Məhkəmə qərarları › İş №3(3-6)-2641/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2641/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2641/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi – nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi vəkil Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinib 1.200 manat məbləğində cərimə edilmişdir. Qərardan Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi vəkil Vəkil apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh tətbiq olunmasına əsas kimi vətəndaş X1 müraciəti üzrə DƏMX tərəfindən Cəmiyyətə göndərilmiş ## ###### 2025-ci il tarixli məktubda tələb olunan sənədlərin – iş vaxtının uçotu tabellərinin, son haqq-hesab hesablanmasının, məzuniyyət əmrlərinin və əməkhaqqı hesablanması sənədlərinin təqdim edilmədiyi göstərilmişdir. Lakin həm inzibati orqana, həm də birinci instansiya məhkəməsinə təqdim edilmiş təkzibedilməz sübutlar diqqətdən kənarda saxlanılmışdır. X2 ## ###### 2024-cü il tarixində yaşayış ünvanında (İmişli rayonu) beyindaxili qansızma (insult) keçirmiş, təcili tibbi yardım çağırılmış və ## ###### 2024-cü ildən əmək qabiliyyətsizliyi vərəqəsi açılmışdır. Həmin xəstəlik səbəbindən işçi ## ###### 2024-cü ildən vəfat etdiyi ## ###### 2025-ci il tarixinə qədər bir gün də olsun işə çıxmamış və əmək funksiyalarını icra etməmişdir. Cəmiyyət mərhum işçiyə böyük hörmətlə yanaşaraq, xəstə olduğu və fiziki olaraq işləmədiyi 1 tam il ərzində onun əmək müqaviləsini yeniləmiş və vəfat etdiyi ## ###### 2025-ci il tarixinə qədər hər ay əməkhaqqını tam şəkildə onun bank kart hesabına köçürmüşdür (bank çıxarışları təqdim olunmuşdur). Faktiki olaraq xəstəliyi ilə əlaqədar bir il ərzində işə davamiyyəti olmayan, müalicə olunan və bütün dövr ərzində əməkhaqqı tam ödənilən işçi barəsində işə çıxmadığı halda "faktiki iş vaxtı uçotu tabeli" tərtib edilməsi obyektiv olaraq mümkün deyildir. Eynilə, işə çıxmayan, müalicədə olan işçinin məzuniyyətə göndərilməsi və məzuniyyət əmri veriliməsi hüquqi və məntiqi cəhətdən əsassızdır. :AR Əmək Məcəlləsinin 77.7-ci maddəsinə əsasən, işçinin vəfatı ilə əlaqədar xitam verildikdə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət və son haqq-hesab vərəsələrə ödənilir. Mərhumun oğlu (şikayətçi Qadir Ağayev) dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, rəsmi vərəsəlik şəhadətnaməsini və bank rekvizitlərini Cəmiyyətə təqdim etməkdən yayınmışdır. Vərəsəlik şəhadətnaməsi təqdim edilmədən ödənişin hüquqi şəxs tərəfindən kimin hesabına köçürülməsi qanunən qeyri-mümkündür. Birinci instansiya məhkəməsi işə baxarkən aşağıdakı maddi və prosessual hüquq pozuntularına yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, inzibati xəta yalnız hüquqazidd və təqsirli (qəsdən və ya ehtiyatsızlıqdan) törədilən əməldir. Vəzifəli şəxs kimi mənim hərəkətlərimdə nə qəsd, nə də ehtiyatsızlıq var. Tələb olunan sənədlər obyektiv imkansızlıqdan (işçinin 1 il xəstə olub işə çıxmaması və vərəsələrin şəhadətnamə təqdim etməməsi) formalaşmamışdır. Obrazlı desək, tərtib olunması obyektiv imkansız olan sənədin təqdim edilməməsinə görə vəzifəli şəxsi cərimələmək hüquqi baxımdan əsassızdır. Məhkəmə İXM-nin 53.1.1-ci maddəsini (inzibati xəta tərkibinin olmaması) tətbiq etməli olduğu halda bundan imtina etmişdir. Nizami Rayon Məhkəməsi öz qərarında eyni fakt üzrə hüquqi şəxs "xxxx" MMC barəsində çıxarılmış ##.##.2026-cı il tarixli (İş № *(5-99)-1706/2026) (hakim Emin Axundovun özünün çıxardıqı qərar) və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli (İş № *(3-6)- 1820/2026) qərarlarına istinad edərək iddia etmişdir ki, guya hüquqi şəxsin əməlində xəta tərkibi təsdiq olunub, sadəcə müddət keçdiyindən xitam verilib. Lakin məhkəmə nəzərə almamışdır ki, hüquqi şəxs barəsində icraata xitam verilərkən işin mahiyyəti araşdırılmamış, sırf prosessual müddət (İXM 38.1) əsas götürülmüşdür. Hüquqi şəxs barəsində icraata müddətə görə xitam verilməsi vəzifəli şəxsin avtomatik təqsirli bilinməsi üçün preyudisial sübut ola bilməz. Hər bir şəxsin (o cümlədən vəzifəli şəxsin) təqsiri İXM-nin 76-cı maddəsinə uyğun olaraq 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir etibarnamə Qərardan şikayət verən orqan (şəxs) etibarname.pdf Endir ərizə Elektron Ərizə.pdf Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: ##.##.2026 fərdi qaydada sübut edilməlidir. Nizami Rayon Məhkəməsi öz qərarında eyni fakt üzrə hüquqi şəxs "xxxx" MMC barəsində çıxarılmış ##.##.2026-cı il tarixli (İş № *(5-99)-1706/2026) (hakim Emin Axundovun özünün çıxardıqı qərar) və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli (İş № *(3-6)- 1820/2026) qərarlarına istinad edərək iddia etmişdir ki, guya hüquqi şəxsin əməlində xəta tərkibi təsdiq olunub, sadəcə müddət keçdiyindən xitam verilib. Lakin məhkəmə nəzərə almamışdır ki, hüquqi şəxs barəsində icraata xitam verilərkən işin mahiyyəti araşdırılmamış, sırf prosessual müddət (İXM 38.1) əsas götürülmüşdür. Hüquqi şəxs barəsində icraata müddətə görə xitam verilməsi vəzifəli şəxsin avtomatik təqsirli bilinməsi üçün preyudisial sübut ola bilməz. Hər bir şəxsin (o cümlədən vəzifəli şəxsin) təqsiri İXM-nin 76-cı maddəsinə uyğun olaraq 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir etibarnamə Qərardan şikayət verən orqan (şəxs) etibarname.pdf Endir ərizə Elektron Ərizə.pdf Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: ##.##.2026 fərdi qaydada sübut edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi vəkil Vəkil şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 Xidmətinin səlahiyyətli nümayəndəsi nümayəndə1 şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instaniyası məhkəməsi inzibati iş üzrə verilmiş şikayəti toplanmış və əlavə təqdim olunmuş iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab etmir. İnzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlayan apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin dispoziyasından görünür ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsini qanunla şərtləndirən əsas hallar, “zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə” dair inzibati məsuliyyəti ifadə edir və dispozisiyada, tələb olunan zəruri məlumatların (sənədlərin) 7 iş günü ərzində təqdim olunmasına dair hər hansı göstəriş yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd oluna xüsusatlara və qanunvericliyin tələblərinə əsasən, apellyasiya baxışı zamanı Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddə ilə nəzərdə tutulan inzibati xəta tərkibinin mövcud olmaması faktı müəyyən edilməmişdir. Odur ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək tənbeh olunmasına əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci madəsinin tələbinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət təmin olunmalı, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya İnstaniyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. İnzibati xəta tərkibi olmadığından Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar