Məhkəmə qərarları › İş №3(3-6)-2635/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2635/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2635/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Elnur Natiq oğlunun və müdafiəçisi Hacıyev İntiqam Məcid oğlunun iştirakları ilə, İsayev Elnur Natiq oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Nərimanov Rayon Polis İdarəsinin rəisi Arzu Heydərov tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İsayev Elnur Natiq oğlu ##.##.2026-cı il saat 10:45 radələrində ünvan 1 ünvanında “HYUNDAI İ 20 minik” markalı, **-YN- *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Gültəkin Əsədova) İsayev Elnur Natiq oğlu barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Nərimanov Rayon Polis İdarəsinin rəisi Arzu Heydərov apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və İsayev Elnur Natiq oğlunun İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş "Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında" ##.##.2026-cı il tarixli protokoldan görünür ki, ##.##.2026-cı il saat 10:40-da vətəndaş İsayev Elnur Natiq oğlunun spirtli içki qəbul etməsi aşkar şəkildə büruzə verdiyindən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün "ACE-Z" markalı İN ****** nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Elnur İsayevin spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. ##.##.2026-cı il tarixli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin nəticəsinə dair sənəddən görünür ki, həmin gün saat 10:40-da aparılan müayinə zamanı İsayev Elnur Natiq oğlu alkoqolun qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti 0,576% müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq, sürücü tərəfindən nəqliyyat vasitəsinin alkoqol nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halı polis əməkdaşları tərəfindən xüsusi cihaz vasitəsilə - "ACE-Z" markalı İN ****** nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilmişdir və şəxsin sərxoşluq vəziyyəti 0,576% müəyyən olunmuşdur. Belə olan halda, inzibati xətanın törədilməsi faktı qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmasına və sözügedən protokol və sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin nəticəsinə dair sənəd qanunvericiliyin tələblərinə uyğun əldə edilmiş sübut olmasına və Elnur isayevin təqsirini və sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini birbaşa sübuta yetirməsinə baxmayaraq, məhkəmə əsassız olaraq bu sübutu düzgün qiymətləndirməmiş və Elnur İsayevin sərxoşluq vəziyyətində olmasının şübhə altında olduğunu hesab edərək iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul etmişdir. Halbuki, məhkəmə öz qənaətim ##.##.2026-cı il tarixli **/**/-**** nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X1 arayışında isayev Elnur Natiq oğlu ##.##.2026-cı il tarixdə saat 12:20-də sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinədən keçməsi və müayinənin nəticəsinin 0,000 promil olmasının qeyd olunması ilə əsaslandırsa da, nəzərinizə çatdırmaq istəyirəm ki, bu, Elnur İsayevin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini şübhə altına alan və ya təkzib edən bir fakt deyil. Belə ki, şəxsin saat 12:20-də alkotester nəticələrinin 0,000 promil olması, onun özlüyündə inzibati xəta törədilən vaxt saat 10:40 radələrində sərxoş olmaması, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməməsi demək deyildir. Elnur İsayev nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş və sərxoşluq vəziyyəti 0,576% olmuşdur ki, bu iş materiallarında olan alkotester nəticəsi, protokol və şəxsin öz izahat ilə təsdiq olunur. Nəzərə almaq lazımdır ki, bədəndə alkoqolun miqdarı hər keçən saat azalır. Həmçinin, inzibati xəta nəqliyyat vasitəsinin idarə edildiyi anda baş vermiş hesab olunur. Buna görə də hüquqi əhəmiyyət daşıyan vaxt sürücünün idarə etdiyi andakı vəziyyətidir. Sonradan aparılmış tibbi müayinə həmin anda xüsusi texniki vasitə ilə müəyyən edilmiş nəticənin avtomatik yanlış olduğunu hesab etməyə əsas vermir. Belə olan halda, saat 12:20-də alkotester nəticəsin in 0,000 promil olması, saat 10:40-da alkotester nəticəsinin 0,5 promil olması faktını və Elnur İsayevin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməklə inzibati xəta törətməsi faktını şübhəaltına alan hal kimi hesab edilə bilməz. Elnur İsayevin izahatından görünür ki, o spirtli içki (pivə) qəbul etdiyini səmimi etiraf etmiş, alkotesterin "0,5" (0,576 promil) olan göstəricisi ilə tam razı olduğunu bildirmiş və tibbi müayinə üçün həkimə getməyə ehtiyac duymadığını öz imzası ilə təsdiq etmişdir. barəsində icraat aparılan şəxsin izahatı və xüsusi texniki vasitələrin göstəriciləri birbaşa hüquqi sübutdur. Şəxsin hadisə yerində öz iradəsi ilə verdiyi və imzaladığı bu səmimi etiraf məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamışdıf. Halbuki., barəsində icraat aparılan şəxs xüsusi texniki vasitənin nəticəsini mübahisələndirməmiş, əksinə onunla razı olduğunu yazılı şəkildə təsdiq etmişdir. Bu hal həmin sübutu daha da gücləndirir. AR İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)işin bütün halların ın məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirməlidir. Lakin, məhkəmə sübutlar bir-biri ilə əlaqəli şəkildə qiymətləndirməli olduğu halda, inzibati xəta haqqında protokolun və "ACE-Z" markalı İN ****** nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilməklə şəxsin sərxoşluq vəziyyətinin 0,5 promil müəyyən edilməsinin şəxsin təqsirini və sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsini sübuta yetirdiyini, üstəlik şəxsin öz iradəsi ilə verdiyi və imzaladığı izahatının da bu sübutları dəstəklədiyini və qeyd olunan faktı bir daha sübuta yetirdiyini nəzərə almamışdır. Beləliklə məhkəmə qeyd olunan sübutlara məcmu halında düzgün qiymət verməmiş və sübutların birlikdə Elnur İsayevin təqsirini sübuta yetirdiyini və onun sərxoşluq vəziyyəti ilə bağlı şübhələri aradan qaldırdığını aydınlaşdırmamışdır. Nəticə etibarilə, qeyd olunan sübutların məcmu halında qiymətləndirilməsi Elnur isayevin nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmaması ilə bağlı şübhələri aradan qaldırdığından və onun təqsirini sübuta yetirdiyindən məhkəmənin qərarı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsayev Elnur Natiq oğlu və müdafiəçisi Hacıyev İntiqam Məcid oğlu şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Elnur İsayevin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi ilə bağlı inzibati xəta tərkibinin olmaması məhkəmədə tədqiq edilmiş sənədlərlə, inzibati xəta haqqında protokolla, habelə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Bununla belə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bir sıra hallara diqqət yetirilməklə öz münasibətini bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh nəzərdə tutulmuşdur. İş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol ilə iddia olunur ki, ##.##.2026-cı il saat 10:40-da vətəndaş İsayev Elnur Natiq oğlunun spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN ****** nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində E.N.İsayevin spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Protokolun qeyd hissəsinə əsasən Elnur İsayev tərəfindən “Həkimə ehtiyyac yoxdur. Dünən spirtli pivə qəbul etmişəm. 0,5 pr. razıyam” sözləri yazılmışdır. Lakin Elnur İsayev məhkəmədə “0,5 pr. razıyam” sözlərinin onun tərəfindən yazılmadığını, aşkar şəkildə bu sözlərin yazıldığı xəttin onun xəttinə oxşamadığını vurğulamışdır. Məhkəmə bu məsələnin xüsusi biliklə, yəni xəttşünaslıq ekspertizasının təyin edilməsi yolu ilə aydınlaşdırılması mümkünlüyünü qeyd etməklə yanaşı, hesab edir ki, inzibati xətanın möbvcud olub-olmamasını təsdiq edən digər sübutların fövgündə ekspertiza təyin edilməsinə zərürət yoxdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin nəticəsinə dair sənəddən görünür ki, həmin gün saat 10:40-da aparılan müayinə zamanı İsayev Elnur Natiq oğlu alkoqolun qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti 0,576 % müəyyən olunmuşdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli **/**/-**** nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 arayışından görünür ki, İsayev Elnur Natiq oğlu ##.##.2026-cı il tarixdə saat 12:20-də sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinədən keçmiş və müayinən nəticəsi 0,000 promildir. (Ayıq) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2026-cı il tarixli, №**/**-**** nömrəli məktubundan görünür ki, orqanizmin fərdi xüsusiyyətlərindən asili olaraq qanda alkoqolun miqdarı 1 saata orta hesabla 0,1-0,2 promill azaldığını nəzərə alaraq, iki müayinə arasında keçən vaxt ərzində alkoqolun konsentrasiyassnın 0 enməsi ehtimalı azdır. “xxxx" publik hüquqi şəxsində ölçmə vasitəsi olaraq alkotestrdan istifadə olunur və yoxlama şəhadətnaməsi” Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq akkreditasiya olunmuş yoxlama laboratoriyası tərəfindən verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, İsayev Elnur Natiq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Elnur Natiq oğlunun müdafiəçisi Hacıyev İntiqam Məcid oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İsayev Elnur Natiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5- **)- ****/**** saylı qərarı ləğv edilmiş, iş yenidən araşdırmanın aparılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Elnur İsayev çıxışında göstərdi ki, inzibati xəta haqqında protokolda və məhkəmənin sözügedən qərarında onun ünvan 1 ünvanında saxlanıldığı göstərilsə də bu həqiqətə uyğun deyildir. Belə ki, o, sözügedən tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif Prospekti yaxınlığında saxlanılmışdır. Bu faktı avtomobilə quraşdırılmış GPS cihazı təsdiq edir. Həmin cihaz sözügedən vaxtda avtomobilin harada olmasını dəqiqliklə göstərir. (buna dair disk və sənədlər iş materiallarına əlavə edilmişdir). Lakin Nərimanov RPİ-nin DYPŞ-si tərəfindən onun barəsində ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunda qanunsuz formada ünvan dəyişdirilmişdir. Digər tərəfdən “"Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında" protokoldan görünür ki, ##.##.2026-cı il saat 10:40da o, spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün "ACE-Z" markalı IN ****** nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə etmişdir. Müayinə nəticəsində onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Onun izahatında həkimə getməyə ehtiyac olmadığını, alkotestrin "0,5" olan göstərici ilə razı olduğunu, spirtli içki olan pivə qəbul etdiyini səmimi olaraq etiraf etmişdir” ifadələri təhrif olunmuş şəkildə qeyd olunmuşdur. Onu saxlayan polis əməkdaşları ona idarə etdiyi avtomobillə Nərimanov RPİ-nin DYPŞ-sinə yaxınlaşmasını bildirmişdirlər. Bundan sonra o, öz avtomobilini idarə edərək sözügedən orqana yaxınlaşmışdır. Nərimanov RPİ-nin DYPŞ-də polis əməkdaşları onun adından izahat tərtib etmiş, imza çəkməyəcəyi halda onu buraxmayacaqlarını demişdirlər. Bundan sonra o, ailəsi də avtomobildə olduğu üçün məcbur qalaraq imza çəkmişdir. Halbuki öz ifadəsinə saxlanıldığı gündən əvvəlki gün günorta radələrində sadəcə iki bakal “Pivə” qəbul etdiyini bildirmişdir. Eləcə də ##.##.2026-cı il tarixli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin nəticəsinə dair sənəddə həmin gün saat 10:40-da aparılan müayinə zamanı onun alkoqolun qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti 0,576 % müəyyən olunduğu göstərilsə də bu da işin hallarına uyğun gəlməməkdədir. Belə ki, ##.##.2026-cı il, saat 10:40-da müvvəkillinin sərxoşluq vəziyyəti 0,576% müəyyən olunduğu halda, həmin gün saat 12:20-də “xxxx” PHŞ-də aparılan tibbi müayinə zamanı onun sərxoşluq vəziyyəti 0,000 promill (ayıq) müəyyən olunmuşdur (qoşmaya əlavə olunur). Necə ola bilər ki cəmi bir saat yarım müddətdə Elnur İsayevin sərxoşluq vəziyyəti 0,576 promildən 0,000 promillə enmişdir?! Göründüyü kimi Nərimanov RPİ-nin DYPŞ-nin əməkdaşları onun sərxoşluq vəziyyəti barəsində düzgün olmayan nəticə müəyyənləşdirmiş, bununla da əsassız protokol tərtib olunmuşdur. ##.##.2026-cı il, saat 12:20 tarixində aparılan tibbi Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon DYPŞ Yol patrul xidməti inspektoru, R Nümayəndə öz bildirmişdir ki, onun tərəfindən tərtib edilmiş protokol əsaslı olmuşdur. Bunun sübutu olaraq öz mobil telefonunda Elnur İsayevin görüntüləri olan kişik videoları nümayiş etdirmişdir. Məhkəmə tərəfindən çəkilmiş həmin video baxıldıqda müəyyən olunur ki, video çəkiliş prosessual qaydalara əməl olunmadan qeydə alınmışdır. Videoda sükan arxasında oturan Elnur İsyaevin görüntüləri mövcuddur, lakin həmin görüntülərlə hər hansı bir hal, o cümlədən onun sərxoşluğu və ya sərxoş olmasını etiraf etməsi müəyyən olunmur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarında qeyd edilmişdir ki, İsayev Elnur Natiq oğlunun ##.##.2025-cı il tarixdə təxminən 1 saat yarım vaxt fasiləsi ilə əvvəlcə “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ##.##.2025-cı il tarixli protokola əsasən saat 10:40-da müayinənin nəticəsi 0,5 promil göstərilməklə sərxoşluğunun müəyyən olunması, daha sonra onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 arayışına əsasən ##.##.2026-cı il tarixdə saat 12:20-də sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinəsinin nəticəsinin 0,000 promil götərilməklə ayıq olmasının müəyyən edilməsi faktı arasında ziddiyyətlər mövcuddur. Bu da öz növbəsində İsayev Elnur Natiq oğlunun hadisə günü sərxoş olması faktını şübhə altında qoyur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2026-cı il tarixli, №**/**-**** nömrəli məktubundan görünür ki, orqanizmin fərdi xüsusiyyətlərindən asili olaraq qanda alkoqolun miqdarı 1 saata orta hesabla 0,1-0,2 promill azaldığını nəzərə alaraq, iki müayinə arasında keçən vaxt ərzində alkoqolun konsentrasiyassnın 0 enməsi ehtimalı azdır. “xxxx" publik hüquqi şəxsində ölçmə vasitəsi olaraq alkotestrdan istifadə olunur və yoxlama şəhadətnaməsi” Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq akkreditasiya olunmuş yoxlama laboratoriyası tərəfindən verilmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi İsayev Elnur Natiq oğlunun barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırma aparmış və əsaslı olaraq iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam vermişdir. Göründüyü kimi, iş materiallarında Elnur İsayevin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən kifayət qədər sübutlar mövcud deyil. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə onu da qeyd edir ki, apellyasiya şikayəti kifayət qədər əsaslandırılmamış, əlavə dəlillər təqdim edilməmiş və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi üçün hər hansı əsaslar müəyyən edilmir. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şəraitdən başqa, həm də inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Belə ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən, məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən, bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar