Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2706/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X7 və qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 900 manat inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə qəbul etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilmiş, onun barəsində səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və həmin inzibati xətaya haqqında iş üzrə icraata xitam verilmişdir. X3 Xidmətinin hüquq idarəsi həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırmışdır ki, “xxxx” MMC-nin işçisi X4 ## ####### 2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı direktor Qərardan şikayət verən orqan (şəxs) tərəfindən iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X7 şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini, Qərardan şikayət verən orqan (şəxs) isə izahatında şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 199-cu maddəsində işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş üzrə səlahiyyətli orqan qəbul etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) araşdırma zamanı iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitini təmin etməməsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası İXM-in 199-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb etdiyini göstərsə də, sonuncunun törətdiyi həmin əməlin obyektiv cəhətinin konkret olaraq nədə ifadə edilməsini göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, "xxxx" MMC-nin gözətçisi X4 ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı və iş materiallarında olan digər sənədlər əsasında həmin hadisənin ## ####### 2025-ci il tarix, saat 23:50 radələrində X4 Nəsimi rayonu, Mərdanov Qardaşları 39 ünvanında yerləşən yaşayış binasının xidməti ərazisinə aid olmayan 1ci mərtəbəsində yerləşən, təmir işlərinin davam etdiyi obyektə daxil olması və obyektin girişindən təxminən 30 metr məsafədə obyektin döşəməsi ilə binanın qarajı arasındakı boşluqdan, təxminən 5 metr hündürlükdən qarajın beton səthli döşəməsinə yıxılması nəticəsində baş verməsi, beləliklə də həmin hadisə ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 199-cu maddəsi ilə inzibati məsuliyyətinin yaranmasına səbəb ola biləcək əlaqənin mövcud olmaması müəyyən edildiyinə görə birinci instansiya məhkəməsinin həmin hadisə ilə bağlı Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İXM-in 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də səlahiyyətli orqanın verdiyi şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2706/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2706/2026
28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver