Məhkəmə qərarları › İş №3(3-6)-2666/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2666/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2666/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) qəbul etdiyi ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarə ilə Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix, saat 12:57-də Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 119 ünvanında “Hyundai Elantra minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – həmin avtomobil) idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, hadisənin videogörüntüsü əsasında onun həmin avtomobillə nizamlanmayan yolayırıcına daxil olduğu vaxt digər nəqliyyat vasitəsinin baş yolla yolayırıcına yüksək sürətlə yaxınlaşması və yolayırıcını keçmə qaydalarını pozması müəyyən olunur. O, həmin avtomobili idarə edən zaman YPX avtomobili digər nəqliyyat vasitələri ilə birlikdə kifayət qədər uzaq məsafədə hərəkət etdiyindən və yolayırıcına kifayət qədər uzaq məsafədə olduğundan hərəkətini davam etdirmiş, YPX avtomobilinin yüksək sürətlə hərəkət etməsi sonuncunun yolayırıcına qısa müddət ərzindən yaxınlaşmasına səbəb olmuşdur. Bununla belə o, YPX avtomobilinin hərəkətinə maneə yaratmamışdır. Göstərdiklərinə əsasən onun Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər və kifayət qədər sübutlarla təsdiq edilmir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya məhkəməsi iclasında şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 77.1-ci maddəsinə əsasən üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. - 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən hesab edilir. - 327.2-ci maddəsinə əsasən yolayrıcını keçmə qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş materiallarına əlavə edilmiş videogörüntü ilə Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix, saat 12:57-də idarə etdiyi “Hyundai Elantra minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 119 ünvanındakı əsas yola digər nəqliyyat vasitəsinin hərəkətinə mane olmaqla daxil etdiyi, beləliklə də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş “yolayrıcını keçmə qaydasını pozması”ndan ibarət inzibati xətanı törətməsi sübut edildiyinə görə iş üzrə səlahiyyətli orqanın əməkdaşının göstərilən faktı bilavasitə aşkar etdikdən sonra tərtib etdiyi ## ##### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, qəbul etdiyi ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərar və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. Səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) inzibati cərimə tənbeh tədbirini Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinin sanksiyası həddində tətbiq etmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar