Məhkəmə qərarları › İş №3(3-6)-2693/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2693/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2693/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2, Məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi nümayəndə3 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələri ilə tənbeh edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun onun barəsində olan İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında qərardan şikayət ərizəsi daxil olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələri ilə tənbeh edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2ci maddələri ilə tənbeh edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın qüvvəsində saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün apanlmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Məhkəmənin inzibati xətanın törədilməsində təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı qənaəti qanunaziddir. Məhkəmə baxışında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi nümayəndə3 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Şikayətlə əlaqədar proses iştirakçısının izahatını dinləyib, inzibati işin materiallarını araşdırıb məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələri ilə tənbeh edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır.. ##.##.2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu tərəfindən İXM-nin 327.7, 327.2-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu ##.##.2026-cı il tarix saat 16:30-da “DAEWOO MATİZ” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir.3cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 327.7-ci maddəsinə əsasən, Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327- 1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9- cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Məhkəmə iş materiallarını araşdırıb hadisə yerinin videogörüntüsünə baxış keçirərək müəyyən edir ki, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələri ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. – 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qəbul edilir. -135.1.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasıdır.. Həmin Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bundan başqa, məhkəmə şəxsin törədilmiş inzibati xətada təqsirinin olmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutaraq QƏRARA ALINDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələri ilə tənbeh edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qalan hisslərdə dəyişdirilmədən saxlanılsın Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar