Məhkəmə qərarları › İş №3(3-6)-2665/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2665/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2665/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Quliyev Ramin Xanlar oğlu tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qaytarılması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərardadından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Quliyev Ramin Xanlar oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli icra vərəqəsi ilə bağlı borclu X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli (hakim Anar İbadzadə) qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Quliyev Ramin Xanlar oğlu tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qaytarılmışdır. İş materiallarında olan şikayətlə əlaqədar materialı araşdıraraq hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan şikayətdən də göründüyü kimi zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin direktoru X1 barəsində qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarından verilsə də, apellyasiya şikayəti yanlışlıqla başqa inzibati xəta haqqında materiala, yəni X1 barəsində olan digər inzibati xəta haqqında materiala əlavə edilmişdir. Qeyd etməyi zəruri hesab edirəm ki, belə olan halda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin direktoru X1 barəsində qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarından verilmiş apellyasiya şikayətinə hal-hazırki vəziyyətdə baxılması mümkün deyildir. Ona görə də hesab edirəm ki, inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin direktoru X1 barəsində qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli *(*-**)-****/**** nömrəli qərarından verilmiş apellyasiya şikayəti başqa inzibati xəta haqqında materiala, yəni X1 barəsində olan digər inzibati xəta haqqında materiala əlavə edildiyindən hazırki iş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar