Məhkəmə qərarları › İş №3(3-6)-2625/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2625/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2625/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin (bundan sonra – səlahiyyətli orqan) ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000,00 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Səlahiyyətli orqan ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarının icrası ilə əlaqədar göstərilmiş tədbirlərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra edilməməsinə görə sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə tərtib etdiyi ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. X5 Xidmətinin hüquq idarəsi həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## ### 2026cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqanın ünvanına göndərdiyi ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan sonra da səlahiyyətli orqanın ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə barəsində tətbiq edilmiş 1000 manat məbləğində inzibati cəriməni ödəməmişdir. Bundan başqa, səlahiyyətli orqanın həmin qərarının icrası ilə bağlı tədbirlərin görülməsi üçün “xxxx” MMC-yə ünvanladığı ## #### 2026-cı il tarixli məktubu həmin Cəmiyyətin üzərinə konkret icra öhdəliyinin qoyulması və bu öhdəliyin yerinə yetirilməməsinin potensial hüquqi nəticələri barədə rəsmi bildiriş kimi qiymətləndirilməməlidir. Həmin məktubun göndərilməsi həmin xətanın aşkara çıxarılması kimi təqdim oluna bilməz. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-ci il tarixli məktubun göndərilməsinə qədər “xxxx” MMC-nin müvafiq inzibati cərimənin ödənilməsi ilə bağlı tədbir görmək öhdəliyi olmamışdır. Qeyd olunan məktub vəzifəli şəxsə çatdırıldıqdan sonra hüquqi şəxs tərəfindən tədbirlərin görülməməsi ilə öhdəlik icra olunmamış və hüquqpozma törədilməyə başlanmışdır. Bu halda öhdəliyin icra edilməməsinin davam etdiyi müddətdə inzibati xəta törədilmiş hesab olunur. Apellyasiya məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X1 şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə iclasına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Buna görə də məhkəmə verilmiş şikayətə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə müvafiq nəticəyə gələrkən, iş materialları əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXMin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmasının sübuta yetirilməsinə və bu əmələ görə həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası İXM-in “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” adlanan 39-cu Fəslinə daxil olan 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati xətanın törədildiyi gündən dörd ay sonra keçdiyinə, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarının icrası ilə əlaqədar göstərilmiş tədbirləri həmin məktubun “xxxx” MMC-nin elektron kabinetinə yerləşdirildiyi ## #### 2026-cı il tarixdən 3 iş günü ərzində icra etməməsindən ibarət, Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hesab edilən əməlinə münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının ## #### 2026-cı il tarixdən hesablanmasına və ## #### 2026-cı il tarixdə bitməsinə görə birinci instansiya məhkəməsi ## #### 2026-cı il tarixdə yekun qərar qəbul edərkən düzgün olaraq müvafiq nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət əsassız, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. Buna görə də səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar