Məhkəmə qərarları › İş №3(3-6)-2632/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2632/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2632/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra – Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) qəbul etdiyi ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 328.2 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim X3) Qərardan şikayət verən orqan (şəxs) verdiyi həmin şikayətin qaytarılması qərara alınmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərardadından şikayət verib, onun ləğv edilməsi və verdiyi şikayətə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə səlahiyyətli orqanın onun barəsində qəbul etdiyi inzibati tənbeh tətbiq etmə haqqında qərardan surətini rəsmi qaydada aldığı ## #### 2026-cı il tarixdə aldıqdan sonra qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəməyə şikayət vermişdir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə verilmiş şikayətin dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə müvafiq nəticəyə gələrkən, Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət vermə müddətini ötürməsi və onun bərpa edilməsi barədə vəsatət verməməsinə istinad etmişdir. Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsində inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin onun rəsmi qaydada verildiyi vaxtdan hesablanması qaydası nəzərdə tutulduğuna görə birinci instansiya məhkəməsinin səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının Qərardan şikayət verən orqan (şəxs) rəsmi qaydada verilməsini təsdiq edən sənədə istinad etmədən iş üzrə müvafiq nəticəyə gəlməsi qanunsuz və əsassız olmuşdur. Halbuki, iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026cı il tarixdə səlahiyyətli orqana poçt vasitəsilə göndərdiyi ərizəsində onun barəsində qəbul etdiyi ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətinin ona göndərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının Qərardan şikayət verən orqan (şəxs) rəsmi qaydada verilib-verilməməsini, müsbət halda hansı tarixdə verilməsini səlahiyyətli orqana sorğu göndərməklə araşdırmamışdır. Birinci instansiya məhkəməsi yalnız bu halı araşdırdıqdan sonra Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayət vermə müddətini ötürüb-ötürməməsi barədə qanuni və əsaslı nəticəyə gələ bilərdi. Azərbaycan Respublikası İXM-in: - 135.1.1-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraat materialları Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli qərarından şikayət verərkən qanunla müəyyən edilmiş müddəti ötürüb-ötürməməsinin müvafiq qaydada araşdırılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayətə baxılmasına hazırlıq mərhələsinə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraat materialları Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin barəsində qəbul etdiyi ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərkən qanunla müəyyən edilmiş müddəti ötürüb-ötürməməsinin müvafiq qaydada araşdırılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayətə baxılmasına hazırlıq mərhələsinə qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar