Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2704/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarına əsasən (hakim Anar İbadzadə) şikayət qismən təmin edilmiş, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işin yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin qərarından narazı qalan Bakı şəhəri BPİ-nin X1 İdarəsinin rəisi apellyasiya qaydasında şikayət vermiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi X3 şikayətin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, X4 barəsində ##.##.2025-ci il tarixli, İXP ******* saylı inzibati protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İdarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. İş materiallarında xəbərnamə ilə çatdırılma və ya şəxsən səlahiyyətli şəxsə və ya orqanın nümayəndəsinə bildirişin çatdırılmasına dair hər hansı sənəd mövcud deyil. Göründüyü kimi hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. İş materiallarından görünür ki, ##.##.2026-cı ¡İ tarixdə Qərardan şikayət verən orqan (şəxs) “Mercedes-Benz C180” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarının pozulmasına görə saxlanılmış və barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol səlahiyyətli vəzifəli şəxs tərəfindən xidməti fəaliyyət çərçivəsində tərtib edilmiş rəsmi prosessual sənəddir. Məhkəmə isə protokolda əks etdirilmiş məlumatların digər iş materialları ilə qarşılıqlı əlaqədə qiymətləndirilməsini tam həyata keçirməmişdir. Protokolun mövcudluğu özlüyündə şəxsin təqsirinin avtomatik sübutu hesab edilməsə də, onun digər sübutlarla birlikdə qiymətləndirilməli olan prosessual sənəd olduğu nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi isə iş materiallarında olan sübutların məcmusunu tam araşdırmadan, əsasən ##.##.2026-cı iI tarixli qərarın məzmunundakı formal çatışmazlığa istinad etməklə inzibati tənbeh haqqında qərarı ləğv etmişdir. Məhkəmə tərəfindən yol hərəkəti qaydasının pozulmasının faktiki halları, inzibati xəta haqqında protokolun tərtib edilməsinin əsasları, inzibati xətanın törədilməsini təsdiq edən materiallar və həmin materialların bir-biri ilə əlaqəsi tam şəkildə araşdırılmamışdır. Bu baxımdan məhkəmənin “inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir” nəticəsi iş materiallarının tam qiymətləndirilməsinə əsaslanmır. İş materiallarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı iI tarixdə saat 12:45 radələrində yolayrıcını keçmə qaydasını pozması ilə bağlı protokol tərtib edilmişdir. Məhkəmə isə həmin pozuntunun baş verməsi ilə bağlı inzibati orqanın gəldiyi nəticəni təkzib edən konkret və mötəbər sübut müəyyən etməmişdir. Məhkəmə sübutları yalnız onların mövcudluğu baxımından deyil, həmçinin iş üzrə digər materiallarla qarşılıqlı əlaqədə qiymətləndirməli idi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, göstərmişdir ki, inzibati xətanın törədilməsi iddia olunan yerdə hər tərəfdə kameralar mövcud olmuşdur. Polis əməkdaşı onu saxlayaraq yol ayrıcı keçmə qayadalarını pozmasını iddia etmiş, lakin o, hər hansı bir qayda pozuntusu etmədiyini və digər istiqamətdən gələn maşınla onun arasında kifayət qədər məsafənin olmasını göstərmişdir. O, baş vermiş qanun pozuntusu ilə bağlı video və foto çəkiliş tələb etmiş, lakin bunların heç biri mövcud olmamışdır. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə, verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İXM-in 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsi qərara alınmış, lakin həmin qərarda inzibati tənbehin nədən ibarət olması qeyd edilməmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarında qeyd edilmişdir ki, ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarda inzibati tənbehin nədən ibarət olması qeyd olunmamış, qərar qanunvericiliyin tələbinə uyğun tərtib edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İXM-in 327.2 və 327.7-ci maddələri təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları nəzərə alaraq, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Apellyasiya məhkəməsi qeyd edir ki, inzibati xətanın baş verməsi, təkzib olunmaz və mötəbər sübutlarla öz təsdiqini tapmalıdır, əks halda bütün şübhələr barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin xeyrinə təvsir edilməlidir. Hazırki işin hallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair səlahiyyətli orqan tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, xüsusilə də törədilməsi iddia olunan inzibati xətaya dair xüsusi texniki vasitələrin göstəriciləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmamış və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarındakı sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, verilmiş şikayət təmin edilməməli və Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə göndərilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Bakı şəhər BPİ X1 İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2704/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2704/2026
28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver