Məhkəmə qərarları › İş №3(3-6)-2694/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2694/2026

25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2694/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının iştirakları ilə, «xxxx» MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq Müəyyən etdim: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən daxil olmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «xxxx» MMC ## ######## 2025-ci ildə qeydiyyatdan keçmiş, nizamnamə kapitalı ## ######## 2025-ci il tarixində ödənməsinə baxmayaraq, bu barədə məlumat 5 iş günü ərzində deyil, ## #### 2026-cı ildə təqdim edilmişdir. Bununla da hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə «xxxx» MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. Qərardan narazı qalan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinin rəisi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və qeydiyyat orqanı tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol təmin edilərək «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin qərarı qanunvericiliyə zidd olduğu üçün ləğv edilməlidir. Belə ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ## ######## 2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin qeydiyyat zamanı təsdiq edilmiş nizamnaməsinin 2.3-cü maddəsinə əsasən, cəmiyyətin nizamnamə kapitalı cəmiyyət dövlət qeydiyyatına alındıqdan sonra üç ay ərzində təsisçilər tərəfindən ödənilməlidir. Bildirmişdirlər ki, "xxxx” ASC-nin ## #### 2026cı il tarixli arayışından görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X1 tərəfindən ## ######## 2025-ci il tarixdə «xxxx» MMC-nin bank hesabına nizamnamə kapitalı üçün 100 manat vəsait ödənilmişdir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsi tərəfindən arayış araşdırılaraq, aşkar olunmuşdur ki, təsisçi tərəfindən nizamnamə kapitalı cəmiyyətin qeydiyyat tarixindən 3 ay müddət ərzində ödənilsə də, bu barədə məlumat 5 iş günü ərzində qeydiyyat orqanına təqdim edilməmişdir. Nəticədə Cəmiyyət tərəfindən İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və qeydiyyat orqanı tərəfindən ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə həmçinin qərarda qeyd etmişdir ki, «xxxx» MMC tərəfindən nizamnamə kapitalının tam olaraq ödənilibödənilməməsi xüsusatı səlahiyyətli orqan tərəfindən ən geci ## ###### 2025-ci il tarixdən əsassız gecikməyə yol verilmədən yoxlanmalı idi. Bu zaman da MMC tərəfindən nizamnamə kapitalının ## ######## 2025-ci il tarixdə tam olaraq ödənilmiş olması səlahiyyətli orqan tərəfindən müəyyən ediləcəkdi ki, artıq bununla əlaqədar hüquqi şəxs tərəfindən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 5.8-ci maddəsinin tələblərinə riayət edilib- edilməməsi faktı tamamilə ödənilmiş nizamnamə kapitalı barədə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilib-verilməməsi, bununla da İnzibati Xətalar Məcəlləsinin 405- 1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisənin baş verib-verməməsi zamanında müəyyən ediləcəkdi. Bununla əlaqədar bildirilməsini zəruri hesab etmişdirlər ki, hüquqi şəxsin təsisçiləri tərəfindən nizamnamə kapitalının ödənildiyini təsdiq edən sənədlər hüquqi şəxsin bank hesabına nizamnamə kapitalını təşkil edən məbləğin mədaxil olunduğunu göstərən bank qəbzi və ya həmin məbləğin hüquqi şəxsin kassasına mədaxil olunduğunu sübut edən və ciddi hesabat blankı hesab edilən hüquqi şəxsə məxsus kassa-mədaxil orderi ola bilər. Hüquqi şəxsin təsisçiləri tərəfindən nizamnamə kapitalının ödənildiyini təsdiq edən sənədlər Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinə təqdim edilmədiyi halda nizamnamə kapitalının həqiqətən qanunvericiliklə və hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilmiş müddət ərzində ödənilmədiyi faktını aşkar etmək mümkün deyildir. Məhkəmə baxış iclasında qanunvericiliyə uyğun qaydada məlumatlandırılmış tərəflər iştirak etmədiyindən məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümükün hesab etdi. İşin halları və hüquqi məslələr: Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, hüquqi şəxs dövlət qeydiyyatına alınmış, dövlət qeydiyyat nömrəsi (VÖEN) **********-dir. Cəmiyyətin hüquqi ünvanı AZ1008, ünvan 1 olmaqla, elan edilmiş nizamnamə kapitalı 100 (yüz) manat təşkil edir. - “xxxx” ASC-dən təqdim edilmiş ## #### 2026-cı il tarixli hesabdan çıxarışdan görünür ki «xxxx» MMC-nin bank hesabına ## ######## 2025-ci il tarixdə 100 (yüz) manat məbləğində vəsait daxil olmuş, həmin tarixdə hesabdan 24 (iyirmi dörd) manat məbləğində vəsait çıxılmış , nəticədə hesab üzrə son qalıq 76 (yetmiş altı) manat təşkil etmişdir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən təqdim edilmiş ## ######## 2025-ci il tarixli hüquqi şəxsin dövlət qeydiyyatı haqqında çıxarışdan görünür ki, «xxxx» MMC ## ######## 2025-ci il tarixdə dövlət qeydiyyatına alınmış, dövlət qeydiyyat nömrəsi (VÖEN) **********dir. Cəmiyyətin qanuni təmsilçisi Nümayəndədur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş materialları, o cümlədən Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək iş üzrə məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, hazırkı işin hallarından müəyyən edildiyi kimi nizamnamə kapitalı “xxxx” MMC tərəfindən 29 sentyabr 2025-ci il tarixdə tam olaraq ödənmiş, hüquqi şəxsin bu barədə səlahiyyətli orqana 5 iş günü ərzində məlumat verməsi qanunla nəzərdə tutulmuşdur. Müvafiq hərəkətlərin edilməsi üçün müəyyən edilmiş müddətin bitdiyi gün – 06 oktaybr 2025ci il tarixdən sonrakı gün artıq İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi üçün son tarix ## ###### 2026-ci il tarixə təsadüf edir. Lakin, protokol səlahiyyətli orqan tərəfindən bundan beş ay müddət keçdikdən sonra – ## #### 2026-cı il tarixdə tərtib edilərək məhkəməyə göndərilmişdir. Belə olan halda inzibati tənbeh tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində müəyyən edilmiş müddət artıq başa çatmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, iş materiallarına ilə «xxxx» MMC-nin İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə təqsirli olması iş materialları öz təsdiqini tapsa da, səlahiyyətli orqan tərəfindən uzun müddət keçdikdən sonra protokol tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən əsasən məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 5.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilən müddət ərzində tamamilə ödənilmiş nizamnamə kapitalı barədə 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 405-1.2-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə - vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq, Qərara alıram: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. «xxxx» MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz. Sədrlik edən Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar