Məhkəmə qərarları › İş №3(3-6)-2696/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2696/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2696/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi – nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi – X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təsqirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Protokolu tərtib edən orqan tərəfındən tərtib olunmuş ## #### 2026-cı il tarixli EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 48.500,00 Avro məbləğində vəsait bank vasitəsilə ## #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 48.500,00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib olunmuş ## #### 2026-cı il tarixli EP ******* saylı inzibati xəta haqqından protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.A.Əsədova) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 48.500,00 Avro valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında – 9.700 Avro (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Belə ki, ##/##/2023 SAYLI ##.##.2023-cü il tarixli CONTRACT və ** saylı ##.##.2024-cü il tarixli İNVOİCE əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Ralados plyus (BELARUS RESPUBLİKAS-ı)na satdığı ehtiyyat hissələrin 67.770,40 EURO Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin xxxx EURO hesabına ödənişidir. xxxx 2024-cü il ##.##.2024-cü il ##.##.2024 cü il tarixinə olan çıxarışında ##.##.2024-cü il daxil olan 67.770,40 EURO Ralados plyus (BELARUS RESPUBLİKAS-ı)ndan sıra sayı 62-də qeyd edilib. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Ralados plyus (BELARUS RESPUBLİKASI)-na satılan ehtiyyat hissələrini, (İTALİYA) “ALFA SOLARE SPA”-nin 1082023 SAYLI ##.##.2023-cü il tarixli CONTRACT və ** saylı ##.##.2024-cü il tarixli İNVOİCE əsasən ümumi məbləğ 65.779,65 olan alınmışdır. 67.770,40 EURO məbləğindən (İTALİYA) “ALFA SOLARE SPA”ya qismən xxxx 2024-cü il ##.##.2024-cü il ##.##.2024-cü il tarixinə olan çıxarışında ##.##.2024-cü il tarixində 48.500 EURO köçürmüş və 76 sıra sayında qeydi aparılmışdır. (İTALİYA) “ALFA SOLARE SPA”-nin 1082023 SAYLI ##.##.2023-cü il tarixli CONTRACT və ** saylı ##.##.2024-cü il tarixli İNVOİCE əsasən ümumi 65.779,65 EURO məbləğdən qalan 17.279,65 EURO isə ##.##.2024-cü il tarixində 82 sıra sayında qeyd edilib. xxxxdan “ALFA SOLARE SPA”-ya ödənilən ##.##.2014cü il tarixində 48.500 EURO və qalığı ##.##.2024-cü il tarixində ödənilən 17.279,65 EURO Ralados plyus (BELARUS RESPUBLİKASI)-nın ##.##.2024-cü il tarixində ödədiyi 67.770.40 EURO aldığı ehtiyyat hissələrinin vəsaitidir. xxxx 2024-cü il ##.##.2024-cü il ##.##.2024-cü il tarixinə olan çıxarışında ##.##.2024-cü il daxil olan 67.770,40 EURO vəsaitin daxil olması ödəyənin adı 1/UNP192742235 olaraq sıra sayı 62-də qeyd edilib. 1/UNP192742235 (Ralados plyus LLC BELARUS RESPUBLİKASının qeydiyyat nömrəsidir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi X1 əlavə sənədlər təqdim etməklə, şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi nümayəndə1 şikayətin dəlilləri və əlavə təqdim olunmuş sənədlərlə müqayisədə, hüquqi şəxsin inzibati məsuliyyətinin istisna olunmadığını qeyd edərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. İşdə olan sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” ASC-də olan hesabdan 48.500,00 Avro məbləğində pul vəsaiti “ALFA SOLARE SPA”-nin müvafiq bankdakı olan hesabına köçürülmüş, Azərbaycan Respublikasının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin köçürülmüş vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən bank sənədlərini təqdim etmədiyi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində “müəyyən edilmiş müddətlərdə” anlayışı, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndində müəyyən edilmiş 2 (iki) il müddəti özündə ehtiva edir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin müəyyən etdiyi inzibati xəta, ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 48.500,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin banka təqdim edilmədiyi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılması üçün müəyyən edilmiş 2 (iki) illik müddətin ## #### 2026-cı il tarixdə başa çatması ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbinə əsasən, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndində nəzərdə tutulmuş konkret müddətin (iki ilin) ötürülməsi inzibati xəta faktının subyektə münasibətdə yaranması üçün şərtsiz əsasdır. Şikayətin dəlillərinə və əlavə təqdim edilmiş sənədlərə münasibətdə, hüquqi şəxsin qanunla müəyyən olunmuş qaydada inzibati məsuliyyətini və tənbeh olunmasını istisna edən hallar yoxdur. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstiusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüş 48.500,00 Avro məbləğində vəsait hesabına alınan malların idxal olunmasının fors-major hadisəsi ilə bağlı mümkün olmaması ilə bağlı hal müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rrespublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2024-cü il tarixli qərarında qeyd olunur ki, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi Mərkəzi Bankın İdarə Heyətinin 2016-cı il ## ###### tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən həyata keçirilən köçürmələr, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi öhdəliyi və bu öhdəliyin icrası ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələbləri nəzərə alınmışdır. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun sayır və qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli şəkildə təhlilinə, həmçinin maddi və prossesual hüquq normalarına əsasən, iş üzrə qanuni və əsaslı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, qanunvericiliyin tələblərini və işin həqiqi hallarını nəzərə alan apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olmaqla, təyin edilmiş inzibati tənbehin həddinə münasibətdə ədalətlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1.1ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 48.500,00 Avro valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında – 9.700 Avro məbləğində cərimə ilə tənbeh edilməsi və həmin məbləğin ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar