Məhkəmə qərarları › İş №3(3-6)-2619/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2619/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2619/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi – Ibrahimova Ilahə Arif qızının katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ƏƏSMN yanında X4 Xidmətinin (DƏMX) Bakı şəhər İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən, guya "xxxx" MMC-yə göndərilmiş ##.##.2025-ci il tarixli məktubla tələb olunan sənədlərin təqdim edilməməsinə görə, mən - Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəmdə 1200 manat məbləğində şərti cərimə tətbiq edilmiş və hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən olunmuşdur. Mənim nümayəndəm tərəfindən həmin qərarın ləğv edilməsi tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilmişdir. Şikayətdə əsaslandırılmışdır ki, sənəd tələbi barədə məktub ümumiyyətlə "xxxx" MMC-yə çatdırılmamışdır və bu fakt Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə hüquqi şəxs ("xxxx" MMC) barəsində icraata xitam verilərkən məhkəmə tərəfindən sübuta yetirilmişdir (preyudisial fakt) . Həmçinin, mənə sənəd tələbi barədə məlum olduqdan dərhal sonra (barəmdə qərar qəbul edildikdən sonra) bütün zəruri məlumatlar DƏMX-ə təqdim edilmişdir.Lakin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi (hakim Aytəkin İbrahimova) ##.##.2026-cı il tarixli qərarı ilə mənim şikayətimi əsassız olaraq rədd etmiş (təmin etməmişdir). Hesab edirik ki, birinci instansiya məhkəməsinin qərarı daxili ziddiyyətlərlə doludur, İXM-in təməl prinsiplərini (təqsirsizlik, qanunçuluq) və preyudisiya qaydalarını kobud şəkildə pozmuşdur. Qərar tamamilə ləğv edilməli, xəta tərkibinin olmaması əsası ilə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, şəxs yalnız xətanın törədilməsində təqsirli hesab edildikdə məsuliyyətə cəlb olunur. Mənim əməlimdə İXM-in 539.3-cü maddəsinin xəta tərkibi yoxdur. Çünki DƏMX-in sənəd tələb edən ##.##.2025-ci il tarixli məktubu şirkətə və mənə ümumiyyətlə çatdırılmamışdır. Bu fakt Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə hüquqi şəxs barəsində icraata xitam verilərkən (məktubun çatdırılmaması və elektron kabinetə yerləşdirilməməsi sübuta yetirildiyi üçün) rəsmən təsdiq edilmişdir . Birinci instansiya məhkəməsi isə bu preyudisial faktı nəzərə almaqdan imtina edərək, Konstitusiya Məhkəməsinin Plenum Qərarını (İXM 18.2-yə dair) təhrif etmişdir . Plenum qərarı hüquqi şəxs və vəzifəli şəxsin məsuliyyət cəlb edilmə əsaslarının fərqli olduğunu bildirir, lakin hərəkətin obyektiv tərəfinin (məktubun çatmaması faktının) fərqli olduğunu demir. Tələb barədə məlumatı olmayan (məktubu almayan) vəzifəli şəxs sənədi təqdim etməməkdə necə təqsirli bilinə bilər? Təqsir yoxdursa, İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi yoxdur və icraat dərhal xitam olunmalıdır. "Şərti Cərimə" İnstitutunun Yanlış Tətbiqi (Qanunsuzluğun Leqallaşdırılması): Məhkəmə, mənim sonradan sənədləri DƏMX-ə təqdim etməyimi "şərti cərimənin tələblərinin icrası" kimi qiymətləndirərək məsuliyyətdən kənarda qalmağımı əsaslandırmağa çalışıb . Bu yanaşma tamamilə qanunsuzdur. Mən sənədləri şərti cərimə tətbiq edildiyi üçün deyil, DƏMX-in məndən sənəd istədiyini ancaq qərar qəbul edildikdən sonra bildiyim üçün təqdim etmişəm. Əgər şəxsin əməlində xəta hadisəsi və təqsir yoxdursa (çünki məktub çatmayıb), ona əvvəlcə qanunsuz olaraq "şərti cərimə" təyin edib, sonra da "şərtləri icra etdi" deyərək qərarı qüvvədə saxlamaq hüquqa ziddir. Dövlət orqanı öz xətasını (məktubu çatdırmamağını) vətəndaşın üzərinə ata bilməz. İlk gündən bu qərar qanunsuz qəbul edilmişdir və dəyişdirilməli deyil, İXM-in 134.1.3-cü maddəsinə əsasən bütövlükdə ləğv edilərək xitam olunmalıdır. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarından görünür ki, Qərarından şikayət verilən orqan Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 şikayəti əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** saylı məkub göndərilərək sənədlərin təqdim edilməsi tələb olunmuş, lakin sənədlər təqdim edilməmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəlləinin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. vətəndaş X2 “xxxx" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı müraciətə müvafiq orqan tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən. əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarda qeyd etmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** saylı məkub göndərilərək sənədlərin təqdim edilməsi tələb olunmuş, lakin sənədlər təqdim edilməmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilmişdir. Həmin müddət ərzində tələb olunan sənədlər müfəttişliyə göndərilərək hüquqpozma aradan qaldırılmışdır. Qeyd edilən faktlara münasibətdə Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi izah verərək bildirmişdir ki, məlumatın vaxtında verilməməsi onlara hər hansı bir bildirişin gəlməməsi ilə əlaqəli olmuş, hüquqi şəxs barəsində inzibati işlə bağlı məhkəmə çəkişməsi zamanı MMC-yə hər hansı bir bildirişin gəlməməsi öz təsdiqini tapmış, bundan başqa MMC məlumat əldə etdikdən dərhal sonra da Müfəttişlik tərəfindən istənilən zəruri məlumatları onlara təqdim etmişdir. Qeyd edilən faktlarla müəyyən edilir ki, cərimənin şərti tətbiqi ilə bağlı qərar vəzifəli şəxs tərəfindən artıq icra edilmişdir. Məhkəmə bildirmək istəyir ki, İXM-in 25.7-ci maddəsinə əsasən Məcəllənin 116.1- ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. İXMin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilə bilər. İXM-in 116.2-ci maddəsinə əsasən isə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur və nəzərdə tutulan bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Hazırki mərhələdə müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən barəsində tərtib edilmiş cərimənin şərti tətbiqi ilə bağlı qərarda nəzərdə tutulmuş məlumatlar, yəni vətəndaş X1 ilə bağlı zəruri olan bütün məlumatlar X4 Xidmətinə təqdim edilmiş, bununla da hüquqpozma ardan qaldırılmışdır. Nəzərə almaq lazımdır ki, cərimənin şərti olaraq tətbiq edilməsində əsas məqsəd mövcud xətanın aradan qaldırılmasıdır. Xəta aradan qaldırıldıqda isə hər hansı bir tənbeh tətbiqi nəzərdə tutulmadığından şikayət üzrə predmet də aradan qalxmış olur. Bundan başqa məhkəmə nümayəndənin hüquqi şəxs barəsində inzibati iş üzrə icraata xitam verilməsi ilə əlaqədar məhkəmə qərarının preyudisiallığının nəzərə alınmalı olması və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi barəsində inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərarın da ləğv edilməli olması fikri ilə də razılaşmayaraq ilk öncə bildirmək istəyir ki, İXM-in 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün çıxış edən vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətalara görə cəlb edilirlər. Qanunun dispozisiyasından da məlum olduğu kimi hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili isə belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarnda göstərilmişdir ki, inzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, hüquqi şəxs barəsində protokol ##.##.2025- ci il tarixində tərtib edilmiş və aidiyyatı üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, Məhkəmə tərəfindən MMC-in elektron kabinetinə məlumat yerləşdirilməsi sübuta yetirilməməsi və məktubun çatdırılmaması əsası ilə İXM-in 53.1.2-ci maddəsinə istinad edərək iş üzrə icraata xitam verilmişdir. Lakin vəzifəli şəxs barəsində isə qərar ##.##.2026-cı il tarixində, yəni hüquqi şəxs barəsində protokol tərtib edildikdən xeyli sonra qəbul edilmiş və həmin müddətdə MMC tərəfindən də X4 zəruri olan bütün məlumatlar verilmişdir. Bununla da vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş cərimənin şərti tətbiqi üzrə tələblər tam olaraq onun tərəfindən yerinə yetirilmiş və cərimənin şərti tətbiq edilməsi haqqında qərar da öz qüvvəsini itirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillərə birinci instansiya məhkəməsinin qərarında kifayət qədər əsaslandırılmış münasibət bildirilmiş və vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş cərimənin şərti tətbiqi üzrə tələblər tam olaraq onun tərəfindən yerinə yetirilmiş və cərimənin şərti tətbiq edilməsi haqqında qərar da öz qüvvəsini itirmişdir. İrəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIRAM: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar