Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2714/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Birinci instansiya məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarından narazı qalan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin rəisi apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qərarın ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrinə əsasən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin polis sahə inspektoru, R Zeynalov Anar İsa oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 3(5-93)- ****/**** saylı ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrinə əsasən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin polis sahə inspektoru, R Zeynalov Anar İsa oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat üzrə qərar çıxarılmış fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə saat Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin inzibati binasında ucadan danışaraq səs-küy salaraq, xırda xuliqanlıq hərəkətləri edərək, polisin qanuni tələbinə tabe olmadığına görə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin polis sahə inspektoru, R Zeynalov Anar İsa oğlu tərəfindən saxlanılmış və barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, lakin şəxs xətanın mövcudluğunu qəbul etmədiyindən, polis sahə inspektoru tənbeh vermə haqqında qərar qəbul etmədən inzibati xəta haqqında protokolu baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur polis sahə inspektoru xətanın mövcudluğunu yəni şəxs tərəfindən törədilən qayda pozuntusunu bilavasitə özü aşkar etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin bütün hallarını tam araşdırmadan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq hüquqi qiymət verməmişdir. Bununla bağlı birinci instansiya məhkəməsinin hakimi iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallan araşdırmamış, həmçinin iş üçün əhəmiyyətli olan halları sübuta yetirilmədən nəticədə qanunsuz və əsasssız qərar qəbul etmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir xəta törətmədiyini, birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək dəyişdiirlmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumatlandırılmış polis idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdrilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının fikirlərini dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 avqust 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ## ###### 2026-cı il tarixli, AZA ****** nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə saat 12:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. - ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə polis şöbəsinə gələrək qərəzli surətdə polisin iş rejimini pozmuşdur. Buna görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Məhkəmə, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərarı əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, inzibati xətanın törədilməsini sübut edən hər hansı fakt aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2714/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2714/2026
28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver