Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2668/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zəngilan Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədi üzrə 7999 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Lakin tələb icra edilməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Solmaz Mustafayeva) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan tələbkar Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları Şikayət onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokola görə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zəngilan Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədi üzrə 7999 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Lakin tələb icra edilməmiş, bununla da, o, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətam törətmişdir. Məhkəmə iclasında icra məmuru X1 izahat verərək bildirdi ki, Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixində şöbəyə daxil olmuş e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 7900 manat məbləğində pul vəsaiti və 99 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada icrasının təmin edilməsi üçün borclunun ünvanına bildiriş göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bugünədək borcdan hər hansı məbləğ ödəməmiş, bununla da icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026cı il tarixli icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 7900 manat məbləğində pul vəsaiti və 99 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” ##.##.2026-cı il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edilmişdir. İşin hallarından da aydın görünür ki, borclunun qətnaməni könüllü icra etmək niyyəti yoxdur. Qüvvəyə minmiş yekun məhkəmə aktının olmasına baxmayaraq borclu bu müddət ərzində qətnamənin icrasını həyata keçirməmişdir. Müxtəlif bəhanələrlə icradan yayınır. Borclu 2021-ci ildən borcu ödəyəcəyinə söz versə də bu günə kimi heç bir ödəniş etməmişdir. O həmin vaxtdan ayda 100 manat ödənilməsinə razı olsa da, borclu heç bir ödəniş etməmişdir. İndi isə borcun hissə-hissə ödənilməsinə razı deyil. Göstərilənləri nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 7900 manat məbləğində pul vəsaiti və 99 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” ##.##.2026-cı il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin e-2(5-168)- **/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarında qeyd edilmişdir ki, iş üzrə barəsində icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Belə ki, icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən borclunun mülkiyyətində olan daşınar və daşınmaz əmlakların müəyyən edilməsi ilə bağlı aidiyyəti təşkilatlara sorğular verilməmiş, borclunun təqaüd almasına baxmayaraq tələb borclunun təqaüdünə yönəldilməmişdir. Beləliklə, icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən hər hansı tədbir görülmədən borclu barədə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə halında inzibati xəta tərkibinin olması müəyyən olunmur. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırma aparmış və əsaslı olaraq iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2668/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2668/2026
28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver