Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2667/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi X5 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, ## #### 2026-ci il tarixdə Bakı şəhəri DYPİ YPX inspektoru R X3 tərəfindən barəsində (İXP 8097087) İnzibati Xəta haqqında protokol tərtib etmişdir. Protokola əsasən o, guya # #### 2026-cı il tarixdə saat 13.44.13 radələrində Bakı şəhəri Nəsimi rayonu, 20 A Azadlıq prospektində KİA Sarento minik markalı ** NS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sola dönərkən yol hərəkəti qaydasını pozmuşdur. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərara əsasən o, 100 manat cərimə edilmişdir və 3 bal sistemində əlavə tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar həm işin faktiki halları baxımından, həm də prosessual pozuntularla qəbul edildiyindən ləğv edilməlidir. O, ## #### 2026-cı il tarixdə Baş Dövlət Yol Polis İdarəsinə şikayət etmiş, qanunsuz protokol -qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsinə cavab verilməmişdir. Bununla əlaqədar olaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən svetaforun və ya nizamlayıcının qadağan işarəsi veriləkən hərəkətin davam etdirlməsinə, 3.1 Giriş qadağandır yol nişanının tələblərinin və ya sərnişinin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pouzlmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdorludma məntəqəsinə daxil olmasına. 1.1, 1.3 və 1.11 üfiqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə.... cərimə edilir. O, yol hərəkət qaydalarına tam əməl etmişdir. Belə ki, sola dönmə işığını yandırıb qarşıdan gələn avtomobillərə yol vermiş, bu zaman ortada sarı zolaq olduğu üçün qarşıdan gələn avtomobilin məsafəsi uzaq olduğu üçün heç bir təhülkə yaratmadan sola dönmüş, bu zaman başqa bir avtomobil də sola dönmüşdür. Tam sola döndükdən sonra yola polisi əməkdaşı ona saxla əmri vermiş və o da dərhal avtobili saxlamışdır. YPX inspektoru yol hərəkət qaydasınıın pozuntusunu bildirmiş, dərhal cərimə protokolu tərtib etmiş və bildimişdir ki, 100 manat cərimə və 3 bal sistemində tənbeh tədbiri təbqi edilir. Ona görüntülər göstərilməmiş, izahatı alınmamış, etirazları nəzərə alınmamış, protokolun surəti ona verilməmişdir. Protokolu və qərarı yalnız ## #### 2026-cı il tarixdə Bakı şəhər Baş Polis idarəsindən almışdır. Protokol İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə, forma və məzmununa uyğun deyil. Ona görə də həmin protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz olduğundan ləğv edilməlidir. ## #### 2026-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilmədən qeyd edilən qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi X5 apellyasiya qaydasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə, saat 13:42-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prosspekti, 20A ərazisində “KİA SORENTO MİNİK” markalı ** NS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Birinci instansiya məhkəməsihesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, xətanın törədilməsini istisna edən hər hansı sübut iş materiallarına əlavə edilməmiş, həmçinin məhkəmə baxış iclasında da təqdim edilməmişdir. Əskinə polis idarəsinin nümayəndəsi tərəfindən təqdim edilən səs yazısından aydın olur ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) inzbati xətanın bir başa polis əməkdaşı tərəfindən vizual qaydada aşkarlanaraq protokol tərtib edildiyindən xətanın görüntüsünün ona göndərilmədiyini izah edirlərək, inzibati xətanın görüntüsü ilə tanış olmaq üçün polis idarəsinə dəvət edilmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2667/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2667/2026
25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver