Məhkəmə qərarları › İş №3(3-6)-2649/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2649/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2649/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Qərarından şikayət verilən orqan nümayəndəsi – Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Qərardan şikayət verən orqan (şəxs) oğlunun iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsi ilə inzibati xəta haqqında işin yenidən araşdırmaya göndərilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən ##.##.2026-cı il tarixində inteqrasiya olunmuş məlumatlara əsasən Qərardan şikayət verən orqan (şəxs) əmək müqaviləsi bağlamış 2 nəfər işçinin (adları elektron qərarda göstərilən) əməkhaqqı məbləğinin dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı məbləğindən aşağı olduğu müəyyən olduğundan Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə uyğun olaraq ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim N.C.Rzayeva) ## ### 2026-cı il tarixli qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsi qərara alınmışdır. Qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş MN ******* nömrəli, ## #### 2026-cı il tarixli əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən əmək qanunvericiliyinin tələblərinin, işçilərin əmək müqaviləsi ilə əldə etdikləri hüquqlarının pozulması məsələsinə toxunmadan, təkcə təqdim edilmiş hesabatlarla müəyyən etmişdir ki, işçilərə minimum əmək haqqı ödənilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Hazırki iş üzrə “Əmək və Məşğulluq” altsistemindəki müqavilələrə baxış keçirilərkən faktiki olaraq işçilərin əməkhaqları minimum əmək haqqından (dörd yüz manat) az olduğu müəyyən edilmişdir. Bununla da işəgötürənin əsas vəzifələrindən biri olan Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək vəzifəsi yerinə yetirilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Habelə məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə inzibati məsuliyyətə cəlb olunsa da, məhkəmə iclasında onun tərəfindən İXM-in 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini təsdiq edən hər hansı mötəbər sübut müəyyən olunmamışdır. Bunun əksini sübut etmək vəzifəsi isə inzibati qərarı qəbul etmiş orqanın üzərinə düşür ki, o da, bu hüququndan istifadə edərək məhkəməyə lazımi sənədləri təqdim etməmişdir. Belə ki, İnzibati xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biridə 99.1.1ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsidir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək Məcəlləsinin 155-ci maddəsinin 1ci hissəsinin tələbinə əməl edilməməsi nəticəsində işçinin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ pozulmuşdur. Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və sübuta yetirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsində təsbit olunan tələblərin yerinə yetirilməməsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı əmək haqqının verilməsi səbəbindən, nəticədə İXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan əmək qanunvericiliyi pozulmaqla əmək münasibətlərinə ziyan vurulmuşdur. Apellyasiya baxışı zamanı şahid qismində dəvət olunmuş şahid2 izahatında bildirmişdir ki, o, məişət cihazları üzrə ustadır və iki aydır ki, “Kontakt Home” mağazasında işləyir. Özünün VÖEN-i yoxdur. Pandemiya dövrü, yəni 2020-2021-ci illərdə kombilərin təmiri ilə bağlı əmək müqaviləsi əsasında Qərardan şikayət verən orqan (şəxs) yanında işləmişdir. Daha sonra əmək müqaviləsi əsasında heç yerdə işləməmiş, yalnız fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) ilə işlədiyi dövrdə əmək haqqısı 250 manat təşkil etmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dəvət olunmuş şahid1 izahatında bildirmişdir ki, o, kombi ustasıdır. O, pandemiya dövrü, yəni 2020-2021-ci illərdə əmək müqaviləsi əsasında bir ay Qərardan şikayət verən orqan (şəxs) ilə işləmişdir və əmək haqqısı 250 manat təşkil etmişdir. O cəmi bir dəfə əmək haqqı almışdır. Daha sonra ona şərtlər sərf etmədiyi üçün işdən çıxmışdır. Onun VÖEN-i yoxdur. Məhkəmə iclasında X2 Xidmətinin səlahiyyətli nümayəndəsi Nümayəndə şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin olunmamasını və iş üzrə icraata xitam verilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, o, 2021-ci ildən VÖEN-nini bağlamışdır və 2022-ci ildən “X3 LTD” şirkətinin Azərbaycan Respblikasındakı filialında neft və qaz hasilatı üzrə 5-ci dərəcəli operator vəzifəsində işləyir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv tədqiq edərək qeyd edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinin dispozisiyasında, İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə inzibati məsuliyyət və inzibati tənbeh nəzərdə tutulmuşdur. İşdə olan Mygov rəsmi rəqəmsal hökumət platformasından çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2022-ci il tarixdən “X3 LTD” şirkətinin Azərbaycan Respblikasındakı filialında neft və qaz hasilatı üzrə 5-ci dərəcəli operator vəzifəsində işləyir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin ##.##.2026-cı il tarixli məlumatına əsasən Qərardan şikayət verən orqan (şəxs) adına olan ********** nömrəli VÖEN-in fəaliyyəti ##.##.2021-ci il tarixdə dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına münasibətdə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti qismində inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün qanunla müəyyən olunmuş qaydada əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci madəsinin tələbinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən, şikayət təmin edilməməli, inzibati iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Gstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya instaniyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. İnzibati iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar