Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2637/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi – İbrahimova İlahə Arif qızının katibliyi ilə, İnzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## #### 1984-cü il tarixdə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, hazırda heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-*****/**** saylı qərarından inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq; m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə Xətai rayonu, Sabit Orucov küçəsində ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Rüstəm Rüstəmli tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında ## ###### 2026-cı il tarixdə MN ******* nömrəli protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Z.Ramazanov) ## ###### 2026-cı il tarixli, *(*-**)-*****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbsin əvvəli ## ###### 2026-cı il tarixdən saat 11:15-dən hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-*****/**** saylı mübahisələndirilən qərarından inzibati tənbeh olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-*****/**** saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-*****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, inzibati protokolla və inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Belə ki, Xətai RPİ-nin 37-ci PŞ-n əməkdaşı qətiyyən protokolu sübut edə bilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-*****/**** saylı qərarın ləğv edilməsini, bu olmadıqda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini, yəni cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, verilmiş apellyasiya şikayəti aşağıda göstərilənlərə əsasən əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ## ###### 2026-cı il tarixli, *(*-**)-*****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, ibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə Xətai rayonu, ərazisində küçədə ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1- ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli Xətai Rayon Polis İdarəsinin 37-cii Polsi Şöbəsinin polis sahə inspektoru, R Rüstəm rüstəmli tərəfindən tərtib edilmiş raportdan görünür ki, ##.##.2026-cı il tarixdə, saat təxminən 10:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində bir nəfər şəxsə ünvansız söyüşlər söydüyünə görə yaxınlaşmış, həmin şəxsə özünü təqdim edib ictimai qaydanı pozudğunu, cəmiyyətə açıq hörmətsizlik etdiyini bildirmiş və vətəndaş özünü təqdim etmədiyi üçün tərəfindən 37-ci PŞ-nə gətirilmiş və məlum olmuşdur ki, həmin şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdur. İnzibati qaydada tutma haqqında ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə, saat 11:15də inzibati qaydada tutulmuşdur. EMİS-dən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qərarından görünür ki, İXM-nin 510 və 535.1-ci maddələri ilə barəsində 10 gün inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətaların törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı 2231244 inzibati xəta haqqında protokollrla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətalara görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmiş və bu qərar ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilən inzibati tənbeh növünün və bu tənbehin həddinin dəyişdirilməsi üçün, həmçinin qərarını ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsi üçün hər hansı bir əsas görmür. İnzibati xəta haqqında protokol, tərəflərin məhkəmə iclasında səsləndirdiyi izahatlarının qarşılıqlı təhlili, o cümlədən protokolların məzmunu və s. belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Baxılan məsələ üzrə işin bütün faktiki hallarını araşdıraraq hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirliliyi tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzbati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə istinad etmiş olduğu dəlillər onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Bundan başqa, apellyasiya şikayətində və apellyasiya baxışı zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yüngül cəza ilə əvəz edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, məhkəmə onun təqsirli bilindiyi maddənin sanksiyası həddində aşağı həddə inzibati həbs cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən və onun barəsində məhkəmə tərəfindən izibati tənbeh seçilərkən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və İnsan hüquqları və X1 haqqında Avropa Konvensiyasının tələblərinin pozulduğu halları müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən təhbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)- *****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya qaydasında şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara a l ı r a m: İnzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair ## ###### 2026-cı il tarixli, *(*-**)-*****/**** saylı qərarı verilmiş həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2637/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2637/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver