Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2661/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) İbrahim oğlu şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İbrahim oğlunun Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) İbrahim oğlu apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materialları nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından şikayət vermiş şəxs tərəfindən şikayət vermə müddəti buraxılmışdır. Bu səbəbdən, inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı və şikayət verən şəxsə mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin: 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı vaxtdan da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə elektron qərar, habelə bu Məcəllənin 124.4-1-ci maddəsində qeyd olunan yuxarı səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar və bu Məcəllənin 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunan inzibati tənbeh vermə haqqında qərar nəqliyyat vasitəsinin istifadəçisi (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üçün internet informasiya ehtiyatında yaradılmış elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada verilir. Həmin qərarlar aşağıdakı vaxtdan rəsmi qaydada verilmiş hesab edilir: 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli qərarına əsasən inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ## #### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) İbrahim oğlunun elektron kabinetinə yerləşdirilmişdir. Lakin, Qərardan şikayət verən orqan (şəxs) İbrahim oğlunun həmin qərardan apellyasiya şikayəti ## ###### 2026-cı il tarixdə məhkəmənin dəftərxanasında qeydiyyata alınmışdır. Odur ki, hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarından şikayət 10 günlük müddət ötürülməklə məhkəməyə təqdim edildiyindən və müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət edilmədiyindən inzibati xəta haqqında iş üzrə toplanmış materialı birinci instansiya məhkəməsinə qaytarılmalı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, və 133-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) İbrahim oğlu tərəfindən verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən, inzibati xəta haqqında material həmin məhkəməyə göndərilsin. Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) İbrahim oğluna buraxılmış prosessual müddətin bərpası barədə ərizə (vəsatət) ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2661/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2661/2026
25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver