Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2689/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X8 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-nin (bundan sonra - “xxxx” MMC) nümayəndəsi X3 iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi (bundan sonra - səlahiyyətli orqan) “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 539.3-cü maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə tərtib olunan ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X1) “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmamasına görə iş üzrə icraata xitam verilmişdir. Həmin məhkəmə qərarından səlahiyyətli orqan şikayət verib, onun ləğv edilməsi və tərtib etdiyi ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, səlahiyyətli orqan X9 müraciəti əsasında araşdırma aparması ilə əlaqədar “xxxx” MMC-yə göndərdiyi ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubda qeyd etdiyi sənədlərin 7 iş günü müddətində təqdim edilməsini xahiş etmiş, həmin Cəmiyyət bu məktubda göstərilən sənədləri tam təqdim etməmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X8 şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq göstərmişdir ki, iş üzrə “xxxx” MMC səlahiyyətli orqana sorğusu ilə əlaqədar bəzi sənədləri ## #### 2026-cı il tarixdə müvafiq əməkdaşa qəbzə imza etdirməklə təqdim etmişdir. Səlahiyyətli orqan həmin Cəmiyyətin barəsində inzibati xəta haqqında protokolu sorğuda göstərilmiş sənədləri tam təqdim etməməsinə görə tərtib etmişdir. “xxxx” MMC-nin nümayəndəsi X3 orqanın şikayətinə yazılı etiraz təqdim edib, apellyasiya məhkəməsi iclasında etirazın məzmununa uyğun izahat verərək göstərmişdir ki, səlahiyyətli orqanın iş materiallarına əlavə edilmiş, mübahisələndirmədiyi rəsmi qəbul qəbzinin mövcud olmasına baxmayaraq, ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etməsi qanunsuz və əsassızdır. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş üzrə səlahiyyətli orqan inzibati xəta haqqında protokolu birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayətin dəlilində göstərdiyi hal üzrə tərtib etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən, haqlı olaraq “xxxx” MMC-nin iş materiallarında olan ## #### 2026-cı il tarixli qəbzin surəti və səlahiyyətli orqanın nümayəndəsinin bu qəbzin həqiqiliyini mübahisələndirməməsi əsasında səlahiyyətli orqana ## ###### 2026-cı il tarixli sorğusu əsasında tələb etdiyi sənədləri tam şəkildə təqdim etməsinin müəyyən edilməsinə, bunun əksinin isə səlahiyyətli orqan tərəfindən sübut edilməməsinə, beləliklə də, iş üzrə “xxxx” MMCnin Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı təqsirliliyinin sübuta yetirilməməsinə əsaslanmışdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslı, səlahiyyətli orqanın verdiyi şikayət əsassızdır. Buna görə də səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2689/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2689/2026
28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver