Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2669/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ## #### 1984-cü il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (fərdi identifikasiya nömrəsi *******), ailəli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı tarixli qərarından tələbkar Zərərçəkmiş şəxs Xeyrula oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Materialdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Icra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Lamiyə Türkmənli) Bakı şəhəri Nəsimi rayon Icra şöbəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan tələbkar Zərərçəkmiş şəxs Xeyrula oğlu apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş bir ay müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 7 ildən artıq vaxt keçməsinə baxmayaraq borclu ən müxtəlif qanunsuz bəhanələrlə icra sənədi üzrə tələbi icra etmir, icradan yayınır. Mübahisələndirilən qərarda məhkəmə bunun səbəbini əsasən aşağıdakı arqumentlər üzərində qurub: Borclunun əvvəllər məhkum olunması və bu səbəbdən əmək fəaliyyəti ilə məşğul olmaq imkanlarının məhdudlaşması (1) və maddi imkanları daxilində ödənişləri həyata keçirməsi. Borclu 2024-cü ilin iyun ayının 6-dan azadlıqdadır. O, həmin vaxt Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün hissəsini (qəti cəza 8 (səkkiz) il 9 (doqquz) ay olub) çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilib, başqa sözlə desək, faktiki azadlığa çıxıb. Həmin qərar və borclunun faktiki azadlıqda olması faktı uzun müddət onun məhkum olunduğu cinayət işi üzrə zərər çəkmiş şəxslərdən (cəmi sayı 8 nəfər), o cümlədən ondan gizlədilib, yalnız 2025-ci ilin sentyabr ayının sonunda sırf təsadüf nəticəsində onun artıq xeyli müddətdir ki, azadlıqda olduğunu öyrənmişlər. 2024-cü ilin iyun ayının 6-dan 2025-ci ilin sentyabr ayının sonunadək borclu azadlıqda olsa da, icra sənədi üzrə hər hansı məbləğ ödəməyib. Məhkəmənin borclunun "icra sənədi üzrə mövcud öhdəliyinin icrasına yönəlmiş konkret və faktiki hərəkətlər etdiyi" kimi şərh etdiyi ödəniş qrafikinə və borclunun məhkəmədə "ayda 400- 473 manat ödəniş edirəm" haqda dediklərinə nəzər salınsa, icra sənədində nəzərdə tutulan məbləğin (513,100 manat) ona tam ödənib qurtarılması üçün təxminən 107 ilə yaxın vaxt lazımdır. Bu isə onun "çalışdığı qədər borcunu tez bir zamanda ödəyib bitirəcəyinə" dair vədinin qeyri-ciddi olduğunu təsdiq edir, eyni zamanda icra sənədinin icraya yönəldilməsi müddətləri ilə heç cür uyuşmur və mahiyyətcə icra sənədinin icrasından imtina hesab edilməlidir. Ümumiyyətlə, ## ###### 2019-cu il tarixli, *(***)-**/**** saylı icra sənədinin icrasına möhlət verilməsi və yaxud da onun hissə-hissə icrası haqda müvafiq məhkəmə aktı qəbul edilməyib. Digər tərəfdən, borcun hissə-hissə ödənilməsinə dair tələbkar kimi onun da hər hansı razılığı yoxdur, əksinə ötən illərdə bütün qanuni fəaliyyəti tələbin tam, ən pis halda bir neçə dəfə iri məbləğlər şəklində olmaq şərtilə qısa müddətə ödənilməsi məzmununda olub. Borclunun ödəniş qrafikinin dinamikası, onun icra sənədini icra etmək niyyətindən yox, ya cəzasını yüngülləşdirmək, yaxud da cəzadan yayınmaq üçün hüquqi əsas yaratmaq məqsədindən xəbər verir. Onun 1640 manatlıq ödənişi cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ərəfəsinə təsadüf edib. Yəni, həmin ödəniş cəzaçəkmə müəssisəsinin müsbət məzmunlu mülahizə verməsinə daha çox hüquqi əsas yaratmaq niyyəti ilə həyata keçirilib. Onun 7 (yeddi) ildən çox müddətdə ödədiyi cəmi çox xırda məbləğlərin ödəniş tarixçələri isə inzibati tənbeh növlərindən sığortalanmaq məqsədi daşıyıb. Bu, yəni ödəniş tarixlərinin intensivliyinin inzibati xəta protokolunun tərtibi ərəfəsinə və gününə düşməsi isə o deməkdir ki, borclunun əsl niyyəti icra sənədini icra etmək yox, inzibati tənbeh növündən yayınmaq, ödəniş prosesini manipulyasiya alətinə çevirmək, görüntü yaradıb, inzibati tənbeh növündən xilas olmasına təminat yaratmaqdır. Borclunun məhkəmədə verdiyi izahatında guya azadlığa çıxandan sonra maddi imkanı olmadığından zərəri tam ödəmək iqtidarında olmadığı, həyat şəraitinin hazırda pis olması və kirayədə yaşaması barədə dedikləri həqiqətə uyğun deyil. O, digər zərərçəkmiş şəxsə 55,000 (əlli beş min) manat ziyan məbləği ödəyib. Yəni, bu, onun maddi imkanının olmaması barədə iddialarını təkzib edir. Borclunun # ###### 2026-cı ildə borc məbləğindən 1.500 manat (qərarın bir yerində bu məbləğ 1.501,50 manat kimi göstərilib) ödəməsi də dediklərini bir daha təsdiq edir. Borclu izahatında bu məbləği həyat yoldaşının qızıllarının satışından əldə etdiyini qeyd edib. Məhkəmə də borclunun izahatını hər hansı şübhəyə məruz qoymadan qəbul edib. Halbuki, bu izahat heç bir mötəbər və rəsmi sübutla (girov bileti, alqı-satqı müqaviləsi, mədaxil qəbzi və s.) təsdiq olunmayıb. Məhkəmə borclunun rəsmi sənədlərlə təsdiqlənməyən şifahi bəyanatını əsas götürməklə birtərəfli mövqe nümayiş etdirib. Mübahisələndirilən qərarda borclunun axtarışa verilməsi ilə bağlı qərar nəzərə alınmayıb. Icra məmuru Ramin Quliyevin ## #### 2026-cı il tarixli qərarı ilə borclu axtarışa verilib. Qərarda buna əsas kimi, borclunun yaşadığı yeri müəyyən etməyin mümkün olmadığı qeyd edilib. Məhkəmə iclasında tələbkar şəxs Zərərçəkmiş şəxs Xeyrula oğlu verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış etmiş, məhkəmədən şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Icra Şöbəsinin icra məmuru X2 qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək, belə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilməsi barədə *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2019-cu il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 350.000 manat məbləğində pulun alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi hökm edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/** saylı, # ####### 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2019-cu il tarixli hökmü ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalı olan 350.000 manat məbləğində pul indeksasiya olunaraq 513.100 manat məbləğində müəyyən edilmişdir. ## ###### 2026-cı il tarixli “icraata başlamaq haqqında” qərardan və eyni tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra işi ilə əlaqədar icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya göndərilmişdir. ## ###### 2026-cı il tarixli borclu tərəfindən verilmiş izahatda göstərilmişdir ki, hal-hazırda rəsmi olaraq işləyir, hər ay ödənişlər edir, əmək haqqından tutulmalar aparılmasına baxmayaraq könüllü olaraq hər həftə 100 manat ən az əlavə ödəniş edir, hər ay ödənişləri artırır, çalışdığı qədər borcunu tez bir zamanda ödəyib bitirəcək. Həbsdə olduğu zaman 1.740 manat, azadlığa çıxdıqdan sonar 5.738,09 manat ödəniş edib, bu gün də yoldaşına məxsus qızılları sataraq 1.500 (min beş yüz) manat ödəniş edib. Bakı şəhəri Nəsimi rayon Icra şöbəsi tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə, X3 ünvanlanmış 31 iyul 026-cı il tarixli məktubdan görünür ki, icra sənədi üzrə borclunun taksi fəaliyyəti ilə nə vaxt məşğul olması, test imtahanından nə vaxt keçməsi barədə məlumat verilməsinə dair aidiyyəti şəxslərə göstərişlər verilməsi xahiş edilmişdir. Çoxsaylı ödəniş qəbzlərindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs hesabına müxtəlif vaxtlarda borc üzrə ödənişlər ödənilmişdir (## ###### 2026-cı il tarixində 1.500 manat məbləğində, 30 iyul 026-cı il tarixində 121 manat məbləğində, ## #### 2026-cı il tarixində 101 manat məbləğində, ##.#.2026-cı il tarixində 101 manat məbləğində, ## #### 2026-cı il tarixində 121 manat məbləğində, ## ###### 2026-cı il tarixində 51 manat məbləğində, ## #### 2026-cı il tarixində 51 manat məbləğində, ## ### 2026-cı il tarixində 51 manat məbləğində, ## ### 2026-cı il tarixində 51 manat məbləğində, 27 aprel 026-cı il tarixində 51 manat məbləğində, ## ##### 2026-cı il tarixində 51 manat məbləğində və.s). Çoxsaylı qəbzlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqından mütəmadi olaraq tutulmalar həyata keçirilir (“xxxx” MMC-nin hesabından Nəsimi Rayon Icra şöbəsinin hesabına). ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/** nömrəli, # ####### 2025-ci il tarixli icra sənədinə əsasən 350.000 (üç yüz əlli min) manat məbləğli pul indensksiya olunaraq 513.100 (beş yüz on üç min yüz) manat tutularaq tələbkara ödənilməlidir. Bununla da borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmədə toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusundan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində sözügedən inzibati xətanın tərkibinin mövcudluğunu təsdiq edən kifayət qədər və mötəbər sübutlar əldə edilməmiş, onun barəsində olan icra sənədi üzrə icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən və qərəzli olaraq icra etməməsi halı öz təsdiqini tapmamışdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər məhkum olunması və məhkumluğunun mövcudluğu səbəbindən əmək fəaliyyəti ilə məşğul olmaq imkanlarının məhdudlaşmasına baxmayaraq, onun hazırda rəsmi əmək münasibətlərində olduğu və əldə etdiyi əməkhaqqından icra sənədi üzrə tutulmaların həyata keçirildiyi müəyyən edilmişdir. Beləliklə, onun icra sənədində nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməsindən tamamilə yayınması deyil, maddi imkanları daxilində ödənişlərin həyata keçirilməsi istiqamətində real tədbirlər görməsi müəyyən olunur. Bundan əlavə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən rəsmi əmək haqqından həyata keçirilən tutulmalarla yanaşı, taksi fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına da mütəmadi olaraq, o cümlədən həftəlik təxminən 100 manat məbləğində əlavə ödənişlərin edilməsi müəyyən edilmişdir. Həmçinin, 3 avqust tarixində ailə üzvlərinə məxsus qızıl-zinət əşyalarının satılması hesabına əldə edilmiş 1.500 (min beş yüz) manat vəsaitin də borcun ödənilməsinə yönəldildiyi müəyyən edilmişdir. Qeyd olunan ödənişlərin xarakteri, onların müxtəlif mənbələr hesabına və mütəmadi şəkildə həyata keçirilməsi, habelə sonuncu tərəfindən borcun ödənilməsi istiqamətində faktiki tədbirlərin görülməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin tələblərini yerinə yetirməkdən qəsdən və qərəzli şəkildə yayınması barədə nəticəyə gəlməyə əsas vermir. Əksinə, müəyyən edilmiş hallar onun icra sənədi üzrə mövcud öhdəliyinin icrasına yönəlmiş konkret və faktiki hərəkətlər etdiyini göstərir. Eyni zamanda, tələbkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında daha sərt tənbeh tətbiq edilməsini tələb etdiyini bildirmişdir. Lakin məhkəmə hesab edir ki, tələbkarın bu mövqeyi özü-özlüyündə inzibati xəta tərkibinin mövcudluğunu müəyyən edən hal kimi deyil, iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməli olan xüsusat kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, əməldə inzibati xəta tərkibinin yaranmasının əsas şərtlərindən biri də inzibati xətanı törədən şəxsin əmələ psixi münasibətidir. Qanunun mənasına görə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Icra etməmə isə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hal-hazırkı vəziyyətdə isə borclunun qərəzli hərəkəti nəinki öz təsdiqini tapmır, əksinə borcunu mütəmadi ödəməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir. Məhkəmə həmçinin bildirmişdir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, borclunun icra sənədini qərəzli və üzrsüz səbəbdən icra etməməsi faktı mötəbər sübutlarla təsdiq olunmamışdır. Bu halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi müəyyən edilmədiyindən, həmin şəxsin qeyd olunan maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas mövcud deyildir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; 2) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; 3) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; 4) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Qeyd edilir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Lakin məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin, tələbkar şəxsin izahatlarında göstərdikləri xüsusatlarla, həmçinin əlavə edilmiş sənədlərlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, inzibati xəta tərkibinin mövcudluğu üçün obyektiv tərəflə yanaşı subyektiv tərəf – yəni təqsir də müəyyən edilməlidir. Iş üzrə sübutlar borclunun icra sənədini qəsdən və ya üzrsüz səbəbdən icra etmədiyini təsdiqləmir. Əksinə, icranın mümkün olmaması onun hərbi xidmətdə olması və sonradan işsiz qalması ilə əlaqədar obyektiv səbəblərdən irəli gəlmişdir. Borcun mövcudluğunu inkar etməməsi və qismən ödəniş etməsi isə onun icra öhdəliyinə laqeyd münasibət göstərmədiyini təsdiq edir. Belə ki, işin halları ilə müəyyən edildiyi kimi, borclu Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2019-cu il tarixli hökmü ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli ## ###### 2016-cı il tarixdən hesablanmışdır. Borclu ## ###### 2026-cı il tarixli tərəfindən verilmiş izahatında göstərmişdir ki, hal-hazırda rəsmi olaraq işləyir, hər ay ödənişlər edir, əmək haqqından tutulmalar aparılmasına baxmayaraq könüllü olaraq hər həftə 100 manat ən az əlavə ödəniş edir, hər ay ödənişləri artırır, çalışdığı qədər borcunu tez bir zamanda ödəyib bitirəcək. Həbsdə olduğu zaman 1.740 manat, azadlığa çıxdıqdan sonar 5.738.09 manat ödəniş edib, bu gün də yoldaşına məxsus qızılları sataraq 1.500 manat ödəniş etmişdir ki, bu hal onun icra sənədinin israsından qərəzli yayınma kimi qiymətləndirilə bilməz. Iş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxslərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; - 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsluiyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən yalnız üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halı mövcud olmadığından, sonuncunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi istisna olunur. Məhkəmə belə hesab edir ki, iş materiallarında inzibati xəta törətməklə bağlı heç bir pozuntu yoxdur. Əksinə icra məmuru inzibati xəta haqqında protokol tərtib edərkən inzibati xəta törətməkdə təqsiri müəyyən edən mötəbər hesab olunan sübut əsasında nəticəyə gəlməlidir. Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilir ki, borclunun ödəniş qrafikinin dinamikası, onun icra sənədini icra etmək niyyəti yox, cəzasını yüngülləşdirmək, yaxud da cəzadan yayınmaq məqsədi daşıması tələbkar şəxsin subyektiv fikri olmaqla şəxsin məsuliyyətə cəlb edilməsi üçün əhəmiyyət kəsb etmir. Onun iddia edildiyi kimi 1.640 manatlıq ödənişi cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ərəfəsinə təsadüf etməsi bildirilmiş, şikayətin bu dəlili ilə şəxsin ödəniş həyata keçirdiyi faktı təsdiqini tapır. Eyni zamanda borclunun digər zərərçəkmiş şəxsə 55.000 (əlli beş min) manat ziyan məbləği ödəməsi, bununla onun maddi imkanın yaxşı olması faktının təsdiq edildiyi göstərilsə də, bu dəlillər hazırki inzibati xəta haqqında işin predmetini təşkil etmir. Belə ki, bu dəlillər inzibati xəta haqqında protokolun məğzinə aid deyildir. Həmçinin, tələbkar şəxs şikayətdə borclunun # ###### 2026-cı ildə borc məbləğindən ödədiyi 1.500 manat məbləğin həyat yoldaşının qızıllarının satışından əldə etməsi barədə izahatını əsassız saysa da, borclunun izahatının şübhə altına alınması üçün əsas yoxdur, əksinə icra vərəqəsi üzrə ödəniş etməsi faktını təsdiqləyir. Şikayətdə borclunun axtarışa verilməsi faktı ilə onun icraçının çağırışından yayındığı qeyd edilsə də, axtarış, eyni zamanda borclunun yaşadığı yer müəyyən edilə bilmədiyində də tətbiq edilir və bu hal şəxsin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qymətləndirilə bilməz. Məhkəmə birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, işə baxan hakim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində inzibati xətanın tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Tələbkar Zərərçəkmiş şəxs Xeyrula oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilməsi barədə *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı tələbkar Zərərçəkmiş şəxs Xeyrula oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2669/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2669/2026
27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver