Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2681/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (bundan sonra – səlahiyyətli orqan) tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 333.1-ci maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarix, saat 05:00-da “Hyundai Santa fe minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində sərxoş vəziyyətdə idarə etməsinin müəyyən edildiyi göstərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim İbrahimova Aytəkin Nazim qızı) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə tibbi müayinə düzgün aparılmamış, müayinə zamanı ondan yalnız alkotesterə üfürməsi tələb edilmişdir. Alkotesterin nəticəsi barədə müvafiq sənəd və tibbi rəyin surəti ona təqdim olunmamışdır. Tibbi müayinə aktında, həmçinin onun şəxsiyyət və sürücülük vəsiqələrinin nömrəsi ilə bağlı uyğunsuzluqlar həmin sənədin mötəbərliliyini sual altına alır. Birinci instansiya məhkəməsinə təqdim edilən videogörüntülər hadisənin bütün təfərrüatlarını və müayinə mərhələsini tam əhatə etmir. Bundan başqa, alkotester cihazının identifikasiya məlumatları, həmin cihazın yoxlamadan keçməsini təsdiq edən sənədlər də ona təqdim edilməmişdir. Tibbi müayinə aktının 05:05-də tərtib edilməsinə baxmayaraq, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokolun 05:00-da tərtib edilməsindən ibarət xronoloji uyğunsuzluq da mövcuddur. Göstərdiklərinə əsasən o, birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. - 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını, yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda, şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXMin 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, iş materiallarında olan ## #### 2026cı il tarixli, */**** nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı əsasında ## #### 2026cı il tarix, saat 05:05-də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tibbi müayinə zamanı alkoqolun miqdarının 0,608% olmasının aşkar edilməsini, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş üzrə barəsində tərtib edilmiş protokolda göstərilmiş, Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini haqlı olaraq müəyyən etmiş, ona inzibati cərimə tənbeh tədbirini Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin sanksiyası həddində tətbiq etmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2681/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2681/2026
28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver