Məhkəmə qərarları › İş №3(3-6)-2628/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2628/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2628/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş ## #### 2026-cı il tarixli MN 2486761 inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumilikdə 46529 manat tutularaq tələbkar X3 ödənilməlidir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Aygün Həsənova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin ona təyin etdiyi inzibati tənbeh cəzası qanuni deyildir. Ona həmin cəza təyin edilərkən təqsiri sübuta yetirilməmiş, inzibati xətanın xarakteri, onun hər hansı bir ağır nəticəyə səbəb olmaması və şəxsiyyəti nəzərə alınmamışdan barəsində 500 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Belə ki, hazırkı apellyasiya şikayətinə əlavə edilmiş Xətai rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən ondan 46.300 manat borc pul və dövlət rüsumunun əvəzi qismində 229 manat tutularaq X3 verilməlidir. İcra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilmişdir. Həm də şikayətə əlavə edilmiş Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisinə və surətini Xətai rayon İcra Şöbəsinə ## ###### 2026cı il tarixdə təhvil verdiyi ərizədən göründüyü kimi, işin araşdırılması (icra məmurunun bu hərəkətlərinə qiymət verilməsi) və Xətai rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli ##.##.2025-ci il tarixli icra sənədinin icra olunması üçün borcun tutulmasının əmək haqqına yönəldilməsinin təmin edilməsi barədə göstərişlər verilməsini xahiş etmişdi. O ##.##.2026-cı il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinə vəsatətlə müraciət edərək, vəsatəti təmin edilməsinə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə, vəsatətə əlavə edilmiş apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin MK-na göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdi. Bakı şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)****/**** nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərarına alınmışdır. O ##.##.2026-cı il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadının ləğv olunmasına, ##.##.2026-cı il tarixli vəsatətin təmin edilməsinə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə, vəsatətə əlavə edilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin MK-na göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdi. Əks təqdirdə işin araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdi. Bununla yanaşı olaraq ##.##.2026-cı il tarixdə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Şaiq Heydərliyə ərizə ilə müraciət edərək, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsi yekun qərar qəbul edilənədək Xətai rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdi. Lakin icra məmuru həmin ərizəni kənardan keçirmədən, əsaslı qərar qəbul etmədən qanuna zidd olaraq barəsində qanunsuz olaraq, inzibati xəta haqqında protokol tərtib edərək, məhkəmə isə işi araşdırmadan qanunsuz olaraq ona inzibati tənbeh cəzasını təyin etmişdir. Bundan əlavə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədi üzrə borclu kimi ondan 1083,43 (min səksən üç) manat 43 qəpik məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC- nin xeyrinə ödənilməlidir. Şikayətə əlavə edilmiş "xxxx" MMC-nin ##.##.2026-cı il tarixli Bİ ******** nömrəli kassa mədaxil orderindən göründüyü kimi MMC-yə olan 1083,43 manat borcdan 200 (iki yüz) manat qalıq borcum mövcuddur. Buna baxmayaraq icra şöbəsi ona qarşı qanunsuz, bilə-bilə qərəzli mövqe tutaraq, qisasla olunan hərəkəti ifadə edərək ##.##.2026-cı il tarixli qərarı ilə barəsində axtarış elan etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarı ilə (Hakim Hacıyeva Sahibə Cavid qızı) Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Şaiq Heydərlinin ##.##.2026-cı il tarixli "borclunun axtarışı haqqında" qərarının icraata qəbul edilməsindən imtina edilmişdir. Buna baxmayaraq, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin əməkdaşları və Xətai rayon icra şöbəsi əlbir olaraq, əvvəlcədən razılığa gələrək, tələbkarda maraqları olaraq, tamah hissəri ilə hüquq və azadlıqlarını məhdudlaşdıraraq ##.##.2026-cı il tarixdə saat 10:00-dan saat 19:00-dək 9 doqquz saat ərzində ona hədə-qorxu gəlməklə, psixoloji təzyiq etməklə, onu aldadıb qanuni qüvvəsi olmayan ##.##.2026-cı il tarixli İcra Şöbəsinin barəmdə axtarış elan edilməsi barədə qərarı istifadə edib zorla Məhkəməyə gətirmişlər, Məhkəmə isə yuxarıda ümumilikdə göstərdiyi faktları araşdırmadan barəsində 500 manat cərimə tənbehi qanunsuz tətbiq etmişdir. Bununla da həm İcra Şöbəsi, həm Polis İdarəsi, həm də Məhkəmə şərəf və ləyaqətinə xələl gətirmiş, cəmiyyətdə formalaşmış nüfuzuna zərər vurmuş, ciddi narahatlıq və psixoloji gərginlik yaratmışlar. Yuxarıda göstərilən faktlara əsasən təqsirinin olub-olmamasını müəyyənləşdirərkən birinci instansiya məhkəməsi tərəfindən mütləq surətdə nəzərə alınmalı idi. Hazırkı iş üzrə tələbkarlar "xxxx" MMC, "xxxx" MMC və fiziki şəxs X1 pulun ödənilməsinə dair tələblərinin olub-olmaması məlum deyildir. Ona görə də tələbkarların tələbi, yaxud şikayəti olmadığı halda məhkəmənin İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etməsi isə tələbkarın mövqeyindən çıxış etmək deməkdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin sözügedən qərarı nə qanunlara, nə də qanunla müəyyən edilmiş qaydada əldə edilmiş (toplanmış) mötəbər sübutlara əsaslanmır. " Birinci instansiya məhkəməsində işə baxan hakim qəbul etdiyi qərarı sübutların və işin bütün hallarının məcmusunda obyektiv hüquqi qiymət verməklə deyil, öz mülahizələrinə əsaslanaraq Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin yanlış təqdimatına istinad etməklə qəbul etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsi hazırkı işə baxarkən onun pul ödəməkdən qəsdən yayınmağını, beləliklə də məhkəmə qətnamələrinin icra etməkdən boyun qaçırmasını, yəni təqsirliliyini qanunla müəyyən edilmiş qaydada sübuta yetirmədən onun İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsini sübuta yetirilmiş hesab etmişdir. İş üzrə olan vəsatətlər, məhkəmə qərarları, ərizələr, ödəniş qəbzləri, axtarış barədə qərar və s. rəsmi sənədləri apellyasiya şikayətinə əlavə edərək Məhkəmə Kollegiyasına təqdim edir. Bu sənədlər – sübutlar birinci instansiya məhkəməsində hazırkı işə baxılarkən onun tərəfindən ona görə təqdim edilməmişdir ki, o ## #### 2026-cı il tarixdə qanunsuz olaraq polis tərəfindən zorla Xətai rayon İcra Şöbəsinə aparılarkən, onu ac-susuz İcra Şöbəsində zorla saxlamaqdan sonra saat 19:00-da nəzarət altında Bakı şəhəri Xətai rayon Məhkəməsinə gətirilərək barəsində 500 manat cərimə tənbeh tədbiri tətbiq etmək qərara alınmışdır. Bununla da onun həmin sənədləri – sübutları birinci instansiya məhkəməsinə təqdim etməyə imkanı olmamışdır. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti müdafiə edərək, şikayətin dəlillərinə uyğun çıxış etmiş və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayətlə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış materiallarını bir-biri ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun qərar qəbul olunmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sənədlərlə, inzibati xəta haqqında protokolla və digər mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra Beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar, §40). Həmçinin Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə # ### 2002-ci il tarixli Qərar, §35). "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafıq məhkəməyə göndərir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələbinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı hüquqi şəxsin və inzibati orqanın nümayəndəsinin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. Birinci instansiya məhkəməsi, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında yekun qərar qəbul etmişdir ki, bu məsələyə dair məhkəmənin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirini təsdiq edən mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələbinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri məhkəmə aktının ləğvinə heç bir əsas vermir. Şikayətin dəlillərinə və inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Qanunvericiliyin qeyd olunan müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar