Məhkəmə qərarları › İş №3(3-6)-2684/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2684/2026

18.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2684/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun, məhkəmə iclas katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ###### 1984-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Hacıqabul rayonu, Qızılburun Ə/D, Qızılburun kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 33-cü Polis Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Ünsüyyət Mirzəyeva) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi, inzibati həbsdə saxlamanın əvvəlinin ## ###### 2026-cı il tarixdən saat 19:00-dan hesablanması, qərarın icrasının Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, qərarla razı olmadığını göstərib köməklik göstərilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış etmiş, məhkəmədən şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 33-cü Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 33-cü X4 Ru X1 tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 18:20-də Suraxanı rayonu, Zığ qəsəbəsi, vərəm dispanserinin qarşısında küçədə nəlayiq söyüşlər söymüş və polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 33-cü Polis Şöbəsinin sahə rəisi, R Azər Nəsirov tərəfindən tərtib olunan ##.##.2026-cı il tarixli raportdan görünür ki, ## ###### 2026-cı il tarixdə saat 18:20-də inzibati ərazidə xidmət apararkən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, vərəm dispanserinin qarşısında 1 nəfər qadın yolun kənarında mobil telefonla ucadan danışaraq küçədə nəlayiq söyüşlər söydüyünü görüb həmin şəxsə yaxınlaşmış, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd soruşduqda həmin qadın onunla küçədə mübahisə edərək heç bir sənəd təqdim etməmiş və ordan qaçmağa başlamışdır. Qadının arxası ilə qaçaraq onu saxlamış və onu Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 33-cü Polis Şöbəsinə gətirmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin qadın ## ###### 1984-cü il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Fət qızı küçədə ictimai yerdə nəlayiq söyüşlər söydüyünə görə və polis əməkdaşının və hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmadığına görə onun barəsində tədbir görülməsi üçün aidiyyəti əməkdaşa həvalə edilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Inzibati qaydada tutma haqqında ## ###### 2026-cı il tarixli, AZA ****** saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, ## ###### 2026-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşı Azər müəllim onu şöbəyə çağırmış və Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin Müvəqqəti Saxlama Yerinə aparıb iki gün orda saxlamışlar. Bildirmişdir ki, ictimai yerdə söyüş söyməmiş, polis əməkdaşına tabesizlik göstərməmiş və iş materiallarında yazılanlar yalandır. Barəsində olan işə ədalətli baxılaraq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 33-cü Polis Şöbəsinin sahə rəisi, R X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə saat 18:20-də Suraxanı rayonu, Zığ qəsəbəsi, vərəm dispanserinin qarşısında küçədə nəlayiq söyüşlər söymüş, onun qanuni tələbinə qəsdən tabe olmadığı üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şöbəyə aparmışdır. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə iş gedir və axtarışdadır. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş üzrə toplanmış sübutların məcmusu ilə tam təsdiq edilir. Birinci instansiya məhkəməsi inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1ci maddələri ilə düzgün tövsif etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; - 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsluiyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin II hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Məhkəmə iş üzrə sübutları araşdıraraq, şikayətin dəlillərini digər sübutlarla qarşılıqlı tədqiq edərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetmişdir. Hesab edilir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxsin inzibati xəta törədilməsində təqsiri məhkəmə iclasında dindirilmiş polis əməkdaşının ifadəsi, iş materiallarında olan raportun məzmunu, inzibati xəta haqqında protokol ilə təsdiqlənmişdir. Həmin sübutlar təsdiqini tapmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs küçədə ictimai yerdə nəlayiq söyüşlər söydüyünə görə və polis əməkdaşının və hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şikayətin dəlillərindən görünür ki, şəxs özünü təqsirli bilmir. Lakin məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir. Belə ki, onun izahatı iş üzrə digər sübutlarla, polis əməkdaşının ifadələri, işin materialları ilə təkzib olunur. Ona görə məhkəmə şikayətin dəlillərinə tənqidi yanaşır və məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Inzibati xəta tərkibinin əlamətlərinin şəxsin əməlində olması iş materialları ilə sübuta yetirilmişdir. Şikayətin dəlilləri əsassızdır. Bundan başqa məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh təyin edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 6, 9, 32, 33 və 34.3-cü maddələrinin tələblərinə əməl etməklə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, yüngülləşdirən və ağırlaşdıran halların olmamasını düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli inzibati tənbeh təyin etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar