Məhkəmə qərarları › İş №3(3-6)-2671/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2671/2026

18.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2671/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Icra Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Bakı şəhəri Nəsimi Rayon Icra Şöbəsinin icra məmuru X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Zəngilan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün material Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Materialı nəzərdən keçirib hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə materiala Zəngilan Rayon Məhkəməsində baxılmalıdır. Inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli icra sənədinə əsasən ondan 6065 manat pul vəsaitinin tutulularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə icra sənədində nəzərdə tutulmuş tələbi icra etməmiş və bununla əlaqədar IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. IXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli Qərarına əsasən, inzibati xəta hərəkətsizlik formasında törədildikdə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin icra edilməli olduğu yer hesab olunur. Hazırkı iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isnad edilən əməl icra sənədində nəzərdə tutulmuş pul tələbinin icra edilməməsindən ibarət olmaqla hərəkətsizlik formasında törədilmiş inzibati xətadır. Bu səbəbdən, inzibati xətanın törədildiyi yer müəyyən edilərkən öhdəliyin icra edilməli olduğu yer əsas götürülməlidir. Qeyd olunmalıdır ki, icra sənədinin Bakı şəhəri Nəsimi Rayon Icra Şöbəsinin icraatına verilməsi Zəngilan Rayon Icra və Probasiya Şöbəsinin funksiyalarının həmin şöbə tərəfindən həyata keçirilməsi ilə əlaqədar olmuşdur. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya əmlakının olduğu yerdə həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Elektron Məhkəmə” Informasiya Sistemi vasitəsilə əldə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşayış yerinin Zəngilan rayonu ərazisində olması nəzərə alınmaqla, icra sənədində nəzərdə tutulmuş öhdəliyin icra yeri Zəngilan rayonu ərazisi hesab olunur. Bu baxımdan, hazırkı inzibati xəta haqqında materiala Zəngilan Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar