Məhkəmə qərarları › İş №3(3-6)-2639/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2639/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2639/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi İsmayılzadə Kürdoğlu Vidadi oğlunun iştirakları ilə, Vəliyev Fərid İlqar oğlunun barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin MN seriyalı ******* saylı ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokolun ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarından Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi Vəliyev Fərid İlqar oğlu barəsində İnizbati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Vəliyev Fərid İlqar oğlunun barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin MN seriyalı ******* saylı ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokolu ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarından narazı qalan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin rəisi apellyasiya şikayəti verilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və Vəliyev Fərid İlqar oğlunun inizbati qaydada tənbeh edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və mübahisə üzrə hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Vəliyev Fərid İlqar oğlunun ## ###### 2025-ci il tarixli ərizəsi əsasında ünvan 1 ünvanında yerləşən "xxxx” adlı obyekt üzərində "xxxx” məzmunlu reklam yazısına dair ## ###### 2025-ci il tarixdən ## ####### 2026-cı il tarixinədək dövrü əhatə edən İ2501035850002 nömrəli icazə verilmişdir. Bakı şəhəri Reklam İdarəsi tərəfindən ## #### 2026- ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol isə həmin obyektin üzərində yayımlanan və müvafiq icazə alınmadan yayımlanan digər reklam lövhəsi (ifaçının görüntüsü əks olunmuş) ilə bağlı olmuşdur. Bundan başqa fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış Vəliyev Fərid İlqar oğlunun Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-in (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Nəzərə alınmalıdır ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Göründüyü kimi, “xxxx” adlı obyektin Vəliyev Fərid İlqar oğluna məxsusluğu iş materialları ilə təsdiq edilmişdir. Şəxsin vergi ödəyicisi kimi fəaliyyətini müvəqqəti dayandırması onun reklam yayımının da dayandırılması və törətmiş olduğu inzibati pozuntunu aradan qaldırılması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarına düzgün qiymət verməmiş və əsassız olaraq Vəliyev Fərid İlqar oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Hesab etmişdirlər ki, Vəliyev Fərid İlqar oğlu tərəfindən “xxxx” adlı obyekt üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi sübut edildiyindən və sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olduğundan törədilmiş inzibati xətaya görə məhz Vəliyev Fərid İlqar oğlu təqsirli hesab edilməli və barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının fikirlərini dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən təqdim edilmiş “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan” göstərişdən görünür ki, ünvan 1 ünvanında “xxxx” adlı obyektin üzərində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə ## ### 2026cı il tarixli Akt tərtib edilmişdir. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydasının 3-cü bəndini rəhbər tutaraq ## ###### 2026-cı il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması Sizdən tələb edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sorğuya cavab məktubundan görünür ki, “xxxx” firmasında (VÖEN **********) ## ###### 2026-cı il tarixdən etibarən vergi ödəyicisi qismində X2 qeydiyyata alınmışdır. -“İcarə müqaviləsinə xitam verilməsi barədə” ## #### 2026-cı il tarixli müqvilədən aydın olur ki, “xxxx” firması ilə icarədar Vəliyev Fərid İlqar oğlu arasında icarə müqaviləsinə ## ##### 2026-cı il tarixdən xitam verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Vəliyev Fərid İlqar oğlunun barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi Vəliyev Fərid İlqar oğlu barəsində İnizbati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokolu ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı Vəliyev Fərid İlqar oğlu ifadəsində qeyd edilən tarixdə onun həmin obyekt üzrə sahibkarlıq fəaliyyətinə xitam verildiyini bildirmişdir. Məhkəmə tərəfindən həmin xüsusatın yoxlanılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu verilmişdir. Sorğuya təqdim edilmiş rəsmi cavab məktubundan müəyyən edilir ki, “xxxx” firmasında (VÖEN **********) ## ###### 2026-cı il tarixdən etibarən vergi ödəyicisi qismində X2 qeydiyyata alınmışdır. İnzibati xətanın aşkar edildiyi ## #### 2026-cı il tarixindən xeyli əvvəl, yəni ## ###### 2026cı il tarixindən etibarən “xxxx” firması üzrə vergi ödəyicisi kimi X2 qeydiyyata alınması Vəliyev Fərid İlqar oğlunun həmin tarixdə obyekt üzrə sahibkarlıq fəaliyyətini həyata keçirmədiyini və vergi uçotunda həmin obyektlə bağlı məsul şəxs olmadığını göstərir. Məhkəmə, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Vəliyev Fərid İlqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsilə təqsirli olmaması obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 428.7-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, Vəliyev Fərid İlqar oğlunun barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin MN seriyalı ******* saylı ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokolun ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Vəliyev Fərid İlqar oğlunun barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin MN seriyalı ******* saylı ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokolun ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar