Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2674/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə,, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ/seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlərin geri qaytarılması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərardadından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ/ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərardadı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ/ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərardadın ləğv edilməsini və inzibati xəta haqqında tərəfimdən verilmiş şikayətə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edəsiniz xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, , tərəfimdən heç bir prosesual müddət ötürülməmişdir. İnzibati xəta haqqında qərarı və protokolu rəsmi surətdə ##.##.2026-cı il tarixdə amışam. Hesab edirəm ki, qanunvericilikdə nəzərdə tutulmuş müddət çərçivəsində şikayətimi məhkəməyə təqdim etmişəm. Müddətin başlanğıcı da protokol və qərarı rəsmi surətdə aldığım tarixdən hesablanmalıdır. Mülki-Prosessual Məcəlləsinin 268.1 -ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2007-ci il tarixli qərarı əsasında müəyyən edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) bildirdi ki, ona cərimə gəlməmişdir. Ona SMS gəlməmişdir. Dövlət Polis İdarəsinə müraciət etmişlər, qərarı alandan sonra 10 gün müddətinə verilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ/seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlərin geri qaytarılması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- ****/**** nömrəli qərardadı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərar ## #### 2026-cı il tarixdə qəbul olunmuş, həmin qərardan şikayət vermə müddəti şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən buraxılmış, həmçinin sonuncu tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Odur ki, göstərilənlərə əsasən hesab edirəm ki, birinci instansiya məhkəməsi hakiminin “şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026cı il tarixli EQ/seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlərin geri qaytarılması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərardadı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun, qanuni və əsaslıdır, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas deyil və hazırda işə baxılarkən də belə bir əsas müəyyən edilmədiyindən şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda izah edir ki, şikayəti vermə müddətini üzrlü səbəbdən ötürmüşdürsə, buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edə bilərlər. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L İ R: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ/seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlərin geri qaytarılması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2674/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2674/2026
28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver