Məhkəmə qərarları › İş №3(3-6)-2670/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2670/2026

31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2670/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi – X5 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.1, 535.1 və 521-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən vermiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə saat 03:30 radələrində ünvan 1 ünvanının qarşısında yüksək səslə danışaraq nalayiq ifadələr işlətmiş və ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1, 535.1 və 521-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib olunmuş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.V.İsmayılova) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 50 (əlli) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində seçilmiş inzibati qaydada tutma tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Qərardan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi apellyasiya şikayəti verərək, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv olunmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 510.1, 535.1 və 521-ci maddələri ilə təqsirli bilinərək inzibati həbs olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri, tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarına əsasən, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqmda protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 510.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə yuxarıda göstərilən halları sadalayır və hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməlidir, lakin hansı səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 50 manat məbləğində cərimə etməsini əsaslandırmır. Qeyd etmək lazımdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-nin 32-ci maddəsində göstərilən yüngülləşdirən hallar mövcud deyil. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməldən peşman deyil, dəymiş ziyan ödənilməyib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli hesab etmir, qeyd olunan hallar ona dəlalət edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs islah olunması üçün daha ciddi cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2004-cü il tarixli * saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür”. Məhkəmə qərar qəbul edərkən və cəza təyin edərkən ən azı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilən xüsusatlara qiymət verməlidir. Bundan sonra məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İnzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Lakin, protokolda xətanın mahiyyəti açıqlanmamış, şəxsin kimin, yəni hansı polis işçisinin qanuni tələblərinə tabe olmaması, onun qanuni tələblərə tabe olmaması kimi hərəkətlərinin nədə ifadə olunması, o cümlədən, xəta nəticəsində kimin zərər çəkməsi göstərilməmişdir. Məhkəmə iclasında da protokol tərtib etmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis işçisinin qanuni tələblərinə tabe olmamasının onun konkret olaraq hansı hərəkətlərində ifadə olunmasını əsaslandıra bilməmişdir. Qeyd olunan məsələ ilə bağlı bildirmək lazımdır ki, iş materialına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin polis sahə inspektoru, X3 tərəfindən tərtib edilmiş raporta diqqət yetirilsə məlum olar ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə dəvət olunan zaman polisin qanuni tələbinə tabe olmayaraq özünün şəxsiyyətini təsdiq edən sənədləri təqdim etməmiş, mübahisə etməyə davat etmiş və bununla da polisin iş rejimini pozmuşdur. Yəni konkret olaraq hansı hərəkətlər, hansı qanuni tələbə tabe olmamaq və hansı polis əməkdaşına tabe olmamağı göstərilmişdir. Təqdim olunmuş və iş materiallarına əlavə edilmiş qeyd olunan raporta qiymət verilsəydi məhkəməyə aydın olardı hansı səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının IXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bundan başqa, qeyd etmək lazımdır ki, qeyd olunan hadisə ilə bağlı həm Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, həm də X2 barəsində IXM-nin 510.1, 521 və 535-ci maddələri ilə protokol tərtib edilmişdir. Hər iki şəxsin işinə məhkəmədə eyni hakim baxmış, lakin X2 həmin maddələrlə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə 50 manat məbləğində cərimə edilmişdir. Hansı meyarlara görə məhkəmə birinə ağır, digər şəxsə yüngül cəza təyin etməsi məlum deyil. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş İslamov Nicat Oruc oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində Post-patrul xidməti bölüyünün tağım komandiri vəzifəsində işləyir. ## ###### 2026-cı il tarixdə saat 03:30 radələrində ünvan 1 ünvanının qarşısında xidmət apararkən səs-küy eşitmiş, yaxınlaşdıqda orada yüksək səslə danışıldığını və qeyri-etik ifadələr işlədildiyini görmüş, intizama dəvət etmişdir. Daha sonra digər şəxsi idarəyə aparılmaq üçün post-patrul xidməti avtomobilinə dəvət etsə də, o, tabesizlik göstərmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da mane olmuş və tabe olmamışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. O, İslamov Nicat Oruc oğlu ilə ünvan 1 ünvanının qarşısında xidmət apardıqları zaman səs-küy eşitmişlər, yaxınlaşdıqda digər bir şəxsin yüksək səslə nalayiq ifadələr işlətdiklərini görmüşlər. Onları nizam-intizama dəvət etdikdə və polis idarəsinə dəvət etdiklərində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və digər şəxs tabesizlik göstərmişlər. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi X5 şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmiş şikayətin təmin olunmamasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv olunmalı və iş üzrə yeni qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının mübahisəsi ilə bağlı qeyd edir ki, iş materialları və məhkəmədə tədqiq olunaraq araşdırılmış mümkün sübutların məcmusu ilə müqayisədə şikayətin dəlilləri Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə bağlı hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış sənədləri, aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə bağlı olan hissədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə və inzibati xəta haqqında iş üzrə icraat materiallarına münasibətdə qeyd edir ki, Nəsirov Səlim Nofəl oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə əsaslar yoxdur. İnzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə həmin hissədə gəldiyi nəticələri iş materiallarına və onun faktiki hallarına uyğun hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan məlumatlara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Nəsirov Səlim Nofəl oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırma materialları, izahatlarla, inzibati xəta haqqında protokolla və digər sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinin tələbinə görə, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta faktının Nəsirov Səlim Nofəl oğluna münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı protokol həmin hissədə əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Nəsirov Səlim Nofəl oğlunun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Apellyasiya instansiyası məhkəməsi Nəsirov Səlim Nofəl oğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, törətdiyi xətanın xarakterini, əmlak vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Nəsirov Səlim Nofəl oğluna törətdiyi xətanı nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş minimum həddə cərimə tənbeh tədbirini təyin etməklə tənbehin məqsədlərinə nail olmağı mümkün sayır. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara və qanunvericiliyin tələblərinə əsasən, şikayət qismən təmin edilməli, inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv olunmalı və Nəsirov Səlim Nofəl oğlu Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək tənbeh edilməlidir. İnzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 43.1-ci maddəsinin tələbinə görə, həmin maddə ilə inzibati tənbeh tətbiq etmək səlahiyyəti rayon (şəhər) məhkəməsinin deyil, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALİR: Şikayət qismən təmin edilsin. İnzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv olunsun. Nəsirov Səlim Nofəl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, 200 (iki yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Qərar qətidir, ondan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar