Məhkəmə qərarları › İş №3(3-6)-2634/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2634/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2634/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi İsmayılzadə Kürdoğlu Vidadi oğlunun, Barəsində inzibati xəta haqqında icraata aparılan hüquqi şəxsin direktoru X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilən hüquqi şəxsin direktoru tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5000 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru apellyasiya qaydasında şikayət verilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı tam qanunsuz və əsassızdır. Qərardan da görünür ki, məhkəmə fotoşəkillərdə görünən obyektin reklam konstruksiyası olub-olmamasını müəyyən etməmiş, bunun üçün hər hansı araşdırma aparmamışdır. Məhkəmənin nəzər yetirdiyi fotoşəkil yalnız reklam agentliyinin təqdim etdiyi fotolar olmuşdur. Belə ki, inzibati məsuliyyətə səbəb göstərilən predmet reklam konstruksiyası deyil, obyektin daxilində quraşdırılmış, açılıb-bağlanan jalüz pərdədir. Həmin jalüz pərdə mağazanın günəş şüalarından qorunması məqsədilə istifadə olunur və reklam konstruksiyası funksiyasını daşımır. Məhkəmə isə həmin predmetin texniki xüsusiyyətlərini, istifadə təyinatını, yerləşmə formasını, daxildə və ya çöldə yerləşməsini, eləcə də onun həqiqətən açıq məkanda reklam hesab olunub-olunmamasını müəyyən etmədən yalnız inzibati orqanın mülahizəsini qəbul etmişdir. Qərarda “fotoşəkillərdən görünüb ifadəsinə istinad olunsa da, həmin fotoşəkillərdən görünən predmetin jalüz pərdə deyil, reklam konstruksiyası olması barədə heç bir nəticə çıxarmaq mümkün deyildir. Əksinə, apelyasiya şikayətinə əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, söhbət mağazanın daxili hissəsində yerləşən və istənilən vaxt açılıb-bağlanan jalüz pərdədən gedir. Bundan əlavə, həmin jalüz obyektin əsas fasadında deyil, mağazanın yan hissəsində yerləşir və ümumi istifadədə olan əsas avtomobil yoluna deyil, daxili keçid istiqamətinə baxır. Məhkəmə bu xüsusatların heç birini araşdırmamış, hadisə yerinə baxış keçirməmiş, əlavə sübut toplamamış, mübahisə doğuran obyektin mahiyyətini müəyyən etməmişdir. Halbuki belə bir mübahisə mövcud olduğu halda məhkəmə iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün zəruri prosessual hərəkətləri həyata keçirməli idi. İş materiallarından görünür ki, hüquqi şəxsin əsas fasadında yerləşən reklamlarla bağlı Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə bağlanmış qüvvədə olan müqavilə mövcuddur. Lakin məhkəmə bu halı ümumiyyətlə qiymətləndirməmiş, icazəli reklamla protokolda qeyd edilən jalüz pərdəni eyniləşdirmiş və həmin müqavilənin iş üzrə hüquqi əhəmiyyətini araşdırmamışdır. Belə ki, mağazada quraşdırılmış jalüz pərdə mağazanın yan tərəfindədir, küçəyə və ya yola baxmır, yalnız mağazaya yaxınlaşan şəxslər tərəfindən görünə bilər; jalüz olduğuna görə açılıbbağlanan daxili elementdir. Ön fasadda reklam üçün ayrıca reklam agentliyi ilə müqavilə bağlanılmışdır və qanuni reklam artıq həmin hissədə yerləşdirilmişdir. İş üzrə inzibati xəta tərkibinin mövcudluğu tam sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilə bilməz və ləğv edilməlidir. Məhkəmə iclasında barəsində inzibati qaydada iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X1 apellyasiya qaydasında verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək jaluzin obyektin əsas fasadında olmadığını və daxili keçid istiqamətinə baxdığını qeyd edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini əsassız hesab edərək şikayətin təmin olunmamasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin çıxışını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin baş müfəttişi X2 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ünvanında ## #### 2026-cı il tarixdə, saat 10:59-da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir. -Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli saylı inzibati xəta haqqında protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə göndərilmişdir. -İnzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, açıq məkanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən reklam yerləşdirilmişdir. Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair ## ### 2026-cı il tarixli aktdan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## ### 2026-cı il tarixdə, saat 15:10-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. -“Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan” ## ### 2026-cı il tarixli göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adlı obyektin üzərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edildiyinə və bu barədə ## ### 2026-cı il tarixdə akt tərtib olunduğuna istinad olunaraq həmin aktda qeyd olunan qanun pozuntularının 5 (beş) gün ərzində aradan qaldırılması, eləcə də icazəsiz reklam yayımının dayandırılması tələb olunmuş, əks təqdirdə barələrində İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsinə əsasən protokol tərtib olunacağı bildirilmişdir. -ƏIV seriyalı, ****** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin göstəriş məktubu ## ### 2026-cı il tarixdə “Nəcəfov” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Reklam haqqında” Azərbaycan Respublikası qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. 26.2-3-cü maddəsinə görə reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan bu Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində müəyyən edilir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində qeyd edilən inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, reklamın jalüz pərdə üzərində olması və ya avtomobil yoluna deyil bazarın daxili tərəfinə baxması qanunveriicliklə inzibati xətanı istisna edən hallar kimi nəzərədə tutulmamışdır. Əksinə foto şəkillərdən aydın görmək mümkündür ki, jalüz pərdənin üzərində əks edilə yazılar jalüzin küçəyə baxan istiqamətində və aydın oxunaqlı şəkildədir. “Reklan haqqında” qanunun 26.1-ci maddəsində də aydın şəkildə qeyd edilmişdir ki, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə bayıra ünvanlanmaqla qapıların, pəncərələrin üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 428.7-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati qaydada iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X1 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar