Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2644/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi X1 iştirakı ilə, İmran Fəxrəndə Şamil qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 650 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından İmran Fəxrəndə Şamil qızı tərəfindən verilmiş şikayəti Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.T.Axundov) ## #### 2026-cı il tarixli qərarı ilə İmran Fəxrəndə Şamil qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 650 manat məbləğində cərimə edilmişdir. Qərardan İmran Fəxrəndə Şamil qızı tərəfindən apellyasiya qaydasında şikayət verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, İmran Fəxrəndə Şamil qızı tərəfindən inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından prosessual müddət buraxılmaqla şikayət verildiyi müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ## #### 2026-cı il tarixdə İmran Fəxrəndə Şamil qızına təqdim edilmiş və apellyasiya şikayəti müddət ötürülməklə ##.##.2026-cı il tarixdə verilmişdir. Qeyd olunanlara əsasən, İmran Fəxrəndə Şamil qızı tərəfindən, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş 10 (on) gün prosessual müddət buraxılmaqla şikayət verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, İmran Fəxrəndə Şamil qızı tərəfindən inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından şikayət qanunla müəyyən olunmuş prosessual müddət buraxılmaqla verildiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələbinə əməl edilməsi üçün, inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalı və buraxılmış müddətin bərpası haqqında vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması İmran Fəxrəndə Şamil qızına izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: İmran Fəxrəndə Şamil qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 650 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından İmran Fəxrəndə Şamil qızı tərəfindən şikayət qanunla müəyyən olunmuş prosessual müddət buraxılmaqla verdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələbinə əməl edilməsi üçün inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Buraxılmış müddətin bərpası haqqında vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması İmran Fəxrəndə Şamil qızına izah edilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2644/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2644/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver