Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2636/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, X2 Oruc qızının katibliyi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## ###### 2026cı il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “ÇİNAR-TRANS” MMC tərəfindən verilmiş vəsatətin təmin edilməməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından “ÇİNAR-TRANS” MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## ###### 2026cı il tarixli qərarına əsasən «ÇİNAR-TRANS» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3000 (üç min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə hüquqi şəxs “ÇİNAR-TRANS” MMC tərəfindən verilmiş vəsatət təmin olunmamnışdır Qərardaddan narazı qalan “ÇİNAR-TRANS” MMC apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və qərardan şikayət verilmə müddətinin bərpa edilməsini xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, şikayət verilmiş qərar ## ###### 2026-cı il tarixində qəbul edilmiş, məlumat üçün ## ###### 2026-cı il tarixdə göndərilmiş, daha sonra ## ###### 2026-cı il tarixində icra edilmiş və ##.##.2026-cı il tarixində icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi üzrə icra hərəkətləri başlanılmışdır. Bundan sonra hüquqi şəxs tərəfindən ## #### 2026-cı il tarixində apellyasiya şikayəti verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “ÇİNAR-TRANS” MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından şikayət verilməsi üçün müddət üzrsüz səbəbdən ötürüldüyündən, həmin müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməməlidir. Belə ki, İXM-in: 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir.. Beləliklə, göstərilənlərə əsasən hesab edirəm ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## ###### 2026cı il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “ÇİNAR-TRANS” MMC tərəfindən verilmiş vəsatətin təmin edilməməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim: Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-2636/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2636/2026
24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver