Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2623/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 tərəfindən IXP ******* saylı, ## ##### 2026-cı il tarixli protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsinin IXP ******* saylı, ## ##### 2026-cı il tarixli protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı ildə Yasamal Rayonu Zahid Xəlilov küçəsində səhhətinin qəflətən dəyişməsini ve halsızlıq və göz qaralması hiss etmiş, sübut olaraq həmin an 19:58-də sözlüm X3 zəng edərək bildirmişdir. Vatsap danışığı var və canlı şahid olaraq məhkəmədə iştirak edə bilər. Həmin an qəza dayanma işıqlarını yandıraraq yolun sağ hissəsində, yəni ki heç bir avtomobilə mane yaratmayaraq məcburi dayanma etmişdir. Dayanma müddəti 15-20 saniyəni keçmədən, yəni avtomobili söndürmədən ona yol polis maşını **-YP-*** nömrəli avtomobil yaxınlaşaraq özünü təqdim etmədən birbaşa idarə etdiyi maşının sükanın arxasından burda dayanmaq olmaz, o isə vəziyyəti izah edib “halım pisləşdi məcburi dayandım rəis” deyərək yoluna davam edir, “yox qayda pozmusan mənə dəxli yoxdu yaxınlaş arxaya”. O isə, polis əməkdaşının sözünə tabesizlik etmədən maşına yaxınlaşdı, polis isə ona 346.4 maddənin göstərərək “burda yazır ki, halın xarab olanda saxlamaq olar?” dedi, “yox” dedi “onda qayda pozmusan”. O dedi “yaz protokolu qərarsız mən sənin qərarından razı deyiləm şikayət edəcəm” polis isə protokol tərtib etmədi qarşılığında “20-ci otağa yaxınlaşa bilərsən”, dedi “yox yaxınlaşa bilməyəcəm qayda pozmuşam cəriməmi yerində yaz protokol və qərarı men şikayət edəcəm” və uzaqlaşdı heç bir protokol vermədən sonra 2 gün sonra 050-777-79-70 nömrəsindən etibarnaməni sonuncu şəxsə verilən X4 yığaraq “maşının cərimə meydançasındadır gəlin götürün” deyərək bildirib, halbuki maşınını həyətdə saxlamışdı. Sərxan Səmədov isə hadisədən xəbərsiz olduğuna görə “mənim maşınım yoxdu” deyərək bildirib. Ayın 28-i saat 15:12-də ona qərarsız cərimə tətbiq edilmişdir ve bunu gördüyü halda “bu nə özbaşınalıqdı 2 gün sonra mənim iştirakım olmadan cərimə necə yazıla bilər axı” deyərək 20-ci otağa yaxınlaşdı. Otaqdakı R rütbəli şəxsə “siz kimsiniz özünüzü təqdim edin” dedi. O isə özünü təqdim etməkdən yayındı. Ona niyə cərimə yazıldığını soruşdu, polis isə “qayda pozmusan bu da görüntün” deyərək onun sürücülük vəsiqəsinə məhdudiyyət qoydu. Və bunu özbaşına 2 gün sonra vəzifəsindən suiistifadə edərək, vətəndaşa qərəzli yanaşaraq, vətəndaşla prinsip apararaq öz duyğularını və eqolarını tətmin etməkdən ötəri etdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Orxan Məmmədli) Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin IXP ******* saylı, ## ##### 2026-cı il tarixli protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin rəisinin birinci müavini Malik Ibrahimov apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdırıb, belə hesab edir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən verilmiş şikayət baxılmadan, inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının surəti ## #### 2026-cı il tarixdə Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X5 elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən isə şikayət ## ###### 2026-cı il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi 10 (on) gün prosessual müddət ərzində şikayət verməmiş, prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Qanunun tələbinə görə inzibati xəta haqqında qərardan şikayət qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilməsi nəzərdə tutulduğundan qərardan şikayət vermə müddəti ötürülmüşdür. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə inzibati tənbeh verilməsi haqqında qərarından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını və buraxılmış müddətin bərpa edilmədən şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərildiyini nəzərə alaraq, şikayətə baxılmasını mümkün hesab etmir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən prosessual müddət ötürülməklə şikayət verildiyindən və müddətin bərpası barədə məhkəməyə müraciət edilmədiyindən, həmin şikayət inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə geri qaytarılmalı və Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinə şikayət vermə müddətinin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılmadan inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2623/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2623/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver