Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2676/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) oğlunun iştirakları ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ/ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) oğlu apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadın ləğv edilməsini və şikayətə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, tərəfindən heç bir prosesual müddət ötürülməmişdir. İnzibati xəta haqqında qərarı və protokolu rəsmi surətdə ## #### 2026-cı il tarixdə amışdır. Hesab etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş müddət çərçivəsində şikayətini məhkəməyə təqdim etmişdir. Müddətin başlanğıcı da protokol və qərarı rəsmi surətdə aldığı tarixdən hesablanmalıdır. Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məhkəmə iclaslasında iştirak etmiş Qərardan şikayət verən orqan (şəxs) oğlu apellyasiya şikayətinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul2026-cı il tarixli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərar ## #### 2026-cı il tarixdə qəbul olunmuş, həmin qərardan şikayət vermə müddəti şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən buraxılmış, həmçinin sonuncu tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Məhkəmə eyni zamanda izah edir ki, şikayəti vermə müddətini üzrlü səbəbdən ötürmüşdürsə, buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Qərardan şikayət verən orqan (şəxs) oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2676/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2676/2026
25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver