Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2701/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X3 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X8 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Şirvan X4nə göndərilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X8 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X8 MN ******* nömrəli, ## ###### 2026-ci il tarixli qərarı ilə barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə) törədilməsində təqsirli bilinərək, barəsində 1.000 (min) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün təyin olunması qərara alınmışdır. Sözügedən inzibati xəta haqqında qərar ilə razı deyil və bu qərar aşağıdakı əsaslarla tamamilə qanunsuz, əsassızdır və ləğv edilməlidir: Bildirir ki, MN ******* nömrəli qərarən mövzusunu təşkil etdiyi iddia olunan Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə inzibati xəta təşkil edən əməl mövcud olmamışdır. Belə ki. qərarın mövzusu olan vətəndaş şikayətləri üzrə daha əvvəlki tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Şirkətə müraciət daxil olmuş və tərəflərindən həmin müraciət üzrə tələb olunan sənədlər ## ###### 2026-cı il və ## #### 2026 tarixlərində həm email vasitəsi ilə demx elektron ünvan 1, elektron ünvan 2 ünvanlarına, həm də poçt vasitəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilmişdir və Bakı Şəhər idarəsi bu sənədləri məqbul hesab etmişdir. Beləliklə, göründüyü kimi tələb olunan sənədlər tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin daxili koordinasiyanın olmaması səbəbindən X8 həmin sənədlərin təqdim edilməməsini əsas gətirərək sözügedən inzibati xəta haqqında qərarı vermişdir. Halbuki, həmin sənədlər sözügedən orqana təqdim edilmiş və təsdiq alınmışdır. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X8 qəbul etdiyi MN ******* nömrəli ## ###### 2026-ci il tarixli qərar ona rəsmi qaydada təqdim edilməmişdir. O, bu qərardan yalnız ## ##### 2026-cı il tarixində, Şirkətə qarşı tərtib edilmiş inzibati xəta haqqında qərarla bağlı şirkət əməkdaşına göndərilmiş e-mail məktubunda sözügedən qərarın da qoşmada göndərilməsindən sonra xəbər tutmuşdur. Bu barədə ona heçbir SMS bildiriş də gəlməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X8 nümayəndələri tərəfindən onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında MN ******* nömrəli protokol, onun və yaxud müəssisənin səlahiyyətli şəxsinin iştirakı təmin edilmədən tərtib edilmişdir. Protokol tərtib ediləcəyi barədə ona nə fiziki, nə də sms bildiriş gəlməmişdir. Bundan başqa,, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X8, vəzifəli şəxs barəsində qərar qəbul etdiyi zaman, vəzifəli şəxsin iştirakı olmadan, araşdırma aparılmadan, akt tərtib edilmədən, törədilməyən əmələ görə vəzifəli şəxsi cərimə etmiş və nəticədə hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X8 nümayəndələri tərəfindən yazılmış hər hansı birtərəfli sənəd (akt, protokol) isə sadəcə olaraq onların qərəzli yanaşmaların məhsulu olmuşdur. Belə olan halda, həmin qanunsuz protokol və qərar etibarsız sayılmaqla, onlar əsasında şərti olaraq cərimələnmə qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. DƏMX X8 tərəfınfən isə bu vəzifələrə əməl edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Dövlət qeydiyyatına alındığı vaxtdan həmişə direktoru olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti şirkəti olaraq öz fəaliyyətini qanunvericiliyə uyğun həyata keçirməklə yanaşı sosial maraqların qorunması, işçilərin təminatı və təhlükəsiz əməyin təmin edilməsini prioritet tutaraq əmək münasibətlərini yüksək səviyyədə tənzimləyir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycanın ən hündür binası olan “Baku Tower” adlandırılan 277 metr hündürlüyə və mürəkkəb konstruktiv quruluşu malik olan 50 mərtəbəli X1 inşa etmiş, “X2” adlandırılan Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli inzibati binasının inşasını isə sıfırdan sonadək icra etmiş, hazırda Ağdam şəhərində * nömrəli yaşayış massivi, 1 və 2-ci, 5 və 6-cı və 7 və 8-ci məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərini yerinə yetirir. Bundan başqa da, müxlətif tikinti layihələrini beynəlxalq standartlara, tikinti norma və qaydalarına uyğun olaraq icra etmiş və müvəffəqiyyətlə təhvil vermişdir. Bundan başqa, qeyri-neft sektorunun inkişaf etdirilməsində, çoxlu sayda işçilər götürməklə əmək bazarında, iqtisadi və sosial inkişafında bir inşaat şirkəti kimi mühüm rolu vardır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X8 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Anar Ibadzadə) Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X8 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Şirvan X4nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və Xidmət tərəfindən vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdırıb, belə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət baxılmadan, inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının surəti ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin “Babayeva” soyadlı əməkdaşına xəbərnaməyə imza edilməklə təqdim edilmişdir. X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən isə şikayət ## ###### 2026-cı il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi üçün poçt rabitəsinə verilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi 10 (on) gün prosessual müddət ərzində şikayət verməmiş, prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Qanunun tələbinə görə inzibati xəta haqqında qərardan şikayət qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilməsi nəzərdə tutulduğundan qərardan şikayət vermə müddəti ötürülmüşdür. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə inzibati tənbeh verilməsi haqqında qərarından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını və buraxılmış müddətin bərpa edilmədən şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərildiyini nəzərə alaraq, şikayətə baxılmasını mümkün hesab etmir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən prosessual müddət ötürülməklə şikayət verildiyindən və müddətin bərpası barədə məhkəməyə müraciət edilmədiyindən, həmin şikayət inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə geri qaytarılmalı və X5 Xidmətinin Hüquq Idarəsinə şikayət vermə müddətinin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılmadan inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2701/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2701/2026
20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver