##.2026-cı il tarixdə mənə xəbərdalıq məktubu göndərilərək, sahəni boşaltmağım tələb olunmuş və mən, bu səbəbdən həmin qeyri-yaşayış sahəsini boşaltmışam. Bundan sonra isə yeni ünvana köçmüşəm. Yuxarıda da bildirdiyimiz kimi tərəfimdən icra məmurundan yeni ünvana gələrək oraya da baxış keçirməsi istənmişdir. Əgər mən əşyaları yeni ünvana daşımışamsa, əşyalar həqiqətən də mənim mülkiyyətimdədirsə və həmin əşyaları təhvil vermək istəmirəmsə nə üçün icra məmurundan yeni ünvana baxış keçirməsini istəmişəm?! Məhkəmə sadəcə ərizəçi tərəfin izahatlarını nəzərə alaraq, məsələyə birtərəfli yanaşaraq bizim hüquqlarımızın pozulmasına səbəb olmuşdur. Bütün bunlara baxmayaraq Binəqədi Rayon Məhkəməsi təqdim etdiyimiz sübutlara, tərəfimizdən verilmiş izahatlara rəğmən müvafiq işə obyektiv yanaşmamış, bizə qarşı qərəzli mövqe göstərərk qanunsuz və əsassız qərar qəbul etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş tərəf məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən onların iştirakları olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi (vəkili) Hacıyev İntiqam Məcid oğlu apellyasiya şikayətini müdafiə edərək və dəlillərinə uyğun çıxış edərək məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026cı il tarixli, e-**(*-**)-***/**** nömrəli icra sənədindən görünür ki, müvəqqəti təminat tədbiri olaraq ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğu və maraqlı şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istifadəsində olduğu bildirilən ünvan 2 ünvanında yerləşən dəyəri 38.000 (otuz səkkiz min) manat olan, 2013-cü il istehsalı 1 ədəd “X5 GentleLase” markalı lazer aparatının, dəyəri 4.000 (dörd min) manat olan 1 ədəd “Zimmer” markalı soyutma aparatının, dəyəri 1.500 (min beş yüz) manat olan 3 ədəd stabilizatorun (çatinqaya), dəyəri 500 (beş yüz) manat olan 1 ədəd ofis mebelinin, dəyəri 450 (dörd yüz əlli) manat olan 1 ədəd “LG” markalı kondisionerin, dəyəri 800 (səkkiz yüz) manat olan 1 ədəd “Gree” markalı kondisionerin, dəyəri 400 (dörd yüz) manat olan 1 ədəd “Acer” markalı stolüstü kompüterin, dəyəri 700 (yeddi yüz) manat olan 2 ədəd “G5” markalı masaj aparatının, dəyəri 1.000 (min) manat olan 1 ədəd masaj aparatının (kavitasiya), dəyəri 1.500 (min beş yüz) manat olan 1 ədəd “FOHOW EMS” elektrikli masaj aparatının, dəyəri 280 (iki yüz səksən) manat olan 4 ədəd kuşetkanın, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 31, 33, 35, 37 (yeni qaydalara əsasən: AZ1134, ünvan 1) ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan, dəyəri 3.000 (üç min) manat olan geyim dükanı üçün avadanlıq dəstinin (3 ədəd kreslonun, 1 ədəd resepsiyon masasının, 1 ədəd ütünün, vitrin asılqanlarının və ayaqqabı rəflərinin) üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan ## #### 2026-cı il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026cı il tarixli, e-**(*-**)-***/**** nömrəli icra sənədi üzrə icraata başlanmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan ## #### 2026-cı il tarixli aktdan görünür ki, “... böyük icra məmuru Bəxtiyar İsmayılov ilə birlikdə ünvanda yerləşən gözəllik salonuna daxil olduq. Baxış zamanı müəyyən olundu ki, icra sənədində qeyd olunan əmlaklardan heç biri aşkar olunmadı. Daha sonra icra məmuru B.İsmayılov Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə rabitə əlaqəsi yaratdı, telefonu səs ucaldana qoydu və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdi ki, icra sənədində qeyd olunan əmlaklar ona məxsus olduğu üçün çıxardıb. Ona izah olundu ki, əmlakları çıxartmaqla o, məsuliyyət daşıyacaq, həmin əmlaklara o toxunmamalı idi. Böyük icra məmuru B.İsmayılov həmin əmlakların hazırda harda olduğunu soruşduqda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmlakların olduğu yer barədə məlumat vermədi.” İş materiallarında olan ## #### 2026-cı il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarla hesab etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsində olan əmlakların üzərinə həbs qoyulması barədə müvəqqəti təminat tədbiri tətbiq edilmiş və həmin qərarın icrası icra məmuruna həvalə edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra məmurunun qanuni tələbləri bütün fiziki və hüquqi şəxslər üçün məcburidir və Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, icra məmuru məhkəmə qərarının icrası məqsədilə göstərilən ünvana getmiş, qeyri-yaşayış sahəsinin boş olduğunu müəyyən etmişdir. Bundan sonra həmin sahədə yerləşmiş əşyaların istifadəsində olmuş şəxslə (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) əlaqə saxlanılmış və ondan üzərinə həbs qoyulmalı əmlakın harada yerləşməsi barədə məlumat verməsi tələb edilmişdir. Həmin şəxs icra məmuruna əşyaların yerini söyləməkdən imtina etmiş, nəticədə icra məmuru məhkəmə qərarında göstərilən əmlakı müəyyən edə və onun üzərinə həbs qoya bilməmişdir. Məhkəmə qərarının konkret ünvanla məhdudlaşması barədə müdafiə tərəfinin arqumenti ilə bağlı məhkəmə hesab edir ki, icra sənədində əmlakın yerləşdiyi ünvanın göstərilməsi icra hərəkətinin aparılmalı olduğu yeri müəyyən edir və həmin ünvanda mövcud olmuş əmlak üzərində təminat tədbirinin tətbiqini təmin etməyə yönəlmişdir. Həmin əmlakın icra hərəkəti aparılarkən artıq başqa yerə aparılmış olması icra məmurunun qanuni tələbini yerinə yetirmək vəzifəsini aradan qaldırmır. Əksinə, belə halda əmlaka faktiki sərəncam verən şəxs onun yerləşdiyi yer barədə düzgün məlumat verməyə borcludur. Əmlakın əvvəlki ünvanda olmaması icra sənədinin icrasını obyektiv olaraq çətinləşdirsə də, bu hal icra məmurunun qanuni tələbinə əməl edilməməsinə bəraət qazandırmır. Barəsində inzibati icraat aparılan şəxsin müdafiəçisi məhkəmə iclasında obyektin icarə müqaviləsinə xitam verildiyindən, yaranmış zərurətlə əlaqədar əşyaların başqa ünvana köçürüldüyünü və icra məmurunun istəsə həmin ünvana gedə biləcəyini bildirmişdir. Lakin, icra məmuru tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli aktdan görünür ki, icra məmuru həmin tarixdə obyektdə olarkən barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə əlaqə saxlanılmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmlakların olduğu yer barədə məlumat verməkdən imtina etmişdir. Məhkəmə müdafiəçinin bu izahatını müdafiə hüququnun həyata keçirilməsi çərçivəsində verilmiş bəyanat kimi qiymətləndirir və hesab edir ki, həmin bəyanat inzibati xətanın törədildiyi anda mövcud olmuş hüquq pozuntusunu aradan qaldırmır. İnzibati məsuliyyətin yaranması üçün həlledici olan məqam icra məmurunun qanuni tələbinin irəli sürüldüyü vaxt həmin tələbin yerinə yetirilib-yetirilməməsidir. İş üzrə müəyyən olunur ki, icra hərəkəti aparılan zaman üzərinə həbs qoyulmuş əmlakları olduqları yerdən çıxarmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onların yerini bildirmədiyindən, icra məmuru əmlakın yerini müəyyən edə bilməmiş və məhkəmə qərarının icrası mümkünsüz olmuşdur. Sonradan məhkəmə baxışı zamanı əmlakın başqa ünvanda olduğunun bildirilməsi onun əvvəlki davranışının hüquqi nəticələrini aradan qaldırmır. Əks yanaşma qəbul edildiyi halda, hər bir şəxs əvvəlcə icra məmuruna həqiqətə uyğun olmayan məlumat verməklə və ya zəruri məlumatı təqdim etməməklə məhkəmə qərarının icrasını nəticəsiz qoya, sonradan isə məhkəmə baxışı zamanı əməkdaşlıq nümayiş etdirməklə məsuliyyətdən yayınmış olardı ki, bu da məhkəmə aktlarının məcburiliyi və icra prosesinin səmərəliliyi prinsiplərinə zidd olardı. Məhkəmə borclu tərəfin icra məmurunun icra sənədini məhkəməyə qaytarmalı olması barədə arqumentini də əsaslı hesab etmir. İcra məmurunun müəyyən prosessual hərəkətləri həyata keçirmək səlahiyyəti və ya vəzifəsi həmin şəxsin qanunla müəyyən edilmiş öhdəliyini – icra məmurunun qanuni tələbinə əməl etmək və icra sənədinin icrası üçün tələb olunan məlumatı təqdim etmək vəzifəsini aradan qaldırmır. İcra məmurunun sonradan akt tərtib etməsi və ya icra sənədini məhkəməyə qaytarması mümkün olsa belə, bu hal icra hərəkəti aparılan anda qanuni tələbin yerinə yetirilməməsi faktını istisna etmir. Həmçinin, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMCnin direktoru olaraq fəaliyyətinə ## ##### 2026-cı il tarixdə xitam verilməsi, əşyaların isə bundan 10 gün sonra alınması ilə bağlı arqumentini də tutarlı hesab etmir. Belə ki, əşyaların Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fəaliyyətinə xitam verildikdən sonra alınması, özü-özlüyündə həmin əşyaların onun istifadəsində olubolmamasını müəyyən edən hal kimi çıxış edə bilməz. Məhkəmə araşdırması zamanı da tərəflərin izahatları ilə həmin əşyaların məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icarə əsasında istifadə etdiyi obyektdə olması və icarə münasibətlərinə xitam verildiyindən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən olduqları yerdən başqa ünvana aparılması müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməməklə məhkəmə qərarının icrasına mane olmuş, bununla da inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hakiminin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli icra sənədinin icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti təmin edilməsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2617/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2617/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver