Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2686/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində 60 gün müddətinə inzibati həbs olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etdiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən ## ###### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə Xəzər Rayon Polis İdarəsinin yaxınlığında ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatında Baş Polis İdarəsinin Hava Nəqliyyatı tərəfindən ## ###### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinin tələbinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 gün müddətinə inzibati həbs edilmişdir. Həbsetmənin əvvəli ## ###### 2026-cı il tarixdən hesablanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək məhkəmənin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1 -ci maddələri ilə təqsirli bilinərərk 60 gün müddətinə həbs edilməsi qərarı ilə razı deyil. Ona kömək edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil apellyasiya şikayətinin məzumununa uyğun çıxış edərək özünü təqsirli bilmədiyini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq polis idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə inspektoru, R İbrahimov Rəhman Rauf oğlu tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli MN seriyalı ******* saylı saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. -Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin, polis sahə inspektoru, R İbrahimov Rəhman Rauf oğlu tərəfindən tərtib edilmiş ## ###### 2026- cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. -Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş ## ###### 2026-cı il tarixli MN seriyalı ******* saylı və ## ###### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar əsasında ## ###### 2026-cı il tarixli MN seriyalı ******* saylı qərardad qəbul edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin ## ###### 2026-cı il tarixli nömrəli rəyə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkomaniya xəstəliyi aşkar olunur və narkomaniyadan məcburi mülaicəyə ehtiyacı vardır. -inzibati qaydada tutma haqqında ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə tutulmuşdur. Birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini, ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab etmişdir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin Qanunun ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. Həmin Qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə iş materiallarını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İnizbati Xətalar Məcəlləsinin 206, 535.1 və 510.1-cu maddələrində nəzərdə tutulan inzibati xətanın tərkib elementləri mövcuddur və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar vardır. Apellyasiya şikayətinin dəllilərində isə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı inzibati iş üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati təhbeh təyin edilərkən qanuni və ədalətli inzibati təhbeh təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh verilməsi haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməklə tərtib edilərək qəbul edilmişdir, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı isə şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq qərara a l ı r a m: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində 60 gün müddətinə inzibati həbs olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2686/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2686/2026
19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver