Məhkəmə qərarları › İş №3(3-6)-2702/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2702/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2702/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## ### 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 31220.25 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 6244.05 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25 may 26-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı tamamilə qanunsuz və əsassız olduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cı maddəsinə əsasən inzibati cərimənin təyin edilməsi haqqında məhkəmənin müvafiq qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hazırki iş üzrə nəzərinizə çatdırırıq ki, avans ödənişinin həyata keçirilməsinə əsas olan ## #### 2024-cü il tarixli “X1 Sistemleri Sanayii ve Ticaret A.Ş.” və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMc arasında imzalanmış Müqavilə ## ##### 2024-cü il tarixində 31.220.2 USD dəyərində avans qaydasında ödənilmiş vəsaitin müqabilində işlər faktiki olaraq yerinə yetirilmiş və mallar cəmiyyət tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət çərçivəsində təhvil alınmışdır. Bu hal tərəflər arasında imzalanmış təhvil-təslim aktı və mallara dair YGB ilə təsdiq olunur. Belə olan halda, sadəcə avans ödənişinin həyata keçirilməsi faktı özlüyündə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasına əsas olmadığından və cəmiyyətə münasibətdə qeyd olunan maddənin dispozisiyasında qeyd olunan şərtlər ödənilmədiyindən həmin maddə ilə cəmiyyət məsuliyyətə cəlb edilə bilməz. Həmçinin nəzərinizə çatdırırıq ki, müvafiq məlumatlar "xxxx” ASC-yə təqdim edilmiş və Bank tərəfindən təqdim edilən ## #### 2026-cı il tarixli arayışa əsasən, ## ##### 2024cü il tarixli 31,220.25 ABŞ dolları məbləğində qabaqcadan ödəniş üzrə müvafiq malların idxalı ## #### 2026-cı il tarixində AKT və ************** nömrəli yük gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Yeganə Təsisçisinin ## ####### 2025-ci il tarixli qərarı ilə cəmiyyətin dövlət qeydiyyatımı ləğv edilməsi üçün lazımi daxili prosedur qaydaların icrası, bu qərarla əlaqədar cəmiyyətin mövcud öhdəliklərinin yerinə yetirilməsi, işçilər tərəfindən təqdim edilən əmək müqaviləsinə xitam verilmə barədə ərizələrin, həmçinin digər prosessual məsələlərin icrasının təmin edilməsi müəyyən edilmişdir (bu şikayətə əlavə edilir). Beləliklə, ## ####### 2025-ci il tarixindən etibarən cəmiyyətin fəaliyyətinin dayandırılması və dövlət qeydiyyatının ləğvinə hazırlıq məqsədilə müvafiq daxili prosedurların həyata keçirilməsinə başlanılmış, o cümlədən cəmiyyətin işçiləri ilə bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Nəticədə, cəmiyyətin gündəlik inzibati, maliyyə və gömrük əməliyyatlarının həyata keçirilməsi, habelə həmin əməliyyatlar üzrə zəruri sənədlərin hazırlanması və aidiyyəti bank və dövlət orqanlarına təqdim edilməsi üçün məsul işçilərin cəmiyyətdə fəaliyyət göstərməməsi səbəbindən qeyd olunan proseslərin vaxtında və lazımi qaydada təmin edilməsi mümkün olmamışdır. Qeyd edilmişdir ki, sənədlərin banka vaxtında təqdim edilməməsi qanunvericiliklə müəyyən edilmiş valyuta nəzarəti tələblərindən yayınmaq məqsədi daşımamış, əksinə gecikmə cəmiyyətin fəaliyyətinin faktiki dayandırılması və onun dövlət qeydiyyatının ləğvinə dair prosedurların həyata keçirilməsi ilə əlaqədar yaranmış təşkilati və prosessual xarakterli obyektiv səbəblərdən irəli gəlmişdir. Bildiririk ki, qabaqcadan ödənilmiş valyuta vəsaiti üzrə müvafiq iqtisadi əməliyyat faktiki olaraq həyata keçirildiyindən və malların idxalı baş tutduğundan həmin əməliyyatı təsdiq edən gömrük bəyannaməsi sonradan banka təqdim edilə bilmişdir. Başqa sözlə, cəmiyyət tərəfindən qabaqcadan ödənilmiş 31.220.25 ABŞ dolları məbləğində vəsaitin qarşılığında malın idxal edilməməsi halı mövcud deyildir. Bundan əlavə, cəmiyyətin dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı prosedurların başladığı, əmək müqavilələrinə xitam verilməsi nəticəsində cəmiyyətin müvafiq əməliyyatlarını həyata keçirən işçilərinin fəaliyyətinin dayandırıldığı və bunun nəticəsində sənədlərin banka vaxtında təqdim edilməsinin faktiki olaraq mümkün olmadığı nəzərə alınmalıdır. Bu hallar cəmiyyətin valyuta nəzarəti qaydalarının tələblərindən yayınmaq niyyətinin olmadığını və yaranmış vəziyyətin qəsdən törədilmiş hərəkət və ya hərəkətsizlikdən deyil, obyektiv təşkilati və prosessual səbəblərdən irəli gəldiyini göstərir. Məhkəmə iclasında qanunvericiliyə uyğun şəkildə məlumatlandıırlmış tərəflər iştirak etmədiyindən sədrlik edən məhkəmə iclasının onların iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “xxxx” ASC-nin ## ##### 2026-cı il tarixli, PB/PBL-OUl-*****-**** saylı Protokolu tərtib edən orqan ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında “X2“ MMC göstərilmişdir. -02 aprel 2024-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, “X2“ MMC tərəfindən ## #### 2024-cü il tarixli müqavilə üzrə 31220.25 ABŞ dolları məbləğində vəsait ölkə xaricinə köçürülmüşdür. -Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 25 may 026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 31220.25 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ##### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 31220.25 ABŞ dolları məbləğində vəsait hesabına alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ##### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Apellyasiya mərhələsində təqdim edilmiş “xxxx” ASC-nin ## #### 2026-cı il tarixli arayışından görünür ki, 02 aprel 2024 tarixli 31.220.25 USD avans ödənişi ## #### 2026cı il tarixində AKT və ************** nömrəli yük gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Eyni zamanda Mərkəzi Bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq icraatınızda olan işlə bağlı təqdim edilmiş sənədlərlə müvafiq malların və xidmətlərin tamamlandığı öz təsdiqini tapdığından şikayətin təmin edilməsi və iş üzrə icraata xitam verilməsinə etiraz edilmədiyini bildirmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs köçürdüyü valyuta vəsaitinin qarşılığında malları qanunla müəyyən edilmiş müddətdə ölkə ərazisinə idxal etməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən işin faktiki halları tam, hər tərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Ona görə də göstərilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayəti təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Protokolu tərtib edən orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş 25 may 026cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar