Məhkəmə qərarları › İş №3(3-6)-2650/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2650/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2650/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 Oruc qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, xxxx MTK-nin *** saylı mənzilinin qapısını qıraraq icazəsiz mənzilə daxil olmuş, Zərərçəkmiş şəxs 300 manatdan çox maddi ziyan vuraraq, əmlakı qəsdən məhv etmiş və yaxud zədələmişdir.. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 300 (üç yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam hərtərəfli obyektiiv araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İş materiallarında olan Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı, R Zal Mımmədovun ##.##.2026-cı il tarixli cinayət işinin rədd olunması barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yaşayan vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X1 məxsus əmlakı qəsdən məhv edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Firuddin oğlu adlı şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə, qəbul edilmiş qərarın surəti PŞ-nin aidiyyəti əməkdaşa həvalə edilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi və toplanmış material saxlanması üçün Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin arxivinə verilməsi qərara alınmışdır İş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatından görünür ki, 2020-ci ildə Bakı şəhəri Suraxanı rayonunda yerləşən «xxxx» MTK-dan *** saylı mənzili anası Çərpanova Tükəzbanın adına almışdır. Bundan sonra ona məlum olmuşdur ki, «xxxx» MTK-nın rəhbəri eyni mənzili 2 nəfər şəxsə satıb və buna görə də həbs olunmuşdur. Bu zaman o da anasının adına aldığı mənzili yoxlatdıqda ona məlum olmuşdur ki, mənzil Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adlı şəxsə satılıb. Bunu öyrənib dərhal Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir, 5 il davam edən məhkəmə prosesində məhkəmə mənzilin ona verilməsinə dair qərar vermişdir. Buna görə də həmin mənzilə 300 manat dəyərində dəmir qapı alıb quraşdırmışdır. Bundan xəbər tutan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adlı şəxs qapını sındıraraq yerindən çıxartmışdır. Bu barədə o 33-cü polis şöbəsinə şikayət ərizəsi iləmüraciət etmişdir. Həmin ərizə ilə bağlı izahat verərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şifahi olaraq Bakı Ağır Cinayətlər məhkəməsinin qərarından narazı olması səbəbindən Apellyasiya məhkəməsinə müraciət etdiyini bildirmişdir. Bu hadisə 1 ay bundan əvvəl baş verib, həmin hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətlara Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar