Məhkəmə qərarları › İş №3(3-6)-2622/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2622/2026

18.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2622/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Məhkəmə iclas katibi X3 iştirakı ilə, Vəzifəli şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsin dair qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından X4 Xidməti tərəfindən apellyasiya qaydasında verilmiş şikayətini Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Tarix və Etnologiya Institutunun işçisi Həsənov Tofiq Əliş oğlunun ##.##.2025-ci il tarixdə səhhətinin pozulması ilə bağlı işəgötürən DƏMX-nə hadisə baş verdiyi gün məlumat verməməsinə görə Tarix və Etnologiya Institutunun direktoru Həsənov Tofiq Əliş oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Vəzifəli şəxs barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Q.Məmmədli) ## ### 2026-cı il tarixli qərarından görünür ki, şikayət təmin olunmuş və Vəzifəli şəxs barəsində X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. X2 Müfəttişliyi Xidməti apellyasiya şikayəti verərək, inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Vəzifəli şəxs barəsində qəbul edilmiş ##.##.2026cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə şikayətin təmin edilməməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və Vəzifəli şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalara Məcəlləsinin 555.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. X1 Müfəttişliyi Xidməti yenidən eyniməzmunlu şikayətlə məhkəməyə müraciət edərək, inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Xidmətin Bakı şəhər Idarəsi tərəfindən Vəzifəli şəxs barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarından X4 Xidməti tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarı ilə artıq münasibət bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi X4 Xidməti şikayətinə münasibətdə vurğulayır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində, apellyasiya instansiyası məhkəməsi tərəfindən hakimin qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protestə təkrarən baxılması ilə bağlı xüsusda, prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməmişdir. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il # ###### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Belə olan halda, Azərbaycan Respublikası CPM-nin 453.10-cu maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hakimin qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını təhlil edən apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarından X4 Xidməti tərəfindən təkrar verilmiş apellyasiya şikayəti üzrə materialın baxılmadan birinci instansiya məhkəməsinə qaytarılması qənaətinə gəlir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 109-cu maddəsini tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəzifəli şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsin dair qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından X4 Xidməti tərəfindən apellyasiya qaydasında verilmiş şikayəti baxılmadan birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar