Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2675/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, X3 Oruc qızının katibliyi Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ/ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin geri qaytarılmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ/ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) oğlu apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisələndirilən qərar ## #### 2026-cı il tarixdə qəbul olunmuş, həmin qərardan şikayət vermə müddəti şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən buraxılmış, həmçinin sonuncu tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Belə ki, İXM-in: 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, göstərilənlərə əsasən hesab edirəm ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ/ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin geri qaytarılmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim: Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-2675/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2675/2026
24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver