Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2707/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri – nümayəndə2 və nümayəndə1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində olan Azərbaycan Respublikası IXM-nin 370-1.0.3-cü maddəsi ilə inzibati xəta haqqında işin aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadından Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 370-1.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 370-1.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndəriləsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi apellyasiya şikayəti verərək Bakı şəhər Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərardadının ləğv edilərək Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli MN 2518508 inzibati xəta haqqında protokolun baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri nümayəndə2 və nümayəndə1 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə araşdırıb, inzibati orqanın nümayəndələrinin çıxışlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti üzrə material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 370- 1.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər artıq baxılması üçün məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işin ərazi aidiyyəti üzrə göndərildiyi Gəncə Şəhər Məhkəməsi tərəfindən artıq icraata götürülməsi faktı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli aidiyyətə dair qərardadından verilmiş apellyasiya şikayətinin prosessual hüquqi predmetini aradan qaldırır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını təhlil edən apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarıdadından tərəfindən verilmiş apellyasiya şikayəti üzrə materialın baxılmadan birinci instansiya məhkəməsinə qaytarılması qənaətinə gəlir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 109-cu maddəsini tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində olan Azərbaycan Respublikası IXM-nin 370-1.0.3-cü maddəsi ilə inzibati xəta haqqında işin aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadından Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti baxılmadan birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2707/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2707/2026
31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver