Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2652/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından tələbkar X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protocol məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan narazı qalan tələbkar X3 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada həbs edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar ədalətsiz, qanunsuz və əsassız olmuşdur. Belə ki, Lənkəran Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 10 fevral 2025-ci il tarixli qərardadı ilə ## #### 2019-cu il təvəllüdlü Süleymanov İnci Vüqar qızının və ## ####### 2021-ci il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.98 misli həddində sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qərara alınmışdır. Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan aliment məbləğini ödəməmişdir. Bildirmək istəyirəm ki, övladları Dilək ağır əməliyyat olunmuş, onun bütün xərcləri də onun tərəfindən çəkilmişdir. Lakin borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona bildirmişdir ki, o alimenti ödəməyəcək və ona qarşı da heç kim heç nə edə bilməz. Onun işdən çıxmağının səbəbi də alimenti ödəməmək olmuşdur. Əvvəlki məhkəmələrdə keçirilən iclaslarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yalnız 500 manat əmək haqqı aldığını bildirsə də, işdən çıxandan sonra məhkəməyə verdiyi izahatında bonuslarla birlikdə 800-1400 manat əmək haqqı aldığını etiraf etmişdir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yalan danışmaqla onun hərəkətləri məhkəməni aldatmağa yönəlmişdir. Məhkəmə isə onun bu izahatına inanmış və qərəzli olaraq Vüqar Sülymanın üzrlü səbəbdən icra sənədini icra etmədiyi qənəatinə gəlmişdir. İcra məmuru inzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 978 manat aliment borcunun olduğunu qeyd etsə də, bu tamamilə yalandır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2025-ci ilin sentyabr ayı üçün daha sonra isə 2026-cı ilin may, iyun və hazırki iyul ayları üzrə aliment borcunu ödəməmişdir.O İcraya çağırıdıqda şikayət etdiyini gördükdə ## #### 2026 və ## #### 2026-cı il tarixlərdə 100 manat olmaqla ümumilikdə 200 manat məbləğdə pul ödəməmişdir.Lakin Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru İsayev Elzamin Rövşən oğlu protokolu formal tərtib edərək (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətdən yayınması üçün), məhkəmədə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xeyrinə izahat vermişdir. Lakin məhkəmə müvafiq icra işini tələb etmədən yalnız icra məmurunun təqdim etdiyi və onun məhkəmədə verdiyi izahatına əsaslanıb qanunsuz və əsassız qərar qəbul etmiş, 2 körpə uşağın alimentdən məhrum olması ilə nəticələnən qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə 2026-cı ilin may-iyun aylarına aid hissədə aliment borcu qaldığını bildirsə də, o keçən ilin sentyabr ayında qərəzli olaraq alimenti ödəməkdən imtina etmişdir. Məhkəmə isə bu halı araşdırmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, hesab edirəm ki, məhkəmənin gəldiyi nəticə işin faktiki halları ilə üst-üstə düşmür, məhkəmə qeyd olunan nəticəyə gələrkən maddi hüquq normasının tələblərini pozmuş, tam qanunuz və ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında icra şöbəsinin nümayəndəsi icra şöbəsi tərəfindən tərtib edilmş protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında tələbkar iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətinin dəlillərini araşdırıb, tərəflərin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli icra sənədindən görünür ki, ## #### 2019-cu il təvəllüdlü Süleyman İnci Vüqar qızının və ## ####### 2021-ci il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X7 verilməsi qət edilmişdir. -“İcraata başlamaq haqqında” ## ###### 2023-cü il tarixli qərarın surətindən və həmin tarixli bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2023-cü il tarixli icra vərəqi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. -Lənkəran Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından görünür ki, ## #### 2019-cu il təvəllüdlü Süleyman İnci Vüqar qızının və ## ####### 2021-ci il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.98 misli həddində sabit pul məbləğində alimentin alınaraq tələbkar X7 xeyrinə ödənilməsi qərara alınmışdır. - “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin ## #### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində olan “Mercedes C 240 minik” markalı, **-RF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. -“Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunan məlumatlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun 07iyun 2019-cu il təvəllüdlü Süleyman İnci Vüqar qızı və ## ####### 2021-ci il tarixli X4 adlı övladları var. -“Borclunun axtarışı haqqında” ## ####### 2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsini məhz qərəzli və üzrsüz səbəbdən icra etməməsi öz təsdiqini tapmadığından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iş matreiallarından aydın olur ki, iş üzrə borclunun icra sənədini üzrlü səbəblər olmadan icra etməməsi və ya qəsdən icra sənədinin icrasından yayınması faktı müəyyən edilmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün şəxsin qəsdən və üzrsüz səbəbdən icradan yayınması, yəni onun davranışında inzibati xəta tərkibinin bütün obyektiv və subyektiv əlamətlərinin mövcudluğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə isə müəyyən olunur ki, borclu məhkəmə qərarının icrasından imtina etməmiş, əksinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya instansiya mərhələsində təqdim etdiyi qəbzlərdən görmək olur ki, iyul ayında hər dəfə 100 manat olmaqla cəmi 300 manat, avqust ayında isə 484 manat məbləğində aliment borcu ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsi barəsində qəbul edilmiş qərar əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Tələbkar X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2652/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2652/2026
25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver