Məhkəmə qərarları › İş №3(3-6)-2679/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2679/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2679/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 01 ay müddət müəyyən edilməklə şərti olaraq 2.000 manat məbləğində cərimə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 01 ay müddət müəyyən edilməklə şərti olaraq 1.000 manat məbləğində cərimə edilmələrinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı və ## #### 2026-cı il tarixli, MN ******* saylı protokollardan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim R.B.Cavadzadə) ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 01 ay müddət müəyyən edilməklə şərti olaraq 2.000 manat məbləğində, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 01 ay müddət müəyyən edilməklə şərti olaraq 1.000 manat məbləğində cərimə edilmişlər. Qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 apellyasiya şikayəti verərək, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə sənədlər təqdim edilərək hazırki işə aidiyyətləri olmamasına və buna dair prokurorluqda icraat olduğunu bildirsələr də məhkəmə buna əhəmiyyət verməyərək inzibati qərar qəbul etmişdir. Bir idarə sənəd tələb edir, hələ sənəd toplayır, barəsində inzibati qərar qəbul olunur, digər hakim isə barələrində inzibati tədbir görülməsi üçün hazırda araşdırma aparır. Belə gedişlə görsənir ki, bir inzibati işə görə iki dəfə cərimə edəcəklər, sonra da deyəcəklər ver məhkəməyə. İznibati orqanlar görməli olduqları işi görməyərək məhkəməyə əlavə prosessual yükləmələr etməklə məşğuldur. Hesab edirlər ki, hazırda Yasamal Rayon Məhkəməsinin icraatında *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli iş üzrə eyni şəxslə əlaqədar Xızı rayon prokurorluğunun qərarına əsasən İXM-nin 192 maddəsi ilə təsdbir görülməsi üçün inzibati iş olduğundan DƏMX-nin sənəd toplayıb məhkəmənin əlavə vaxtını almasına zərurət yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və vəzifəli şəxsinin iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslı hesab edir. Belə ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmələri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən aparılmış araşdırma materialları və inzibati xəta haqqında iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş icraat materialları ilə tam təsdiq olunmuşdur. Şikayətin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin, 2-3.4-cü bəndinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda və həmin Maddənin 2-3.5-ci bəndinə əsasən, tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarının mübahisəsi ilə bağlı şikayətdə qeyd olunan dəlillər, iş materialları və məhkəmədə tədqiq olunmuş mümkün sübutların məcmusu, habelə Əmək Qanunvericiliyinin tələbləri ilə müqayisədə tam şəkildə təkzib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya qaydasında aparılmış araşdırmanın nəticəsinə əsasən, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barələrində tənbeh tədbirinin tətbiq edilməsini düzgün müəyyənləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Odur ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayətin dəlillərinin iş materialları ilə təkzib olunduğunu və inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi «YB Group» MMC və vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barələrində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin həddini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 01 ay müddət müəyyən edilməklə şərti olaraq 2.000 manat məbləğində cərimə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMCnin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 01 ay müddət müəyyən edilməklə şərti olaraq 1.000 manat məbləğində cərimə ilə tənbeh edilmələri haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 01 ay müddət müəyyən edilməklə şərti olaraq 2.000 manat məbləğində cərimə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib 01 ay müddət müəyyən edilməklə şərti olaraq 1.000 manat məbləğində cərimə ilə tənbeh edilmələri haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar